Icma.az
close
up
RU
COP for Hope: COP29 mühüm təkan ola bilər AİBin baş direktoru FOTO

COP for Hope: COP29 mühüm təkan ola bilər AİBin baş direktoru FOTO

Icma.az bildirir, Milli.az portalına istinadən.

Milli.Az xəbər verir ki, COP29 çərçivəsində Trend BİA "COP for Hope" adlı xüsusi layihəni təqdim edir. Bu layihə iqlim dəyişikliyi ilə mübarizədə vahid məqsəd uğrunda birləşmiş dünya liderlərinin, ölkə rəhbərlərinin və müxtəlif sahələrdə - siyasət, iqtisadiyyat, elm və ekologiyada öncül şəxslərin fikirlərini dinləmək üçün unikal imkan yaradır.

Budəfəki müsahibimiz Asiya İnkişaf Bankının (AİB) Baş direktoru və sektorlar üzrə Qrup rəhbəri Rameş Subramaniamdır.

Rameş Subramaniam COP29 çərçivəsində Trend-ə özəl müsahibəsində konfransın diqqətinin getdikcə ekoloji bacarıqların inkişafı və "yaşıl" iş yerlərinin yaradılmasına yönəlməsindən məmnun olduğunu bildirib.

"Bizə ekoloji təmiz sektorlarda keyfiyyətli iş yerlərinin yaradılması ilə müşayiət olunan dayanıqlı iqtisadi artıma töhfə verəcək düşünülmüş siyasət və investisiyalar lazımdır. Gözlənilən "yaşıl" iş yerlərinin artımı fonunda COP çərçivəsində aparılan müzakirələr ekoloji bacarıqların inkişafına sərmayələrin artırılması üçün lazım olan təkan ola bilər. Bu bacarıqlar təmiz və ədalətli keçidin təmin edilməsində əsas rol oynayır və gənc nəsillərə əmək bazarında yeni və perspektivli imkanlar açır", - deyə o vurğulayıb.

Təhsil iqlim dəyişikliyinə qarşı mübarizədə əsas vasitə kimi

Baş direktor ilk dəfə keçirilən İnsan İnkişafı Gününün mühüm bir hadisə olduğunu qeyd edib və onun iqlim dəyişikliyi ilə bağlı bilik və bacarıqların təhsil sistemlərinə inteqrasiyası üzrə yeni öhdəliklərin başlanğıc nöqtəsi olacağına ümid etdiyini ifadə edib.

"Biz başa düşürük ki, Asiya-Sakit okean regionunda ən həssas əhali qrupları iqlim dəyişikliyinin təsirlərindən daha çox əziyyət çəkir. Buna görə də gənclər və yerli icmalar üçün iqlim dəyişikliyinə dayanıqlılığın artırılmasına yatırılan investisiyalar bu çağırışlarla mübarizədə əsas elementdir", - deyə R.Subramaniam bildirib.

İqlimə dayanıqlı və aşağı karbonlu məktəblərin təşviqi

Asiya İnkişaf Bankının (AİB) baş direktoru Rameş Subramaniam bildirib ki, AİB məktəblər və digər qurumlar üçün təbii fəlakətlərə dayanıqlı infrastrukturun yaradılması sahəsində mühüm işlər görüb.

"Biz iqlim dəyişikliyi məsələlərinin tədris proqramlarına inteqrasiyası, müəllimlərin təlimi və təhsil bacarıqlarının inkişaf etdirilməsi üzrə səylərimizi artırmağı hədəfləyirik. Məqsədimiz iqlim dəyişikliyi ilə effektiv mübarizə üçün zəruri olan bilik və bacarıqların formalaşdırılmasıdır.

Həmçinin, təhsil və bacarıqları iqlim tədbirləri üçün əsas vasitələr kimi gələcək Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrə (NDC) daxil etmək niyyətindəyik. Bir iqlim bankı olaraq, biz iqlim dəyişikliyinə uyğunlaşma və onun təsirlərinin azaldılması üçün bütün sahələrdə, o cümlədən, insan və sosial inkişaf sahələrində investisiyaları artıracağıq", - deyə o qeyd edib.

O əlavə edib ki, təhsil və peşə hazırlığı iqlimə dayanıqlı həllər üçün biliklərin və potensialın formalaşdırılmasında həlledici rol oynayır.

"Biz müxtəlif sahələrin kəsişməsində çalışacağıq. Məsələn, tibb işçilərinin iqlim çağırışlarına dayanıqlığını artırmaq üçün hazırlığını necə yaxşılaşdırmaq olar? Elektron mobillik və bərpa olunan enerji sahələrində peşələr üçün işçi qüvvəsinin inkişafına necə sərmayə qoymaq olar? İqlim dəyişikliyinə dayanıqlı yüksək texnologiyalı infrastrukturun yaradılması üçün lazım olan bacarıqları necə öyrətmək olar? Bu infrastruktur təkcə kənd təsərrüfatında məhsuldarlığı artırmayacaq, həm də kənd gəncləri üçün keyfiyyətli iş yerləri təmin edəcək. Ümumilikdə, bizim fəaliyyətimiz məktəbləri, texniki və peşə təhsili müəssisələrini, eləcə də universitetləri əhatə edəcək ki, bu da iqlim dəyişikliyinə uyğunlaşma və onun təsirlərinin azaldılmasına töhfə verəcək", - deyə R.Subramaniam vurğulayıb.

İqlim dayanıqlılığının təmin olunması üçün Birgə Bəyanat və Bakı İnsan Potensialının İnkişafı üzrə Rəhbər Prinsipləri

Asiya İnkişaf Bankının baş direktoru Rameş Subramaniam bildirib ki, Birgə Bəyanat və Bakı İnsan Potensialının İnkişafı üzrə Rəhbər Prinsipləri iqlim çağırışlarına qarşı mübarizə üçün uşaqların, gənclərin və işçi qüvvəsinin təhsili və bacarıqlarının artırılması sahəsində investisiyaların genişləndirilməsi üzrə növbəti mərhələ üçün möhkəm bir əsasdır.

"Birgə Bəyanat və Bakı İnsan Potensialının İnkişafı üzrə Rəhbər Prinsipləri beynəlxalq agentliklərin və tərəfdaşların birgə işləmək və inkişafı gücləndirmək üçün yeni həll yolları tapmaq səylərini və kollektiv sadiqliyini əks etdirir.

Bu prinsiplər AİB-nin "İqlim dəyişikliyi və təhsil üzrə təlimat: Asiya-Sakit okean regionunda iqlim dəyişikliyinə dayanıqlılıq üçün təhsilə və bacarıqlara sərmayələr" adlı nəşrindəki fəaliyyət çağırışları ilə uyğun gəlir.

Bizim indi yerli səviyyədə qəti addımlara keçməyimiz lazımdır ki, bu, davranışları, təcrübələri və sərmayə prioritetlərini dayanıqlı iqlimə uyğun dəyişə bilsin", - deyə Rameş Subramaniam vurğulayıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:214
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 20 Noyabr 2024 08:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see661

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see514

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see514

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see330

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see319

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see312

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see311

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see307

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see300

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see292

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see267

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see266

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see263

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see259

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see258

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see258

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see255

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see253

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see253

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see229
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri