Icma.az
close
up
RU
COP konfransları dünyaya nə verir? Xəbər saytı Son xəbərlər və Hadisələr

COP konfransları dünyaya nə verir? Xəbər saytı Son xəbərlər və Hadisələr

Icma.az bildirir, Baku.ws saytına əsaslanaraq.

Bazar ertəsi Bakıda iqlim məsələləri üzrə tərəflərin 29-cu konfransı öz işinə başlayacaq. 1992-ci ildə imzalanmış BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) mahiyyəti ondan ibarətdir ki, qlobal istiləşməyə əsas "töhfə vermiş" sənayeləşmiş ölkələr daha böyük məsuliyyət daşımalıdırlar. COP-un hər sessiyası üzrə danışıqlar da məhz bunun ətrafında qurulur.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə "Reuters" agentliyinin tədbirlə bağlı hazırladığı və iqlim sammitlərinin əhəmiyyətindən və çərçivə konvensiyasında bütün tərəflərin iştirakının vacibliyindən bəhs edən materialında deyilir.

İqlim dəyişikliyi problemə "töhfə verməsindən" asılı olmayaraq bütün ölkələrə aiddir. Bu qlobal təhlükəni həll etmək üçün birgə səylərə ehtiyac var və buna görə də illik COP görüşləri keçirilir.

COP istiləşməyə səbəb olan karbon və digər qazların emissiyalarının azaldılması tədbirlərinin müzakirəsi, onunla mübarizə və uyğunlaşma üçün maliyyə mexanizmlərinin işlənib hazırlanması üzrə platformadır. Bununla belə, əldə olunmuş irəliləyişlərə baxmayaraq, dəyişiklik sürəti qlobal temperatur artımının qarşısını almaq üçün kifayət deyil. İlk konfranslardan bəri emissiyalar və temperaturun orta göstəriciləri artmağa davam edir.

Materialda göstərilir ki, dünya liderləri demək olar hər sammitdə iştirak edirlər və bu, onların ölkələrinin UNFCCC-nin məqsədlərinə sadiqliyinin mühüm siqnalıdır. Liderlərin iştirakı həm də ölkələrə keçmiş vədlərə görə bir-birləri qarşısında məsuliyyət daşımağa kömək edir. Qeyd etmək lazımdır ki, bu tədbir zamanı ölkələr emissiyaları barədə hesabat verirlər, eləcə də inkişaf etməkdə olan ölkələrə iqlim yardımı üçün yüzmilyardlarla dollar ayrılmasına yardım edirlər.

"COP29-da iqlim maliyyələşdirməsi üzrə yeni hədəfin təyin ediləcəyi, beynəlxalq karbon krediti bazarlarının fəaliyyətə başlayacağı, eləcə də iqlim fəlakətlərindən zərər çəkən ölkələrə yardımın artırılacağı gözlənilir. Bundan əlavə, gündəliyə əlavə təşəbbüs və layihələrin müzakirəsi də daxildir", - müəllif yazır.

Eyni zamanda, COP29-a sədrlik edən Azərbaycanın rolu bu il danışıqları hazırlamaq və aparmaq, həmçinin sammitin prioritetlərini müəyyən etməkdir. Ev sahibi kimi ölkə il ərzində daha iddialı iqlim tədbirlərinə dair çağırışlar edərək fəal olub.

Əsas sessiyalarla yanaşı, COP29 çərçivəsində milli nümayəndə heyətləri, qeyri-hökumət təşkilatları və özəl şirkətlər tərəfindən təşkil edilən panel müzakirələri və "Yaşıl zona" sərgiləri də daxil olmaqla, yüzlərlə qeyri-rəsmi sessiyalar keçiriləcək. Müzakirələr okeanın turşulaşdırılmasından tutmuş karbon kompensasiyası layihələrinə qədər mövzuları əhatə edəcək. Fəallar, elm adamları və biznes nümayəndələri öz təşəbbüslərinə diqqət çəkə və yeni layihələr üçün maliyyə axtara biləcəklər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:112
embedMənbə:https://baku.ws
archiveBu xəbər 09 Noyabr 2024 16:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniyanın Moers şəhərində media nümayəndələri ilə Azərbaycanın təbliğinə dair görüş keçirilib

04 İyun 2025 19:12see204

Biləcəridə şəhid adına olan küçənin təmiri yekunlaşır VİDEO

03 İyun 2025 15:14see114

Çelsi Sançodan imtina etdi

03 İyun 2025 15:37see114

Kılıçdaroğlu CHP sədrliyinə dönmək üçün hazırlıqlara başladı

03 İyun 2025 15:21see113

Nail 12 kiloqram arıqlayıb

04 İyun 2025 21:30see113

Attestat üçün əlavə ödəniş tələb olunur? RƏSMİ

03 İyun 2025 15:21see113

Yaxın gələcəkdə üçtərəfli danışıqlar olmayacaq

03 İyun 2025 15:47see113

Nadir xəstəlik səbəbindən daim ölü balıq qoxusu verir FOTO

04 İyun 2025 01:19see112

Fizika qanunlarına meydan oxuyan top: Şaquli divarda yuvarlanır, amma yerə düşmür

05 İyun 2025 03:20see111

Çelsi qapıçılarını satır

04 İyun 2025 09:25see111

Əbülfət Mədətoğlu: 21 günün ŞEİRİ

05 İyun 2025 10:48see111

Anar Ələkbərov Yaponiyada Nazirlə görüş olub + FOTOLAR

03 İyun 2025 15:26see111

Fransa Azərbaycan sərhədində kəşfiyyat yuvası açdı Parisin Zəngəzur gedişi

03 İyun 2025 14:36see110

Deyirlər, Kölndə yenə bomba tapılıb...şəhər boşaldılır?...

03 İyun 2025 21:05see110

Settar Kaya: Qərbi Azərbaycana qayıdış hüququna məhəl qoymamaq və ya onu təxirə salmaq olmaz

04 İyun 2025 11:22see110

Cənubi Koreyanın yeni prezidenti Li Jae Myonq vəzifəsinin icrasına başlayıb YENİLƏNİB

04 İyun 2025 04:15see109

Azərbaycanın Əməkdar jurnalisti vəfat etdi

04 İyun 2025 02:30see109

Qlobal ticarət müharibəsi gerçəkləşir ANALİTİK

04 İyun 2025 15:52see109

Yusif Cabbarov: Ukraynanın titan istehsalçısını güclü və rəqabətədavamlı edəcəyik

04 İyun 2025 16:32see109

“Tor” əməliyyatı ABŞ a siqnaldır ki, müharibə onların ərazisində də ola bilər WSJ

04 İyun 2025 16:26see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri