Icma.az
close
up
RU
COP29 Azərbaycan Əməliyyat Şirkətində aparılmış auditin nəticələri Açıqlandı

COP29 Azərbaycan Əməliyyat Şirkətində aparılmış auditin nəticələri Açıqlandı

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Hesablama Palatasının 2025-ci il üzrə İş Planına müvafiq olaraq, COP29 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən COP29 tədbirinin hazırlıq və keçirilmə mərhələləri üzrə gəlir və xərclərin auditi aparılıb.

“Qafqazinfo” xəbər verir ki, Hesablama Palatası məlumat yayıb.

Bildirilib ki, audit COP29 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən COP29 beynəlxalq tədbiri üzrə hazırlanan maliyyə hesabatlarında gəlirlər və xərclərə dair məlumatların düzgünlüyü ilə bağlı əminliyin yaradılması məqsədilə həyata keçirilib.

Audit zamanı IFPP-nin (INTOSAI-ın Peşəkar Bəyanatlar Çərçivəsi) beynəlxalq prinsip və standartlarına əsaslanaraq hazırlanmış metodologiyalardan istifadə edilib. Audit maliyyə sənədlərinin yoxlanılmasına, gəlir və xərclər üzrə hesabatların dəqiqliyinin təsdiq edilməsinə, maliyyə vəsaitlərinin idarə olunması ilə bağlı hüquqi çərçivəyə riayət olunmasının müəyyənləşdirilməsinə və daxili nəzarət sisteminin işləkliyinin qiymətləndirilməsinə yönəlib.

Audit nəticəsində COP29 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən 31 may 2025-ci il tarixinə hazırlanan COP29 beynəlxalq tədbiri üzrə maliyyə hesabatlarına müsbət rəy verilib.

Tədbirlə bağlı daxilolmaların 92,5%-i dövlət büdcəsindən, 7,5% isə digər mənbələrdən olub. Daxil olan vəsait COP29 üzrə əsas məsul qurum olan COP29 Azərbaycan Əməliyyat Şirkətinin əməliyyat və digər xərcləri (tikinti işləri, məsləhətçi xidmətləri, qonaqlama, nəqliyyat, avadanlıq və texniki dəstək, marketinq və təşviqat, bütün növ outsors müqavilələri) və beynəlxalq öhdəliklərdən irəli gələn xərclər istiqamətlərində istifadə edilib.

Əməliyyat xərclərinin əsas hissəsi konfransın keçirilmə yerləri (65,4%) və məzmun dəyərinin formalaşması ilə bağlı xərclərə (10,2%) sərf edilib. Bundan əlavə, istifadə edilən maliyyə vəsaiti müqabilində uzunmüddətli aktivlər (maşın və avadanlıqlar) əldə edilən və tədbir bitdikdən sonra müvafiq qaydada bir sıra dövlət qurumlarının istifadəsinə təhvil verilib.  

Outsors edilən müqavilələr üzrə tərəf müqabilləri əsasən Almaniya, İsrail, ABŞ və BƏƏ-də fəaliyyət göstərən qeyri-rezidentlər olub.

Keçirilən auditlə aşağıdakılar təsbit edilib:

- Bəzi hallarda müəyyən xərc istiqamətləri üzrə ilkin təsdiq edilmiş büdcə artırılaraq icra edilsə də, bu, ümumi məbləği keçməyib. Audit prosedurları ilə artımın əsaslandırılması əsasən qənaətbəxş hesab edilib;

- İcra vəziyyətinin qiymətləndirilməsi məqsədilə seçmə qaydada nəzərdən keçirilən müqavilələrin icrasında bəzi nöqsanlar müəyyən edilib. Müqavilə üzrə avans ödənişləri həyata keçirilərkən qanunvericilik ilə müəyyən edilmiş maksimal hədd tələbi gözlənilməyib. Bundan əlavə, mal alışı müqavilələri ilə müəyyən edilən təchizat tarixləri üzrə tələblər pozularaq bir sıra hallarda gecikmələr müşahidə edilib;

- Satınalma qanunvericiliyinin pozulması üzrə əhəmiyyətli hallar müşahidə edilməyib. Bəzi növ xidmətlər və malların alışı üzrə yerli bazarda rəqabətli təkliflərin olmaması səbəbindən birbaşa müqavilələr bağlanıb;

- Maliyyə sənədləri əsasən şamil edilən hüquqi çərçivəyə uyğun şəkildə olub, lakin bəzi təqdimat təhrifləri müəyyənləşdirilib;

- COP 29 tədbirinin keçirilməsi ilə bağlı əldə edilmiş aktivlərin və yaranmış öhdəliklərin inventarizasiyası aparılıb. İnventarizasiya çərçivəsində uzunmüddətli aktivlərin təkrar istismara yararlılığı qiymətləndirilib, onların təhvil-təslim prosedurlarının sənəd müşayiətinin dolğunluğu yoxlanılıb, həmçinin öhdəliklər üzrə kontragentlərin uçot məlumatları ilə üzləşdirmənin aparılması zərurəti müəyyənləşdirilib.

Auditor hesabatında audit nəticəsində maliyyə idarəçiliyi ilə bağlı müsbət tərəflər müəyyən edilməklə yanaşı, təkmilləşdirilməsi vacib olan məqamlar da qeydə alınıb.

Hesablama Palatasının Kollegiyası audit dövründə hesablanan vergilərin dövlət büdcəsinə ödənilməsinin və artıq xərclənmiş ezamiyyə xərclərinin büdcəyə bərpasının nəzərə alınması, uzunmüddətli aktivlərin təhvil verilməsi istiqamətində zəruri işlərin tamamlanması, gəlirlər üzrə debitor borcların bağlanılması və COP29 ilə bağlı öhdəliklərin yerinə yetirilməsi üçün tələb olunan məbləğ çıxılmaqla sərbəst qalan vəsaitin dövlət büdcəsinə bərpa edilməsi ilə bağlı qərar qəbul edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:61
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 27 Oktyabr 2025 17:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see275

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see257

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see253

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see202

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see190

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see186

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see184

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see175

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see163

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see161

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see159

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see157

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see157

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see149

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see147

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see147

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see145

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see144

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see142

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri