“COP29 Azərbaycanın dünyada ciddi bir status aldığının göstəricisidir”
Xalqcebhesi saytına istinadən Icma.az xəbər verir.
“COP29 Azərbaycanın dünyada bir daha böyük məsələlərdə ciddi bir status aldığının göstəricisidir. Çünki coğrafi cəhətdən kiçik Azərbaycan qlobal dünyanın böyük işlərinin, problemlərinin və qarşıda dayanan çağırışlarının həll edilməsinə töhfə verməklə məşğuldur.
Bu sözləri xalqcebhesi.az-a açqılamasında siyasi şərhçi Zaur Məmmədov söyləyib.
Siyasi şərhçi qeyd edib ki, Azərbaycan bu tədbirə kimi bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi edib: “Eyni zamanda, Azərbaycan müxtəlif ölkələr, coğrafiyalar qarşısında dayanan çağırışların həll edilməsinə yönəlik effektiv bir fəaliyyət göstərib. İndi də əsas problemlərdən biri dünyanın ətraf mühitinin dəyişdirilməsi, iqlim dəyişiklikləri və bu dəyişikliklərin yaratdığı çağırışlardır. Nəticə etibarı ilə ekologiyaya böyük dövlətlər, korporasiyalar tərəfindən ciddi şəkildə ziyan vurulub. Bütün bunların qarşısı alınmalıdır və Bakıda keçirilən COP29 tədbirində də bu və ya digər məsələlər müzakirə predmetidir. COP29 tədbirində Azərbaycana 196 ölkədən, 70-80 mindən çox insanın gəlməsi, onların Azərbaycandakı dəyişikliklər, inkişaf ilə tanış olmaları ölkəmizin potensialının gələcəkdə müxtəlif istiqamətlərdə daha da artmasına gətirib çıxaracaq”.
Röya İsrafilova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 13 Noyabr 2024 16:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















