Icma.az
close
up
RU
COP29 çərçivəsində beynəlxalq mülki aviasiya ilə bağlı tədbir keçirilib

COP29 çərçivəsində beynəlxalq mülki aviasiya ilə bağlı tədbir keçirilib

Icma.az, Apa.az portalına istinadən məlumat verir.

Noyabrın 11-də Bakıda Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) işinə başlayıb. Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) Şurasının prezidenti Salvatore Şikitanonun başçılıq etdiyi nümayəndə heyəti COP29-un işində iştirak edir.

“APA-Economics” xəbər verir ki, ICAO Baş katibinin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasında elçisi Ceyn Hyupinin moderatorluq etdiyi “BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə dəstək olaraq beynəlxalq aviasiya üçün təmiz enerji keçidinin həyata keçirilməsi” sessiyasında beynəlxalq mülki aviasiyanın iqlim dəyişikliyinə təsirinin aradan qaldırılmasında ICAO-nun əldə etdiyi son nailiyyətlər təqdim edilib.

Tədbirdə, o cümlədən 2050-ci ilə qədər “Xalis Sıfır” karbon emissiyası səviyyəsinə nail olunması Uzunmüddətli Qlobal Ambisiya Məqsədi (LTAG) çərçivəsində dayanıqlı aviasiya yanacağı (SAF), aşağı karbonlu aviasiya yanacağı (LCAF) və aviasiya enerjisinin digər təmiz formalarına keçid üzrə görülən işlər, planlaşdırılan tədbirlər haqqında məlumat verilib.

Sessiyada aviasiya sahəsinin davamlı inkişaf məqsədlərinə nail olmaq üçün maraqlı tərəflərə təmiz enerjinin tətbiqində və aviasiyanın gələcəyi üçün potensialın yaradılmasında qüvvələri birləşdirməyə bir daha çağırış edilib.

Tədbir zamanı Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Elmin Məmmədov öz çıxışında dövlətimizin iqtisadi siyasətinin ekoloji prioritetləri barədə məlumat verib, aviasiya sahəsində ICAO ilə uzunmüddətli effektiv əməkdaşlığın təqdirəlayiqliyini xüsusilə vurğulayıb.

Tədbirin sonunda Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi (DMAA) ilə ICAO arasında dayanıqlı aviasiya yanacağı sahəsinə dəstək, potensialın artırılması və təlimlərin təmini üzrə “ACT-SAF” tərəfdaşlıq sənədi imzalanıb.

Sənədi DMAA-nın direktor müavini Nazim Ziyadov və ICAO-nun Baş katibi adından Avropa və Şimali Atlantika Ofisinin direktoru Nikolas Rallo imzalayıb.

“ACT-SAF” tərəfdaşlığı ölkəmizin istilik effekti yaradan qazların emissiyalarının azaldılması üzrə hədəflərə nail olunmasında mühüm dəstək olacaq və ekoloji inkişaf potensialının artırılması, qabaqcıl təcrübənin öyrənilməsi və tətbiqində müsbət rol oynayacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:225
embedMənbə:https://apa.az
archiveBu xəbər 12 Noyabr 2024 15:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see359

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see323

77 yaşlı Sumqayıt şəhərdə atəşfəşanlıq olub

23 Noyabr 2026 00:24see295

Məşhur ŞAMAN Rusiyanın gələcəyini açıqladı: “10 il sonra belə olacaq”

22 Noyabr 2026 23:36see291

Müasir İncəsənət Muzeyində rəssam Nigar Ağabəylinin “İki dünya arasında” adlı fərdi sərgisi açılıb

22 Noyabr 2026 23:54see279

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see276

Vladimir Putin İlham Əliyevi təbrik etdi

23 Noyabr 2026 02:04see273

Argentinada keçirilən triatlon yarışının qeyri adi nəticəsi VİDEO

23 Noyabr 2026 00:40see273

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see264

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

23 Noyabr 2026 04:05see254

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see248

Spalletti “Yuventus”un qələbəsi ilə tarixə düşdü: 600 cü oyun və rekord

23 Noyabr 2026 03:29see245

18 il əvvəl Kurtlar vadisi nin çəkildiyi QURMARXANAYA BASQIN EDİLDİ FOTO

23 Noyabr 2026 02:04see245

30 yaşdan sonra qadınlar nələrə diqqət etməlidir? Vacib tövsiyələr

23 Noyabr 2026 06:06see238

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see234

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see224

Baş ağrısını azaltmağa kömək edən MEYVƏLƏR Mütəxəssislərin tövsiyəsi

22 Noyabr 2026 23:58see222

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see218

“Siz yalançısınız!” Caqnedən klub rəhbərliyinə sərt sözlər

23 Noyabr 2026 00:34see210

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri