Icma.az
close
up
RU
COP29 çərçivəsində Fermerlər üçün Bakı Harmoniya İqlim Təşəbbüsü elan edilib VİDEO AZƏRTAC

COP29 çərçivəsində Fermerlər üçün Bakı Harmoniya İqlim Təşəbbüsü elan edilib VİDEO AZƏRTAC

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 19 noyabr, AZƏRTAC

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Bakıda keçirilən 29-cu sessiyası çərçivəsində (COP29) “Fermerlər üçün Bakı Harmoniya İqlim Təşəbbüsünün işə salınması: Fermerlərin iqlim dəyişikliyinə qarşı dayanıqlığının artırılması üçün imkanların genişləndirilməsi” tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, COP29 Sədrliyi, Kənd Təsərrüfatı Nazirliyi, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə birgə əməkdaşlıq nəticəsində həyata keçirilən tədbirdə qlobal miqyasda iqlim dəyişikliklərinin qida təhlükəsizliyi, kənd təsərrüfatı və su resurslarına təsiri müzakirə edilib. Tədbirdə müxtəlif ölkələrdən beynəlxalq təşkilatların nümayəndələri və mütəxəssislər iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un Prezidenti Muxtar Babayev bildirib ki, ümumi məşğulluğun 36 faizi kənd təsərrüfatı sahəsindədir: “Burada dayanıqlı transformasiya və keçid məsələləri mühüm məqamlardır. Əsas məqsəd kənd təsərrüfatı transformasiyasını yüksək səviyyədə dayanıqlı həyata keçirmək və birlikdə işləməkdir. Bu təşəbbüs sayəsində əməkdaşlıq daha da güclənəcək, sərmayələrin kənd təsərrüfatı sahəsinə axını artacaq və özəl banklar da buraya cəlb olunacaq. Digər əsas məqsəd fermerlərin, əsas da qadın fermerlərin gücləndirilməsidir”.

Sonra çıxış edən Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov vurğulayıb ki, kənd təsərrüfatı dünyada iqtisadiyyatın ən mühüm sektorlarından biridir: “Halbuki fermerlər, kənd təsərrüfatının istehsalı ilə məşğul olanlar iqlim dəyişikliyindən ən çox zərər çəkənlərdir. Onlar iqlim dəyişikliyinin təsirlərini birbaşa öz üzərlərində hiss edirlər. Təsirlərə yüksək temperatur, proqnozlaşdırılmamış leysanlar, torpağın deqredasiyası və su qıtlığı daxildir ki, bu da fermerlərin həyat tərzinə ciddi ziyan vurur. Lakin qlobal iqlim dialoqlarında onlara çox az diqqət yetirilir. İqlim dəyişikliyinin təsirlərini ilk hiss edən fermerlərə ən son dəstək olunur. Bakı Harmoniya İqlim Təşəbbüsünün əsas məqsədi bunu dəyişdirməkdir”.

Daha sonra FAO-nun Avropa və Mərkəzi Asiya üzrə Regional Nümayəndəsi Viorel Gutu son illərdə iqlim dəyişikliyinin iqtisadiyyatın bir çox sahələrinə, o cümlədən kənd təsərrüfatı sahəsinə təsir etdiyini vurğulayıb. O, mübarizə tədbirləri çərçivəsində kənd icmalarının, qadın və gənclərin fəaliyyətinin dəstəklənməsinə, iqlim maliyyəsinə xüsusi diqqət yetirilməsinin vacib olduğunu diqqətə çatdırıb: “Son 10 il ərzində aqroərzaq sistemləri, iqlim dəyişikliyi və maliyyə ilə əlaqəli təşəbbüslər, koalisiyalar, şəbəkələr və tərəfdaşlıqlar əhəmiyyətli dərəcədə inkişaf edib. Bununla yanaşı, daha təsirli iqlim tədbirləri həyata keçirmək və aqroərzaq sistemlərinin daha sürətli transformasiyasını həyata keçirmək üçün daha çox koordinasiyaya ehtiyac var. Harmoniya Təşəbbüsü bu baxımdan çox önəmlidir”.

Tədbir iştirakçıları, yerli və beynəlxalq ekspertlər Bakı Harmoniya İqlim Təşəbbüsünü iqlim dəyişikliyi ilə mübarizədə qlobal əməkdaşlıq üçün mühüm addım kimi qiymətləndiriblər.

Tədbir müzakirələrlə davam etdirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 Noyabr 2024 12:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see238

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see228

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see172

Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

18 Oktyabr 2025 20:59see166

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see150

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see146

Bakı metrosunda mübahisəli durum: gediş haqqı yenə dəyişəcək?

18 Oktyabr 2025 07:33see139

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see137

Qızıl altı min dollara qədər bahalaşa bilər

18 Oktyabr 2025 15:58see135

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see135

Abakar Abakarov İstanbulda ölü tapıldı

18 Oktyabr 2025 19:41see134

Azərbaycanın “AI 92” markalı benzini idxal və ixrac etdiyi ölkələr SİYAHI

18 Oktyabr 2025 17:24see125

Yəmən sahillərində tanker partladı: 24 ekipaj üzvü...

19 Oktyabr 2025 01:17see124

Almaniya XİN rəhbəri: “Eurofighter”lərin Türkiyəyə göndərilməsinə müsbət baxırıq

18 Oktyabr 2025 06:28see124

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see122

Yer kürəsində oktyabr ayının üçüncü maqnit qasırğası başlayıb

19 Oktyabr 2025 04:50see121

Həkimlər soyuq mövsümdə immuniteti gücləndirməyin yollarını açıqlayıblar

19 Oktyabr 2025 07:43see121

Netanyahudan Rəfah keçid məntəqəsinin açılması barədə məlumata REAKSİYA

19 Oktyabr 2025 00:16see121

Əməliyyat otaqlarında niyə yalnız yaşıl və mavi geyimlərə icazə verilir?

19 Oktyabr 2025 04:05see120

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri