Icma.az
close
up
RU
COP29 çərçivəsində FHNin moderatorluğu ilə tədbir keçirildi KONKRET

COP29 çərçivəsində FHNin moderatorluğu ilə tədbir keçirildi KONKRET

Konkret.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 çərçivəsində noyabr ayının 18-də Azərbaycan Pavilyonunda Fövqəladə Hallar Nazirliyi Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin moderatorluğu ilə “Radiasiya və iqlim dəyişikliyi: yeni çağırışlar” mövzusunda tədbir keçirilib.

FHN-dən KONKRET.az-a verilən məlumata görə, tədbirdə Fövqəladə Hallar, Rəqəmsal İnkişaf və Nəqliyyat, Kənd Təsərrüfatı, Energetika, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, Dövlət Su Ehtiyatları Agentliyi və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) nümayəndələri iştirak edib.

Tədbirdə çıxış edən Fövqəladə Hallar Nazirliyi Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin rəisi Nicat Əliyev ölkəmizdə nüvə və radioloji fəaliyyətin təhlükəsizliyinin təmin edilməsi, bu sahədə infrastrukturunun gücləndirilməsi, fövqəladə hallara hazırlıq, radioaktiv tullantıların təhlükəsiz idarə edilməsi, ətraf mühitin radioloji monitorinqi və qorunması istiqamətində görülən işlərdən bəhs edib.

Sonra çıxış edənlər – AEBA-nın bölmə müdiri Vey Huanq, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Nüvə tədqiqatları departamentinin müdiri Cəlal Nağıyev, Kənd Təsərrüfatı Nazirliyi Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri Seymur Səfərli mövzunun əhəmiyyətini qeyd edib, iqlim dəyişikliyi ilə əlaqədar nüvə və radioloji fəaliyyət sahəsində qarşıda duran məsələlərdən danışıblar.

Tədbirdə mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.



Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://konkret.az
archiveBu xəbər 18 Noyabr 2024 20:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see320

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see257

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see207

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see186

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see176

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see172

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see171

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see168

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see168

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see167

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see152

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see146

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see144

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see142

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri