Icma.az
close
up
RU
COP29 çərçivəsində IDEA və Clean Air Fund tərəfindən panel müzakirələri təşkil olunub

COP29 çərçivəsində IDEA və Clean Air Fund tərəfindən panel müzakirələri təşkil olunub

Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyi və "Clean Air Fund" (CAF) təşkilatının tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Azərbaycan pavilyonunda "Təmiz havanın uşaq və yeni doğulan körpələrin sağlamlığı üçün əhəmiyyəti" mövzusunda panel müzakirəsi təşkil edilib.

Oxu.Az xəbər verir ki, tədbirin açılışında çıxış edən Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva aparılacaq müzakirələrin uşaqların rifahına verə biləcəyi töhfəni qeyd edib.

Hava çirklənməsi probleminin nəticəsi olaraq hər il milyonlarla insanın həyatını itirdiyini vurğulayan Leyla Əliyeva qeyd edib ki, adıçəkilən problemin aradan qaldırılması üçün qlobal həmrəylik və dayanıqlı texnologiyalardan istifadə əhəmiyyətli rol oynayır.

Sonra Leyla Əliyeva Azərbaycan Respublikası tərəfindən görülən tədbirlər, o cümlədən dayanıqlı ictimai nəqliyyat vasitələri, hibrid və elektroavtomobillərdən istifadənin genişləndirilməsi istiqamətində atılan addımlar barədə tədbir iştirakçılarına məlumat verib.

IDEA İctimai Birliyi tərəfindən həyata keçirilən müxtəlif layihə və tədbirlər barədə də danışan Leyla Əliyeva ötən 13 il ərzində təşkilatın təşəbbüsü ilə 5 milyondan çox ağacın əkildiyini qeyd edib. Bununla bərabər, "Məktəb bağları" layihəsi çərçivəsində Bakı şəhəri və bölgələrdə yerləşən 300 məktəbin həyətində 20 mindən çox ağacın əkildiyi panel müzakirələri iştirakçılarının diqqətinə çatdırılıb.

Qeyd edək ki, tədbirdə, həmçinin Azərbaycanın səhiyyə naziri Teymur Musayev, CAF-ın baş icraçı direktoru Jane Burston, BMT-nin Uşaq Fondunun (UNICEF) Sağlam Uşaqlar üçün Sağlam Ətraf Mühit Qlobal Proqramının rəhbəri Abheet Solomon, Botnar Fondunun vitse-prezidenti, "Partnership for Maternal, Newborn & Child Health" təşkilatının İdarə heyətinin üzvü Flavia Bustreo və gənc ətraf mühit fəalı Francisco Vera iştirak ediblər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:103
embedMənbə:https://oxu.az
archiveBu xəbər 15 Noyabr 2024 20:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün İspaniya Portuqaliya finalı var

08 İyun 2025 10:46see169

Yığmamız Avropa kubokunun yarımfinalında Malta ilə qarşılaşacaq

07 İyun 2025 23:39see137

“Bizə “avtobus müxalifəti” deyənlər bir həqiqəti qulaqlarına sırğa etsinlər ki...”

08 İyun 2025 19:43see124

Münxendə insanlara bıçaqla hücum edən şəxs polis tərəfindən zərərsizləşdirilib

08 İyun 2025 04:24see120

"Qumar kralı" "sağ əli" həbs edildi

07 İyun 2025 23:06see119

“Hakimin az qala bütün qərarları ya Qarabağ ın, ya da Sabah ın narazılığına səbəb oldu”

08 İyun 2025 04:24see119

Kim deyər ki, 78 yaşı var? Video

08 İyun 2025 23:30see117

Astronomlar ilk dəfə unikal ulduzları kəşf edirlər..?

08 İyun 2025 00:17see116

Klopp Real a hücumçu təklif etdi

07 İyun 2025 23:00see116

Təhlükəli epizodlar yaratdıq Fernandu Santuş

07 İyun 2025 19:52see116

40 il Korsikaya qarşı vuruşan Fransa... Niyə erməni separatizminə hə, rus separatizminə yox deyir...

07 İyun 2025 20:10see116

YPX maşınına yol verən sürücüyə cərimə yazıldı VİDEO

07 İyun 2025 17:51see115

Maskın təklifi

08 İyun 2025 04:23see115

Rusiya ordusu Sumı şəhərinə yaxınlaşır

07 İyun 2025 17:23see115

Levan Davitaşvili: Tbilisi Quru Limanı Orta Dəhlizin inkişafında mühüm rol oynayacaq

08 İyun 2025 20:50see115

Zaxarova Zelenskini təhqir etdi: ...alçaq hərəkətə əl atıb

07 İyun 2025 21:57see115

Bakıda marketdən pul oğurlandı

07 İyun 2025 17:58see114

Cəlilabadda minik avtomobilləri toqquşub

08 İyun 2025 18:47see114

İlon Maskdan gözlənilməz həmlə ABŞ ı heyrətə saldı

07 İyun 2025 17:56see114

Qazaxıstan Prezidentindən yeni müdafiə nazirinə TAPŞIRIQ

08 İyun 2025 19:25see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri