Icma.az
close
up
RU
COP29 çərçivəsində ilk bərpa olunan enerji hərracının qalibi elan edilib

COP29 çərçivəsində ilk bərpa olunan enerji hərracının qalibi elan edilib

Sia Az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

COP29 çərçivəsində Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) dəstəyi ilə həyata keçirilən 100 MVt gücündə Qobustan Günəş Elektrik Stansiyasının tikintisi üzrə hərracın qalibi elan olunub. SİA xəbər verir ki, hər kilovat-saat elektrik enerjisi üçün ən aşağı təklif verən “Universal International Holdings Limited” şirkəti hərracda qalib gəlib. 2027-ci ildə istismara verilməsi nəzərdə tutulan stansiyada hər il təxminən 260 milyon kilovat-saat elektrik enerjisi istehsalı proqnozlaşdırılır. Bu isə ildə 57 milyon kubmetr həcmində təbii qaza qənaət etməklə yanaşı, atmosferə atılan karbon emissiyalarını 124 min ton azaltmağa imkan verəcək.

Energetika naziri Pərviz Şahbazov bildirib ki, 100 MVtgücündə Qobustan Günəş Elektrik Stansiyası üzrə hərracın uğurla başa çatması Azərbaycanın bərpa olunan enerji sektorunda daha bir mühüm nailiyyətidir: “Çinin “Universal International Holdings Limited” şirkətinin qalib gəlməsi, ölkəmizin yaşıl enerji layihələrinə beynəlxalq investorların artan marağını və inamını bir daha təsdiq edir. AYİB-in dəstəyi ilə həyata keçirilən və nəticələri COP29 çərçivəsində elan olunan bu hərrac, Azərbaycanın beynəlxalq əməkdaşlığa, davamlı inkişaf məqsədlərinə və “yaşıl enerji” potensialının reallaşdırılmasına sadiqliyini nümayiş etdirir. Bu uğur, enerji keçidi prosesimizi sürətləndirməklə yanaşı, qlobal iqlim hədəflərinə töhfəmizi daha da gücləndirəcək“.

Avropa Yenidənqurma və İnkişaf Bankının Qafqaz üzrə Regional rəhbəri Alkis Vryenios Drakinos Azərbaycanın ilk bərpa olunan enerji hərracının uğurla başa çatmasının bizim üçün böyük nailiyyət olduğunu qeyd edib: “AYİB olaraq, yaşıl enerji layihələrinin maliyyələşdirilməsi və bu istiqamətdə siyasətlərin dəstəklənməsi üzrə uzun illər davam edən işlərimizin nəticəsini görməkdən məmnunuq. Bu layihənin həyata keçirilməsində iştirak edən bütün tərəfləri təbrik edirik”.

Qeyd edək ki, hərrac Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 2 avqust tarixli 2285 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi Qaydası”na uyğun olaraq keçirilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:30
embedMənbə:https://sia.az
archiveBu xəbər 21 Noyabr 2024 10:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İmamoğlunun trolları hərəkətə keçdi

02 İyun 2025 15:13see138

Britaniya ordusunun sayını artırır İlk dəfə

03 İyun 2025 01:17see137

Efirdə Təyyar Bayramovun mikrofonu söndürüldü Video

02 İyun 2025 15:31see134

Rusiya və Ukrayna yeni mübadilələr haqqında razılığa gəldi

02 İyun 2025 18:38see132

“Hörümçək toru” əməliyyatı ABŞ ı şoka salıb..?

03 İyun 2025 00:26see127

Futzal üzrə Azərbaycan Kubokunun final oyununa təyinatlar açıqlanıb

03 İyun 2025 10:16see122

RUSİYA BİR GÜNDƏ NƏ QƏDƏR İTİRDİ? Məhv edilən təyyarılərin qiymətləri

02 İyun 2025 15:22see122

Bu beş bürc iyunda çətin sınaqdan keçəcək

03 İyun 2025 00:08see121

Xaricdən gətirilmiş ət ilə daxildə satılan ət arasında əsas fərqlər yalnız kimyəvi tərkib baxımından ola bilər AÇIQLAMA

02 İyun 2025 22:30see120

Ukrayna zərbə endirdi, bütün vilayət işıqsız qaldı

03 İyun 2025 01:34see120

Təmkin: “Bizə olan inamı doğrultduq”

03 İyun 2025 09:15see120

Avtobus zolağının ətrafında qəza baş verərsə sürücülər nə etməlidir? VİDEO KONKRET

02 İyun 2025 23:52see119

Ölkəmizin heç vaxt görmədiyi sürətlə silah yığırıq

03 İyun 2025 08:17see117

Rusiya vapların satışına tam qadağa qoymağa çağırır...

02 İyun 2025 22:55see117

Türkiyə ilə Yunanıstan arasında 5,8 bal gücündə zəlzələ baş verib

03 İyun 2025 03:55see117

Ata telefonu açaraq oğlunun Qatilini Tapdı

02 İyun 2025 23:28see117

Ağdamda 747 nəfər işlə təmin olunub

02 İyun 2025 15:16see115

Bu günə qədər Qareginin ünvanına güldən ağır söz deyilməyib

03 İyun 2025 09:40see115

Amerikalı aktyor güllələnərək öldürüldü

03 İyun 2025 01:26see115

Yaponiyada isti havada əməkdaşlarına müdafiə təmin edə bilməyən şirkətlər cərimələnəcək

03 İyun 2025 03:07see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri