Icma.az
close
up
RU
COP29 çərçivəsində “İqlim ədaləti və bərabərlik” mövzusunda seminar keçirilib

COP29 çərçivəsində “İqlim ədaləti və bərabərlik” mövzusunda seminar keçirilib

Oxumeni.az saytından alınan məlumata görə, Icma.az bildirir.

COP29 çərçivəsində “İqlim ədaləti və bərabərlik” mövzusunda seminar keçirilib

COP29 çərçivəsində Yaşıl Zonada yerləşən “Yer konfransı” otağında "Rhenus Group" tərəfindən "İqlim ədaləti və bərabərlik" mövzusunda seminar təşkil olunub.

Tədbirdə bir sıra ölkələrdən icma üzvləri, yerli və xarici ekspertlər və QHT nümayəndələri iştirak ediblər.

Seminarda iqlim dəyişmələri nəticəsində Kiçik ada dövlətlərinin, səhralaşmış zonaların qarşılaşdıqları əsas problemlər və onlardan çıxış yolları müzakirə edilib. Bildirilib ki, qlobal miqyasda baş verən iqlim dəyişiklikləri daha çox Kiçik ada dövlətləri üçün təbii fəlakətlər və ərzaq çatışmazlığı ilə müşayiət olunur. Hazırda dünyada karbon emissiyasının artımı temperaturun yüksəlməsinə, buzlaqların əriməsinə, dünya okeanının səviyyəsinin qalxmasına təsir göstərir. Bu isə Kiçik ada dövlətlərinin sahilyanı zolaqlarının itirilməsinə səbəb olur. Təbii fəlakətlərin intensivliyi və onların nəticəsinin aradan qaldırılması daha çevik təxliyə imkanları və maliyyə resursları tələb edir. Kiçik ada dövlətlərinin materiklərdən uzaqda yerləşməsi materik dövlətlərinin təcili yardım təşəbbüslərini səmərəsiz edir. Eyni zamanda, bu qrupdan olan dövlətlərin təbii resurslarının və maliyyə imkanlarının məhdud olması Kiçik ada əhalisinin rifahına mənfi təsir göstərir. Həmin dövlətlərdə fəlakətlərdən qorunmaq və nəticələrin aradan qaldırılması üçün qlobal miqyasda iqlim böhranını yaradan dövlətlərin bu böhrana məruz qalan ölkələrə böyük həcmdə maliyyə yardımları etməsi zəruridir. Maliyyə resursları ilə təminat Kiçik ada dövlətlərində kənd təsərrüfatında innovativ texnologiyaların tətbiqinə imkan yarada bilər ki, bu vəziyyətin özü də həm iqlim kataklizmlərindən qorunmağa, həm də ada əhalisinin məşğulluğunun və rifahının yüksəlməsinə müsbət təsir göstərər.

İştirakçılar su resurslarının səmərəli idarə edilməsi, itkilərin minimuma endirilməsi və suyun yenidən istifadəsi üçün texnoloji yeniliklərin əhəmiyyətindən danışıblar. Eyni zamanda, su mənbələrinin dayanıqlığının təmin edilməsi məqsədilə ekosistemlərin qorunması, əhalinin su istifadəsi haqqında maarifləndirilməsi və hüquqi tənzimləmələrin gücləndirilməsi kimi strategiyaların vacibliyi vurğulanıb.

Oxuməni.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:142
embedMənbə:http://oxumeni.az
archiveBu xəbər 15 Noyabr 2024 02:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see187

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see182

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see151

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see149

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see144

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see138

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see133

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri