Icma.az
close
up
RU
COP29 çərçivəsində “İqlimi yenidən düşünmək” mövzusunda tədbir keçirilib AZƏRTAC

COP29 çərçivəsində “İqlimi yenidən düşünmək” mövzusunda tədbir keçirilib AZƏRTAC

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 16 noyabr, AZƏRTAC

Noyabrın 16-da COP29 iqlim sammiti çərçivəsində “İqlimi yenidən düşünmək” mövzusunda tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbir Ferrara Universitetinin tədqiqatçısı Asia Guerreschinin moderatorluğu ilə başlayıb.

Tədbirdə JULM Universitetinin doktorantı Barbara Monticelli, məzmun yaradıcısı elmi kommunikator Stefano Cisternino, Ətraf Mühit və Sağlamlıq Məlumatları analitikası, təsisçi Domenico Vito, menecer Andrea Crieco çıxış edərək bildiriblər ki, iqlim dəyişikliyinə qarşı mübarizədə elm və texnologiyanın əhəmiyyəti böyükdür. Qeyd olunub ki, gələcək nəsillərə daha yaşanıla bilən bir planet buraxmaq üçün dayanıqlı inkişaf və ətraf mühitin qorunması sahəsində innovativ yanaşmalar tətbiq edilməlidir.

Tədbirdə həmçinin iqlim təhsili və məlumatın daha geniş yayılmasının vacibliyi vurğulanıb, gənclərin bu sahədə daha fəal iştirak etmələri tövsiyə olunub. Çıxış edənlər elmi kommunikasiya və məlumat mübadiləsinin əhəmiyyətinə diqqət çəkərək, iqlim dəyişikliyi ilə mübarizədə doğru və təsirli mesajların yayılmasının vacibliyini vurğulayıblar. İqlimlə əlaqəli məlumatların analitikası sahəsindəki yenilikləri təqdim edərək, bu məlumatların siyasət və qərar qəbul edənlər üçün necə yönləndirici ola biləcəyi izah edilib. Eyni zamanda, ətraf mühitin qorunmasında bütün sektorların birgə əməkdaşlığının vacibliyi ifadə edilərək, təbii resursların davamlı istifadəsi və təkrar emal proseslərinin genişləndirilməsinin əhəmiyyəti önə çəkilib.

Tədbir iştirakçıları yerli və qlobal səviyyədə iqlim dəyişikliyinin təsirlərinin azaldılması üçün birgə fəaliyyətin gücləndirilməsinin və gənclərin bu proseslərə cəlb edilməsinin vacibliyini də diqqətə çatdırıblar. Tədbirdə COP29-un əsas məqsədlərinə uyğun olaraq, iqlim dəyişikliyinə qarşı mübarizəni daha geniş və əhatəli bir yanaşma ilə həyata keçirmək üçün geniş müzakirələr aparılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 Noyabr 2024 14:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya bankları İran akkreditivlərini qəbul etməyə başlayıblar

20 Oktyabr 2025 15:22see221

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see195

Qazaxıstan və Azərbaycan arasında süni intellekt və İT sahəsində əməkdaşlıq üçün böyük potensial var Nazirliyin İdarə rəhbəri

20 Oktyabr 2025 17:30see186

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see182

Məşhur tennisçi Devis Kubokunun finalında oynamayacaq

20 Oktyabr 2025 21:39see181

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see162

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see161

“Amazon”, “Snapchat” və “Zoom”da problem yarandı

20 Oktyabr 2025 14:39see146

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see144

Səhər yeməyində turşu yeməyin 5 faydası

21 Oktyabr 2025 02:51see141

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see141

Naxçıvan məktəblisi “Statistik olimpiada”nın qalibi olub

21 Oktyabr 2025 03:36see139

İş adamı hava limanında həbs edildi

20 Oktyabr 2025 20:43see138

Oyundan sonra duş qəbul edə bilmədilər Atletiko dan UEFA ya şikayət

21 Oktyabr 2025 00:12see137

Bunları yesəniz gec YAŞLANACAQSINIZ

21 Oktyabr 2025 02:37see134

Xalq artistindən İDDİALI FOTOSESSİYA

20 Oktyabr 2025 17:22see131

Fransada tornado nəticəsində 1 nəfər ölüb, xəsarət alanlar var

21 Oktyabr 2025 03:34see128

Atletiko ya can verməyən Qarabağ Atletik in də öhdəsindən gələ bilər

21 Oktyabr 2025 17:36see124

Türkiyədə Can Holding in rəhbəri həbs olundu

21 Oktyabr 2025 01:36see123

Türkiyəni sarsıdan cinayətlə bağlı daha bir nəfər saxlanıldı

21 Oktyabr 2025 01:51see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri