Icma.az
close
up
RU
COP29 çərçivəsində Kosmik Liderlərin Sammiti keçirilir AZƏRTAC

COP29 çərçivəsində Kosmik Liderlərin Sammiti keçirilir AZƏRTAC

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 16 noyabr, AZƏRTAC

Bakıda COP29 çərçivəsində Azərbaycan Kosmik Agentliyi – “Azərkosmos”un təşkilatçılığı ilə “İqlim dəyişikliyi ilə mübarizədə kosmik çağırışlar: Kosmik liderlərin sammiti” keçirilir.

AZƏRTAC xəbər verir ki, sammit COP29-un Elm, Texnologiya və İnnovasiya Günündə təşkil olunub.

İştirakçılar arasında 20 qlobal kosmik agentliklərin rəhbər heyəti, beynəlxalq təşkilatlar, BMT-nin Xarici Kosmos Məsələləri üzrə Ofisi, İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı, Beynəlxalq Astronavtika Federasiyası, Millətlər Birliyi, o cümlədən özəl sektorun rəhbər və işçi heyəti yer alıb.

“Azərkosmos” İdarә Heyәtinin sәdri Saməddin Əsədov çıxışı zamanı bildirib ki, tədbirdə beynəlxalq kosmik ictimaiyyətin 80-ə yaxın nümayəndəsi iştirak edir. Tədbirə Yaponiya, ABŞ, Bəhreyn Krallığı, Braziliya, Çin, İtaliya, Norveç, Macarıstan, Səudiyyə Ərəbistanı, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniyanının kosmik agentliklərinin rəhbər heyəti, BMT-nin Kosmos Məsələləri üzrə Ofisinin (UNOOSA), İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO), Beynəlxalq Astronavtika Federasiyası və Millətlər Birliyi təşkilatının rəhbərləri qatılıb. Sammitin məqsədi qlobal və inkişaf etməkdə olan kosmik agentliklərlə birgə kosmik texnologiyanın imkanlarının iqlim dəyişiklikliyinə necə töhfə verməsini təşviq etmək və sammit çərçivəsində birgə atılacaq addımları formalaşdırmaqdır.

Kosmik agentliklərin zirvə toplantısı hesab olunan bu sammitin əsas mahiyyəti qlobal və inkişaf etməkdə olan kosmik agentliklər arasında kosmik texnologiyanın imkanlarından yararlanmaqla iqlim dəyişikliyinə töhfə verilməsi üçün təşviqat aparmaq və sammit çərçivəsində birgə addımları formalaşdırmaqdır.

Qeyd edək ki, müzakirələrin nəticəsi olaraq 20 qlobal kosmik agentliyin “Kosmosa əsaslanan iqlim təşəbbüslərinin genişləndirilməsinə dair vəd” sənədi imzalanacaq. Bu, COP28 tədbirində kosmik agentliklərin görüşündə qəbul edilən öhdəlik sənədinin bir növ davamı olacaq və növbəti COP tədbirləri üçün qlobal əməkdaşlığı, ölkələrin təcrübə mübadiləsini, iqlim dəyişikliyinin mənfi nəticələrini vaxtında və səmərəli şəkildə yumşaltmağın həlledici yollarını müəyyənləşdirəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:168
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 Noyabr 2024 11:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see423

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see304

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see300

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see293

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see284

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see274

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see261

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see257

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see241

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see233

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see225

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see206

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see197

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see195

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see191

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see188

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see185

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see173

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see170

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri