Icma.az
close
up
RU

COP29 çərçivəsində “Logistikada davamlı həllər” mövzusunda müzakirə aparılıb AZƏRTAC

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 20 noyabr, AZƏRTAC

Noyabrın 20-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “Silk Way West Airlines”in təşkilatçılığı ilə “Logistikada davamlı həllər” mövzusunda müzakirə aparılıb.

AZƏRTAC xəbər verir ki, Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) Baş katibinin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasında elçisi Ceyn Hyup “2050-ci il aviasiyada təmiz enerjiyə keçidin həyata keçirilməsi” mövzusunda məruzə ilə çıxış edib.

Ceyn Hyup külək və günəş enerjisi ilə işləyən zavodların sayının artırılmalı olduğunu söyləyib. O bildirib ki, bərpaolunan enerji ilə işləyən zavodlar üçün lazım olan kapital xərcləri isə 4 - 8 trilyon arasında dəyişir. Məruzəçinin sözlərinə görə, aviasiya problemlərinin həll olunması bütün sənayelərin problemlərinin həllinə bərabərdir.

Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) baş iqtisadçısı Mari Ouens Tomsen “Aviasiyada enerji keçidi və davamlı aviasiya yanacağının (SAF) yüksəksəviyyəli istehsalı” mövzusunda çıxış edib. O, hava nəqliyyatı sektorunun üzləşdiyi problemlər və imkanlardan danışıb. İqtisadçı bildirib ki, ekoloji cəhətdən təmiz hava nəqliyyatına keçid böyük maliyyə tələb edir.

Ələt Azad İqtisadi Zonasının (ƏAİZ) Səlahiyyətli Qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov “Ələt Azad İqtisadi Zonasında yaşıl enerji həlləri” adlı məruzə ilə çıxış edib. Valeh Ələsgərov bildirib ki, bərpaolunan külək və günəş enerjisindən istifadə etməklə elektrik enerjisi istehsalının artırılması ƏAİZ-də yaradılmış müəssisələrin istifadə etdiyi yaşıl enerji payının artırılmasına da müsbət təsir göstərəcək. Onun sözlərinə görə, yaşıl elektrik enerjisi istehlakçıları üçün təchizatın sabitliyi və onlar üçün münasib, məqbul qiymətlər eyni dərəcədə vacibdir. Valeh Ələsgərov Azərbaycanda bərpaolunan mənbələrin 85 faizindən çoxunun külək enerjisi resursları olduğunu vurğulayıb. Qeyd edib ki, gələcəkdə ƏAİZ-də yerləşən müəssisələrin istehsal etdiyi yaşıl enerjidən Azərbaycanda deyil, kənarda istifadə olunacaq.

Daha sonra Dövlət Mülki Aviasiya Agentliyinin direktor müavini (DMAA) Bəhruz Məlikov “Yaşıl texnologiya ilə aviasiya logistikasının inkişafı: dövlət siyasəti və təşəbbüslər” adlı məruzə ilə çıxış edib. O, ICAO şurası və üzv dövlətlərin Paris Sazişinə və onun iqlim dəyişikliyi ilə mübarizə öhdəliyinə sadiq qalaraq səylərə fəal töhfə verdiyini söyləyib. Bildirib ki, aviasiya sənayesi iqlim dəyişikliyinin təsirlərindən müdafiə olunmayıb. Bəhruz Məlikovun sözlərinə görə, DMAA beynəlxalq sənədləri nəzərdən keçirir və digər tərəfdaş dövlətlərə nisbətən yeni və tədricən inkişaf edən ekoloji təşəbbüsləri təcrübədən keçirirlər.

“Silk Way Group”un korporativ siyasət üzrə vitse-prezidenti Rəşad Gülmalıyev “Ələt Azad İqtisadi Zonasında yeni hava limanı üçün yaşıl həllər” adlı məruzə ilə çıxış edib. Ələt Azad İqtisadi Zonasında tikiləcək yeni hava limanı haqqında danışan məruzəçi bildirib ki, yeni hava limanı 18 təyyarə dayanacağı, 4000 metrlik uçuş-enmə zolağı, taksi yolları, hava hərəkəti idarəetmə mərkəzi, yanacaq və yanğınsöndürmə xidmətləri və digər əlaqəli obyektləri əhatə edəcək. Rəşad Gülmalıyev uçuş-enmə zolağının tikintisində istifadə olunacaq qabaqcıl aerodrom işıqlandırma texnologiyası olan CEDD AGL-dən danışıb. O, davamlı texnologiyaların və enerjiyə qənaət həllərinin tətbiqinin əhəmiyyətini vurğulayıb. Bildirib ki, bununla şirkət COP29-un hədəflərinə və BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun ekoloji cəhətdən təmiz və səmərəli təcrübələrə sadiqliyini nümayiş etdirir.

“Silk Way West Airlines”in baş direktoru Volfhanq Mayer “Silk Way West Airlines”da donanmanın yenilənməsi və karbonsuzlaşdırma səyləri” adlı məruzə ilə çıxış edib. Baş direktor aviaşirkətin strateji genişlənmə planları, dayanıqlılığa diqqətindən danışıb. O, müasir təyyarələrdən istifadənin vacibliyini vurğulayaraq aviaşirkətin emissiyaları birbaşa azaldan və yanacaq səmərəliliyini yaxşılaşdıran ən son aviasiya texnologiyalarını tətbiq etməyə yönəldiyini söyləyib. Volfhanq Mayer şirkətin yaşıl yanacağa keçid etməyə hazır olduğunu qeyd edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Noyabr 2024 18:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see277

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see259

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see245

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see238

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see223

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see213

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see203

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see190

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see186

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see182

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see179

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see169

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see167

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see166

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see154

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see152

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see148

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see147

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri