Icma.az
close
up
RU
COP29 çərçivəsində nəzərdə tutulan mədəniyyət məzmunlu tədbirlər təqdimat edilib

COP29 çərçivəsində nəzərdə tutulan mədəniyyət məzmunlu tədbirlər təqdimat edilib

Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.

2024-cü il noyabrın 4-5-də Braziliyanın Salvador şəhərində G20 çərçivəsində “Mədəniyyət və İqlim dəyişikliyi” mövzusunda beynəlxalq seminar keçirilmişdir.

Mədəniyyət Nazirliyindən APA-ya verilən xəbərə görə, sözügedən seminarda “COP: Mədəniyyət iqlim dəyişmələrinin mərkəzində” adlı panel sessiyada Mədəniyyət Nazirliyinin əməkdaşı Ceyran Cəfərova tərəfindən iştirak təmin olunmuşdur. Braziliyanın mədəniyyət nazirinin müşaviri tərəfindən moderasiya olunan sessiyada Azərbaycan Mədəniyyət Nazirliyi ilə yanaşı COP28 Sədrliyindən Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Mədəniyyət Nazirliyi, eyni zamanda COP30 Sədrliyi qismində Braziliya Federativ Respublikasının Mədəniyyət Nazirlikləri təmsil olundular.
İlk növbədə BƏƏ tərəfi COP28 zamanı həyata keçirilən 1-ci Yüksək Səviyyəli Nazirlər Dialoqu barədə məlumat verərək mədəniyyətin iqlim fəaliyyətindəki roluna həsr olunan tədbirlərin həyata keçirilməsi zamanı üzləşdikləri çətinliklər barədə danışdı. Sonda isə COP29 zamanı bu tədbirlərin keçirilməsi üçün göstərilən dəstəyə görə Azərbaycan tərəfinə təşəkkürlərini bildirdi.
İnteraktiv keçən panel sessiyada Azərbaycan Mədəniyyət Nazirliyi tərəfindən həyata keçiriləcək 2-ci Yüksək Səviyyəli Nazirlər Dialoqu, eyni zamanda COP29 çərçivəsində təqdimatının baş tutacağı “Culture for Climate” (C4C) təşəbbüsü barədə tədbir iştirakçılarına ətraflı məlumat verildi.
Ardınca Azərbaycanın mədəniyyətin iqlim gündəliyinə daxil edilməsi istiqamətində gördüyü digər işlər, 2024-cü ilin Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması, həmçinin 6-cı Ümumdünya Mədəniyyətlərarası Dialoq Formunda 2 sessiyanın məhz iqlim və mədəniyyətə həsr olunması barədə məlumatlar tədbir iştirakçılarının diqqətinə çatdırıldı.
Braziliya Mədəniyyət Nazirliyinin nümayəndəsi isə hər iki təqdimatçıya detallı məlumatlara görə təşəkkürünü bildirərək COP30 zamanı həyata keçiriləcək Yüksək Səviyyəli Nazirlər Dialoq üçün ilkin hazırlıq işlərinin artıq başladığını, eyni zamanda Azərbaycanda keçiriləcək tədbirlərin nəticələrini gözlədiklərini bildirdilər. Sonda Braziliya tərəfi də öz növbəsində Azərbaycana təşəbbüsü dəstəklədiyi üçün minnətdarlığını bildirdi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://apa.az
archiveBu xəbər 07 Noyabr 2024 15:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri