Icma.az
close
up
RU
COP29 çərçivəsində xarici jurnalistlər Qala Qoruğunda olub

COP29 çərçivəsində xarici jurnalistlər Qala Qoruğunda olub

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakıda baş tutan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Azərbaycana səfər edən beynəlxalq media nümayəndələrinin “Qala” Dövlət Tarix-Etnoqrafik Qoruğuna ziyarətləri təşkil olunub.

Mediaturlar Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Təmiz şəhər” ASC tərəfindən Qala Qoruğunun ərazisində yaradılmış “Tullantıdan sənətə” muzeyinə baş çəkməklə başlanılıb. Sıfır tullantı yanaşması ilə tullantılardan sənət nümunələrinin yaradılması qonaqlarda böyük maraq doğurub.

Daha sonra, jurnalistlər açıq səma altında yerləşən “Qala” Arxeoloji-Etnoqrafik Muzey Kompleksini ziyarət edərək XVIII əsrə aid Abşeron kənd həyatı ilə tanış olmuş, xalçaçılıq, dulusçuluq, dəmirçilik  kimi ekoloji cəhətdən dost olan qədim sənətkarlıq növlərini izləyib, ustad dərslərində iştirak ediblər. Mediaturun iştirakçılarına qədim Abşeron kəndlərində sakinlərin həyat tərzi, eyni zamanda Qala Qoruğu ərazisində yerləşən memarlıq və arxeoloji abidələr barədə ətraflı məlumat verilib.

Həmçinin xarici media mənsublarına Qala Qoruğunda yenidən dirçəldilən, təkrar istifadə ilə ərsəyə gələn qurama eko-dost sənəti haqda məlumat verilib. Qonaqlar COP29 tədbirinə dəstək olaraq təşkil olunmuş “Qurama Art. Zamanın vəhdəti” sərgisi ilə tanış olublar.  

Qeyd edək ki, Qala Qoruğuna həyata keçirilən mediaturlar “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi, Medianın İnkişafı Agentliyi və COP29 Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə həyata keçirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:57
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 26 Noyabr 2024 17:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see276

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see249

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

19 Oktyabr 2025 19:14see181

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

20 Oktyabr 2025 08:25see176

Rəştdən Həştərxana birbaşa uçuşlar başladı

19 Oktyabr 2025 19:10see138

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see133

Həkimlər soyuq mövsümdə immuniteti gücləndirməyin yollarını açıqlayıblar

19 Oktyabr 2025 07:43see129

Yəmən sahillərində tanker partladı: 24 ekipaj üzvü...

19 Oktyabr 2025 01:17see128

Tramp görüşü zamanı daim Zelenskiyə söyüş söyürdü

19 Oktyabr 2025 23:19see128

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see127

Yer kürəsində oktyabr ayının üçüncü maqnit qasırğası başlayıb

19 Oktyabr 2025 04:50see127

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see126

Əməliyyat otaqlarında niyə yalnız yaşıl və mavi geyimlərə icazə verilir?

19 Oktyabr 2025 04:05see126

On dörd yaşlı futbolçu qız məktəbdəki zorakılığa görə intihar edib FOTO

19 Oktyabr 2025 04:02see126

“Amazon”, “Snapchat” və “Zoom”da problem yarandı

20 Oktyabr 2025 14:39see125

Körpələrdə genetik xəstəliklərin aşkarlanması üçün ölkəyə 300 mindən çox test gətiriləcək

19 Oktyabr 2025 20:14see125

Luvr muzeyində Azərbaycan nəfəsi: Parisdə gənc rəssam Diana Quliyevanın əsərləri sərgilənir Foto

19 Oktyabr 2025 09:10see124

Ərdoğandan Şimali Kiprdə keçirilən prezident seçkilərinin ilkin nəticələrinə reaksiya

20 Oktyabr 2025 00:57see123

“Mən ABŞ ı təhlükəyə ata bilmərəm...”

19 Oktyabr 2025 19:18see119

Mütəxəssislər xəbərdarlıq edir: 50 yaşdan sonra bu qidalar məhdudlaşdırılmalıdır

19 Oktyabr 2025 07:08see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri