Icma.az
close
up
RU
COP29 çərçivəsində xarici media nümayəndələri İçərişəhəri ziyarət ediblər

COP29 çərçivəsində xarici media nümayəndələri İçərişəhəri ziyarət ediblər

Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Azərbaycana səfər edən xarici media nümayəndələrinin İçərişəhərə mütəmadi səfərləri təşkil edilib. Mediaturlar “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi, Medianın İnkişafı Agentliyi və COP29 Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə keçirilib. Qoruq İdarəsindən SİA-ya bildirilib ki, mediaturlar UNESCO-nun Ümumdünya İrs Siyahısında yer alan İçərişəhərin zəngin mədəni-tarixi irsi barədə qonaqları məlumatlandırmaq, mətbuat nümayəndələrinə Azərbaycanın geniş turizm potensialının əhəmiyyətini vurğulamaq, eyni zamanda, COP29 çərçivəsində Azərbaycan mədəniyyətinin və irsinin beynəlxalq aləmdə tanıdılmasına töhfə vermək məqsədi daşıyıb.

Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabinin heykəlinin ziyarəti ilə başlayan mediaturlar zamanı qonaqlara ölkəmizdə mətbuatın zəngin və dərin köklərə malik olduğu bildirilib. Dünyanın müxtəlif ölkələrindən COP29 tədbirinə gəlmiş jurnalistlər Bakının rəmzi sayılan Qız qalası, eləcə də, Şirvanşahlar sarayı, Sıratağlı Dini-Memarlıq Kompleksi, Bakı Xanlarının Saray Kompleksi, Yeraltı hamam kimi İçərişəhərin nadir tarixi memarlıq abidələri ilə yaxından tanış olublar. Qonaqlara, həmçinin bərpa işləri, tarixi-memarlıq abidələrinin qorunması və turizm məqsədilə istifadəsi sahəsində görülən işlər barədə ətraflı məlumat verilib.

Daha sonra mediaturların iştirakçıları “İçərişəhər” Ənənəvi İncəsənət Mərkəzinin sərgi salonunda nümayiş olunan miniatür, təzhib, sədəfkəsmə, batika, zərgərlik və digər qədim sənətkarlıq nümunələri ilə tanış olub, Azərbaycan milli incəsənətinin incəlikləri barədə məlumat alıblar.

Bu təşəbbüslər Azərbaycanın mədəni irsinin dünya miqyasında daha geniş tanınmasına, həmçinin ölkənin mədəni irsinin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətindəki səylərinin beynəlxalq aləmə təqdim edilməsinə xidmət edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://sia.az
archiveBu xəbər 25 Noyabr 2024 11:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see352

“Hər bir Azərbaycan vətəndaşına ildə 5 kq palma yağı yedizdirilir...”

03 Yanvar 2026 12:48see248

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see215

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see195

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see191

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see167

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see164

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see162

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see161

İlham Yadullayev: Çalışacağıq ki, komandaya yeni futbolçular dəvət edək

03 Yanvar 2026 13:04see160

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see152

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see151

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see146

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see143

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see143

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see142

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see142

“Temu” Azərbaycan bazarından “çıxarılır”?

03 Yanvar 2026 17:38see142

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see138

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri