Icma.az
close
up
RU
COP29 “Daily Show” televiziya proqramına start VERİR

COP29 “Daily Show” televiziya proqramına start VERİR

Unikal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Noyabrın 11-dən etibarən, COP29-un Böyük Britaniyanın “Hi Impact” yayım şirkəti ilə əməkdaşlıq çərçivəsində hazırlanan “Daily Show” televiziya proqramının canlı yayımına başlanılacaq.

"Unikal" xəbər verir ki, qlobal auditoriyanın diqqətinin bu ilin ən əlamətdar hadisəsi olan 11-22 noyabr tarixlərində Bakıda keçiriləcək COP29 konfansına cəlb etmək üçün nəzərdə tutulmuş 30 dəqiqəlik “Daily Show” televiziya proqramında tədbirin gündəlik hadisələri işıqlandırılacaq. Həmçinin, dünya liderləri, elm adamları, ictimai xadimlər və iqlim sahəsinin novatorçuları innovativ formatda yayımlanacaq bu verilişin qonaqları olacaqlar.

“Daily Show” proqramının on iki buraxılışı dünyanın dörd qitəsini əhatə etməklə 47 telestudiya ilə əməkdaşlıq çərçivəsində gündəlik onlayn yayımlanacaq və milyonlarla tamaşaçı bu verilişə ödənişsiz şəkildə baxa biləcək. Bundan əlavə, hər gün yayımdan sonra verilişlər COP29-un rəsmi YouTube və digər sosial media kanallarına yüklənəcəkdir.

Bu formatda ilk dəfə yayımlanan “Daily Show” proqramı kommunikasiya sahəsində məşhur agentlik və yayım şirkəti olan - “Hi Impact” ilə əməkdaşlıq çərçivəsində ərsəyə gəlib. Veriliş konfransda şəxsən iştirak edə bilməyən beynəlxalq auditoriyaya COP29 əsnasında cərəyan edən hadisələri unikal formatda izləməyə imkan yaratmaqla COP29-un inklüzivliyin təmin edilməsi öhdəliyini təcəssüm etdirir.

Qeyd edək ki, COP29-un Yaşıl Zonasında xüsusi olaraq yaradılan studiyadan yayımlanacaq proqrama aparıcı qismində Avropa, Yaxın Şərq və Asiya regionlarının telekanallarında yayımlanan xəbərlər və müsahibə verilişləri sahəsində zəngin təcrübəyə malik jurnalist və beynəlxalq aparıcı Rozanna Lokvud cəlb olunub. O, “News UK”, “Prime Time with Rosanna Lockwood’” kimi verilişlərin aparıcısı olub.

Proqramda iqlim dəyişmələri sahəsinin görkəmli simaları ilə yanaşı ənənəvi mediadan uzaq olan gənc auditoriyanı əhatə etmək üçün iqlim məsələlərini işıqlandıran blogerlər qonaq reportyor qismində cəlb olunacaqlar. Verilişin tonu və üslubu bütün sosial qruplardan olan tamaşaçıları iqlim dəyişmələri mövzusuna cəlb etmək üçün nəzərdə tutulub. Belə ki, verilişin əsas məqsədi bəzən mürəkkəb və texniki olan iqlim müzakirələrini daha geniş auditoriya üçün əlçatan etməkdir.

Qeyd edək ki, media və yayım şirkətləri “Daily Show” verilişinin ödənişsiz yayımlanması üçün imkanları təmin edir. Verilişin yayımlanmasında maraqlı olan şirkətlər [email protected] elektron poçt ünvanı vasitəsilə müraciət edə bilərlər.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://unikal.az
archiveBu xəbər 10 Noyabr 2024 19:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see325

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see316

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see299

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see284

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see238

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see233

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see229

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see225

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see215

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see214

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see207

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see206

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see201

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see199

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see198

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see189

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see172

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see171

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see168

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri