COP29 dan sonra yaddan çıxan obyektlər 17 aylıq sirli qadağa: AÇIQLAMA
Demokrat.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Mağazaların konkret olaraq niyə açılmadıqlarını bilmirəm, yəni səbəbin nə olduğu barədə məlumatım yoxdur.”
Demokrat.az saytı xəbər verir ki, bunu tanınmış hüquqşünas Əkrəm Həsənov Bakı metrosunun “20 Yanvar” stansiyasının keçidindəki ticarət obyektlərinin uzun müddətdir fəaliyyətsiz qalmasını şərh edərkən bildirib. O, qeyd edib ki, əgər sahibkarların fəaliyyəti qanunidir və buna baxmayaraq süni maneələr yaradılırsa, məsələ mütləq hüquqi müstəvidə həllini tapmalıdır.
Bakı metrosunun ən işlək nöqtələrindən biri olan “20 Yanvar” keçidində on illərdir ticarətlə məşğul olan sahibkarlar artıq 17 aydır ki, qeyri-müəyyənlik içindədirlər. 1998-ci ildən bəri fəaliyyət göstərən “Klassik Aİ LTD” MMM-in mülkiyyətində olan ticarət sahələri COP29 beynəlxalq tədbiri ilə əlaqədar müvəqqəti bağlansa da, tədbirin başa çatmasından aylar keçməsinə baxmayaraq, hələ də açılışa icazə verilmir. Şirkət rəhbərliyi və burada çalışan onlarla işçi, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən heç bir rəsmi sənəd və ya xəbərdarlıq təqdim edilmədən fəaliyyətlərinin dondurulmasından şikayətçidirlər.

Hüquqşünas Əkrəm Həsənov isə vurğulayır ki, hər bir şəxs və ya qurum qanuni fəaliyyəti məhdudlaşdırıldıqda məhkəməyə müraciət etmək hüququna malikdir: “Amma hər bir halda, əgər həmin obyektlər orada qanuni fəaliyyət göstəriblərsə və sonradan bu fəaliyyət qanunsuz şəkildə dayandırılıbsa, məsələ məhkəmə qaydasında mübahisələndirilməlidir. Əsas prinsip ondan ibarətdir ki, hər hansı şəxs və ya qurum qanuni fəaliyyətlə məşğuldursa və hansısa dövlət orqanı onun fəaliyyətinə məhdudiyyət qoyursa, həmin şəxs bu qərardan şikayət vermək hüququna malikdir. Belə hallarda iddia ərizəsi Bakı İnzibati Məhkəməsinə təqdim olunmalıdır. Əgər deyilənlər doğrudursa və həmin şəxslər qanuni əsaslarla fəaliyyət göstəriblərsə, onların fəaliyyətinin dayandırılması ilə bağlı məhkəməyə müraciət etmələri hüquqi baxımdan düzgün addım olardı”.
Qeyd edək ki, "Klassik Aİ LTD" MMM-in işçi kollektivi məsələnin həlli üçün yaxın günlərdə aidiyyəti nazirliklərə və paytaxt rəhbərliyinə sonuncu kollektiv müraciətlərini ünvanlamağa hazırlaşırlar.
Leyla Turan
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Yola çıxan şəxs oruc tutmalıdır? AÇIQLAMA
04 Mart 2025 18:36
Azadlığa çıxan Rəqsanədən ilk AÇIQLAMA Çox sevincliyəm...
19 Noyabr 2025 20:15
Yeni iPhone 17 lərdə üzə çıxan PROBLEM
23 Sentyabr 2025 12:54
Beynəlxalq jurnallarda çıxan elmi məqalələrimiz niyə azdır? AÇIQLAMA
14 Mart 2025 17:49
240 nəfərin öldüyü qəzadan sağ çıxan sərnişindən İLK AÇIQLAMA
12 İyun 2025 20:19
Baxış sayı:37
Bu xəbər 19 Yanvar 2026 17:26 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları