Icma.az
close
up
RU
COP29 dünya mediasının gündəmindədir

COP29 dünya mediasının gündəmindədir

Yeniazerbaycan saytına istinadən Icma.az xəbər verir.

Bakıda keçirilən COP29 dünya mediasının gündəmində əsas müzakirə mövzularından biri kimi qalmaqda davam edir.

Moldovanın “Noi.md” xəbər portalında rus və rumın dillərində nəşr edilən “Moldova Prezidenti və Bakıda keçirilən COP29-un digər iştirakçıları Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizə ideyalarını dəstəkləyirlər” sərlövhəli məqalədə nüfuzlu beynəlxalq konfransın təşkili, müzakirə olunan strateji mövzular barədə məlumat verilib. Məqalədə bildirilir ki, Bakıda COP29-un iştirakçısı olan ölkələrin dövlət və hökumət başçılarının sammiti baş tutub və burada Moldova Prezidenti Maya Sandu da çıxış edib. Sandu qlobal ekoloji problemlərin həllində inkişaf etməkdə olan ölkələrə dəstək verilməsinin zəruriliyi ilə bağlı sessiyanın əsas doktrinasını alqışlayıb.

“Yaşıl Zona” ərazisində bütün maraqlı tərəflərin - fəallardan və özəl təşəbbüslərin tərəfdarlarından tutmuş iri biznes və dövlət qurumlarının nümayəndələrinə qədər çoxşaxəli ünsiyyət təşkil olunur. “Mavi Zona”da sessiyalar, görüşlər və sammitlər keçirilir. Yazıda daha sonra qeyd olunur ki, müxtəlif ölkələrin onlarla prezident və digər yüksək vəzifəli şəxslərinin iştirak etdiyi tədbirdə Afrika, Latın Amerikası və xüsusilə kiçik ada dövlətlərindən olan ölkələr geniş nümayəndə ilə təmsil olunub.

COP29-a ev sahibliyi edən tərəfin əsasi diqqəti ekoloji bərabərlik məsələsinə yönəlib. Forumun əsas məqsədinə görə, həm karbohidrogenlərin istehlakında, həm də zərərli emissiyaların istehsalında lider olan inkişaf etmiş ölkələr iqlimə təzyiqə görə məsuliyyəti öz üzərinə götürməli və təbiətə dəyən zərərin ödənilməsində daha zəif ölkələrə kömək etməlidir.

Sonda vurğulanır ki, Bakıda keçirilən COP-29-da qlobal temperaturun artmasının qarşısını almaq üçün Parisdə iqlim sazişinin imzalanmasından 9 il sonra karbon bazarları üzrə mühüm razılaşma artıq əldə olunub. Tədbir zamanı BMT-nin Baş katibi Antonio Quterreş iqlim dəyişikliyinin qarşısının alınması üçün vaxtın daraldığını bildirib və bu məqsədlə ayrılan vəsaitin artırılmasına çağırıb.

Səudiyyə Ərəbistanı Krallığının nüfuzlu “əş-Şarq əl-Avsat” qəzeti isə Azərbaycan Prezidenti İlham Əliyevin noyabrın 12-də Bakıda keçirilmiş Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının  Liderlər Sammitinin açılış mərasimində çıxışından yazıb. Qəzet Azərbaycan Prezidentinin ölkələrin təbii sərvətlərə malik olduğuna və tələbatı ödəmək üçün onları bazarlara çıxarmasına görə suçlanmasının yolverilməzliyi barədə dediklərini oxucularının diqqətinə çatdırıb. Sitatda dünya ictimaiyyətini bu məsələlərdə realist olmağa çağıran Prezident İlham Əliyevin Azərbaycanın COP29-un sədri kimi yaşıl keçidin güclü carçısı olduğunu və bunu davam etdirdiyini bildirdiyi də diqqətə çatdırılır.

Səudiyyə nəşri Azərbaycan liderinin çıxışında planetin qlobal istiləşməsindən mühazirə deməyə çalışan, amma əslində Azərbaycan qazının tədarükünü daha da artırmağa can atan bir sıra qərb ölkələrinin ikiüzlülüyü ilə bağlı fikirlərindən sitat gətirərək yazır: “Əfsuslar olsun ki, ikili standartlar, digər ölkələrə dərslər vermək adəti və siyasi riyakarlıq bəzi qərb ölkələrindəki bir sıra siyasətçilər, dövlət nəzarətində olan QHT-lər, yalan xəbər mediası üçün fəaliyyət metoduna çevrilib”.

İordaniyanın aparıcı media qurumları da Azərbaycanın ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) aid çoxlu sayda xəbərlər və videomateriallar yayımlayıb. Bu ölkənin “Petra” Dövlət İnformasiya Agentliyi, “The Jordan Times”, “Al-Rai”, “Əd-Dustur”, “Ammon News”, “Jordan News”, “Roya News”, “Al-Mamlaka” qəzet və saytlarında, eləcə də “Jordan Tv”, “Roya Tv” və “Mamlaka Tv” televiziya kanallarında COP29 ilə bağlı silsilə məqalə və videomateriallar dərc edilib.

Xəbərlərdə COP29 çərçivəsində keçirilən Liderlər Sammitində İordaniya Kralı II Abdullahı təmsil edən Vəliəhd Şahzadə II Əl-Hüseyn bin Abdullahın tədbirdəki çıxışı, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü barədə ətraflı məlumat verilib. Bundan əlavə, COP29-un Bakıda yüksək səviyyədə təşkil edilməsi, iqlim dəyişmələrinə dair danışıqların uğurla nəticələnməsi və COP29-la bağlı təşəbbüslərin dəstəklənməsi ilə bağlı müsbət rəylər oxuculara təqdim olunub. Azərbaycanın dünyanın prioritet qəbul etdiyi yaşıl enerji layihələri ilə bağlı məlumat verilib, ölkəmizin bu sahədə təcrübəsinin dünyaya çatdırılması məsələləri geniş işıqlandırılıb.

Yerli mediada Vəliəhd Şahzadə II Əl-Hüseyn bin Abdullahın COP29-da iştirakı, Azərbaycanın tarixi və turizm imkanları ilə bağlı faktların yer aldığı videoçarxlar da bu ölkə mətbuatında geniş yayılıb.

Çinin ingilisdilli “China Daily” qəzeti isə Bakıda keçirilən COP29 çərçivəsində Heydər Əliyev Fondunun Azərbaycana həsr olunan yeni nəşrinin təqdimatı barədə məqalə dərc edib. Çinin nüfuzlu nəşri AZƏRTAC-ın təqdim etdiyi materiala istinad edərək, ideya müəllifi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, layihə rəhbəri Prezidentin köməkçisi Anar Ələkbərov olan nəşrdə Azərbaycanın füsunkar təbiəti, flora və faunasına dair fotoşəkillərin, müvafiq məlumatların yer aldığını yazıb.

Qeyd olunub ki, Azərbaycan təbiətinin müxtəlifliyini təsvir edərək ölkənin bütün regionlarını, milli parklar və qoruqlarını əhatə edən layihə üzrə videoçəkilişlər aparılıb, videoçarxlar və sənədli film hazırlanıb. Nəşr yazır ki, kitabda toplanmış şəkillər Azərbaycanın gözəlliklərini təqdim edəcək, insanlara təbiəti sevməyi və qorumağı bir daha xatırladacaq. Layihə zamanı işğaldan azad olunmuş ərazilərdə - Qarabağda və Şərqi Zəngəzurda da çəkilişlər aparılıb.

Qeyd edək ki, çap versiyası və rəqəmsal platformalar üzrə yüz milyonlarla oxucusu olan nüfuzlu “China Daily” qəzeti təkcə Çində deyil, eləcə də dünyada ingilis dilində nəşr edilən ən populyar qəzetlərdən biridir. Onun xarici ölkələrdəki oxucularının sayı Çindəki oxucularından çoxdur.

Nardar BAYRAMLI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:124
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 19 Noyabr 2024 09:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

09 Sentyabr 2026 15:51see628

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

09 Sentyabr 2026 12:17see430

Saqqızı udsanız bədəninizə nə baş verir?

08 Sentyabr 2026 21:51see279

Xərçəng xəstələrinin sayı 67% artacaq

09 Sentyabr 2026 01:01see276

YAP xalqa layiqli xidmət nümunəsi yaradıb

08 Sentyabr 2026 22:50see257

Cənubi Qafqaz indi başqalarının diktəsi ilə yaşamır

08 Sentyabr 2026 23:23see247

Süni intellekt bizim ömrümüz ərzində xərçəngin müalicəsini tapacaq Arm rəhbəri

08 Sentyabr 2026 23:41see243

İspan jurnalist: “Pedri və Rafinya Avropa üçün mövcud deyil”

09 Sentyabr 2026 03:43see240

Fernandes: “Holand vəhşi heyvandır, əsl vəhşi heyvan”

09 Sentyabr 2026 02:30see235

“Mançester Siti” səfərdə “Portu”ya şans vermədi Çempionlar Liqası

09 Sentyabr 2026 01:34see235

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

09 Sentyabr 2026 15:22see224

Şəkər xəstəliyinin tualetdə görünən əlamətləri necədir?

08 Sentyabr 2026 23:21see224

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

09 Sentyabr 2026 19:08see221

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

09 Sentyabr 2026 21:17see202

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

09 Sentyabr 2026 15:28see201

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

09 Sentyabr 2026 17:42see200

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

09 Sentyabr 2026 21:37see196

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

09 Sentyabr 2026 16:52see188

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see180

Bu meyvələrin qabığını yemək olarmı?

10 Sentyabr 2026 02:06see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri