Icma.az
close
up
RU
COP29 ən möhtəşəm COPlardan biri kimi tarixə düşəcək ŞƏRH AZƏRTAC

COP29 ən möhtəşəm COPlardan biri kimi tarixə düşəcək ŞƏRH AZƏRTAC

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 26 noyabr, AZƏRTAC

“Azərbaycan daha bir möhtəşəm tədbirə yüksək səviyyədə ev sahibliyi etməklə mötəbər tədbirlərin keçirilməsində böyük təcrübəsi olduğunu bir daha dünya ictimaiyyətinə nümayiş etdirdi. İki həftə davam edən tədbirdə mühüm əhəmiyyətli irəliləyişlər əldə edildi. Bu nailiyyətlər çoxtərəfli iqlim fəaliyyətində ən mürəkkəb və mübahisəli vəzifələri yerinə yetirmək üçün Azərbaycanın COP29 Sədrliyinin aylarla davam edən intensiv diplomatiyasının nəticəsidir. Belə bir tədbirə ev sahibliyi etmək üçün 200-ə yaxın ölkədən dəstək almaq Azərbaycan üçün böyük şərəf idi. Eyni zamanda, dünyanın ölkəmizə olan inam və etibarının təsdiqi idi. Həm də beynəlxalq ictimaiyyətin Azərbaycanda görülən işlərə, o cümlədən yaşıl enerji sahəsində qazandığımız uğurlara verilən yüksək dəyərin və hörmətin nəticəsi idi. Təbii ki, Azərbaycan da bu etibarı yüksək səviyyəli təşkilatçılığı ilə təsdiqlədi”.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Əliqismət Bədəlov bildirib.

O deyib ki, dünyanın aparıcı media vasitələri Azərbaycanın bu tədbirə peşəkarcasına hazırlaşdığını və keçirdiyini yazır. Hər dəfə ölkəmizdə beynəlxalq miqyaslı tədbir keçiriləndə növbəti illərdə bu tədbiri keçirəcək ölkələrin üzərinə böyük məsuliyyət düşür: “Biz “Bakı-2015” Birinci Avropa Oyunları və IV İslam Həmrəylik Oyunları keçiriləndən sonra da bunun şahidi olduq. Həmin tədbirləri növbəti il keçirəcək ölkələrin təşkilat komitələrinin rəhbərləri etiraf etmişdilər ki, Azərbaycan bu Oyunları elə yüksək səviyyədə keçirdi ki, buna bənzər tədbir keçirmək daha yüksək məsuliyyət və hazırlıq tələb edəcək. Eləcə də COP29-u yüksək səviyyədə keçirilməklə Azərbaycan diplomatiyası dünya diplomatiya tarixinə öz adını yazdırdı. Bütün bunlar bir daha təsdiqləyir ki, Azərbaycan dünya miqyasında dinamik inkişaf edən ölkələr sırasında avanqard yerlərdən birini tutur”.

Siyasi şərhçi bu inkişafın əsasında müasir dövrün tələblərinə müvafiq olaraq uğurla reallaşdırılan strateji kurs dayandığını diqqətə çatdıraraq deyib ki, Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən strategiya hazırkı dinamik inkişafın əsaslarını təşkil edir. Azərbaycanın iqtisadi inkişafına, sosial-siyasi sabitliyə, beynəlxalq müstəvidə nüfuzuna və mövqeyinə görə güclü, qüdrətli bir dövlətə çevrildiyi dünya birliyində də etiraf olunur. Ölkəmizin bu tədbirə ev sahibliyi edəcəyi barədə qərar qəbul edilən gündən anti-Azərbaycan qüvvələr müxtəlif qarayaxma kampaniyalarına əl ataraq COP29-un reallaşmasına problem yaratmaq istəyirdilər. Lakin həmişəki kimi çirkin niyyətlərini həyata keçirə bilmədilər.

Ə. Bədəlov deyib ki, COP29 Sədrliyi maliyyə, investisiya və ticarətin iqlim gündəliyinin mərkəzində qalmasını təmin etmək üçün BMT qurumlarını, beynəlxalq təşkilatları, çoxtərəfli inkişaf banklarını, çoxtərəfli iqlim fondlarını, özəl sektoru, vətəndaş cəmiyyətini, əsas koalisiyaları və digər maraqlı tərəfləri, həmçinin COP sədrlikləri və tərəfləri bir araya gətirdi: “Kiçik və orta sahibkarlığın yaşıl keçidi üzrə yeni Bakı İqlim Koalisiyasını elan etdi. Həmçinin COP29 Sədrliyi enerji saxlama, şəbəkələr, zonalar, dəhlizlər və hidrogen mövzularında öhdəliklər və bəyanatlar təqdim etdi, bunları 150 tərəf təsdiqlədi.

75-dən çox hökumət və rəqəmsal texnologiya sənayesinin 1100-dən çox üzvü emissiyaları azaltmaq və iqlimə dayanıqlılığını gücləndirmək üçün rəqəmsal vasitələrdən istifadəni nəzərdə tutan bəyanatı təsdiqlədi. 8 BMT agentliyi, 3 çoxtərəfli inkişaf bankı və 3 iqlim fondu arasında birgə bəyanat qəbul edildi. Bu bəyanat çərçivəsində İqlim Davamlılığı üçün İnsan İnkişafı üzrə Bakı Rəhbər Prinsipləri qəbul edildi və Bakı COP Sədrliklərinin İqlim və Səhiyyə üzrə Davamlılıq Koalisiyası yaradıldı”.

Siyasi şərhçinin fikrincə, yaddaqalan hadisələrdən biri də karbon bazarına dair çoxdan gözlənilən 6-cı maddənin tam işlək vəziyyətə gətirilməsinə nail olmaqdı. Ən əsası, dünya ictimaiyyəti Bakı COP 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələrə 300 milyard ABŞ dolları təmin etmək üçün qarşıya yeni qlobal məqsəd qoyan Yeni Kollektiv Kəmiyyət Məqsədinin (NCQG) şahidi oldu. Bu razılaşma inkişaf etməkdə olan ölkələrə iqlim dəyişmələrinin fəsadları ilə mübarizədə kömək edəcək.

“Genişmiqyaslı və planlaşdırılmış böhtan və qarayaxma kampaniyasına baxmayaraq, Azərbaycan iqlim danışıqlarında tarixi nəticələr əldə edərək anti-Azərbaycan qüvvələrə öz günü açıq şəkildə göstərdi. COP29 Azərbaycanın beynəlxalq iqlim siyasətində fəal rolunu bir daha nümayiş etdirdi və qlobal müzakirələrin mərkəzinə çevrildi, həmçinin iqlim diplomatiyasında dönüş nöqtəsi oldu”- deyə Ə.Bədəlov bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:128
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 Noyabr 2024 08:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see407

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see350

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see334

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see314

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see259

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see254

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see253

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see232

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see226

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see223

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see216

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see212

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see209

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see209

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see207

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see205

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see195

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see192

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see188

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri