Icma.az
close
up
RU
COP29 günlərində enerji təchizatının dayanıqlığı üçün əksqəza məşqləri keçirilib

COP29 günlərində enerji təchizatının dayanıqlığı üçün əksqəza məşqləri keçirilib

Operativmedia saytına istinadən Icma.az xəbər verir.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu (COP29) sessiyası, o cümlədən Bakı şəhərinin fasiləsiz və dayanıqlı elektrik təchizatının təmin edilməsi üçün kompleks qabaqlayıcı tədbirlər həyata keçirilir.

"Operativ Media" “Azərenerji” ASC-yə istinadən xəbər verir ki, bu tədbirlərin tərkib hissəsi olaraq hava durumu və digər fövqəladə şərait üzündən enerjisistemdə baş verə biləcək qəza hallarında operativ personalın hərəkəti, qəzanın aradan qaldırılması, işlərin qüsursuz təşkilinin simulyasiyası üçün əməliyyat heyətlərinin iştirakı ilə regional əks-qəza məşqləri keçirilib.

Əməliyyat heyətinin bilik və vərdişlərinin artırılması, həmçinin “Azərenerji” və “Azərişıq” ASC-lərin mərkəzi dispetçer idarəetməsi arasında koordinasiyanın gücləndirilməsi üçün keçirilən regional əks-qəza məşqində, əsasən şərti olaraq Bakı şəhərinin ötürücü şəbəkə infrastrukturunu enerjisistemlə əlaqələndirən 220 kV-luq elektrik verilişi xətləri açılarsa, alternativ sxem yığılaraq ən qısa zamanda şəhərin elektrik enerjisi ilə təchizatının bərpa edilməsi simulyasiya edilib.

Əks-qəza məşqinə “Azərenerji” və “Azərişıq” ASC-lərin mərkəzi dispetçer xidmətlərinin, eyni zamanda ötürücü və paylayıcı müəssisələrin əməliyyat heyəti cəlb edilib.

Mərkəz olaraq “Azərenerji”nin 220 kilovoltluq “Nizami” yarımstansiyası seçilən əks-qəza məşqi noyabrın 11-24-də Bakı şəhərində keçiriləcək COP29 tədbirlərinə elektroenergetika infrastrukturunun hazırlıq səviyyəsini yüksəltmək, əməliyyat personalının praktik vərdişlərini artırmaq məqsədi daşıyır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://operativmedia.az
archiveBu xəbər 05 Noyabr 2024 10:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see739

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see582

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see570

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see320

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see313

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see282

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see280

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see274

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see270

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see267

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see266

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see266

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see265

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see263

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see241

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see229

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see222

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see217

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see210

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri