Icma.az
close
up
RU
COP29 İqlim, Planet və Biz kitabının təqdimatı keçirilib

COP29 İqlim, Planet və Biz kitabının təqdimatı keçirilib

Icma.az, Sitat.info saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"EkoSfera" Ekoloji-Sosial Mərkəzi tərəfindən hazırlanmış "COP29 - İqlim, Planet və Biz" adlı iqlim dəyişmələri haqqında metodik vəsaitin COP29-da təqdimatı keçirilib. Azərbaycan, rus dillərində pilot şəklində hazırlanan kitabın hal-hazırda ingilis dili versiyası üzərində işlər gedir. Hər üç dildə onlayn olaraq yayımlanacaq metodik vəsait, bu sahədə məlumat əldə etmək istəyən müəllimlər, şagirdlər - hər kəs üçün əlçatan olacaq.

Sitat.info xəbər verir ki, 29 dərsdən ibarət kitabda hər mövzu qlobal problemə diqqət çəkməklə yanaşı, mövzu ilə tanışlıq, əsas anlayışlar, praktiki işlər və interaktiv oyunlardan ibarət bölmələr vasitəsilə təqdim olunur. Bu yanaşma oxucuların həm nəzəri, həm də praktiki biliklərini artırmağa yönəlib.

Kitabın ilk 28 bölməsi "EkoSfera" Ekoloji-Sosial Mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanıb və sahə üzrə ekspertlərin biliklərini bir araya gətirərək iqlim dəyişmələri mövzusunda dəyərli bir mənbə təqdim edir. Yekun, 29-cu dərs isə COP29 Prezidenti, Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, BMT-nin İqlim Dəyişikliyi üzrə Yüksəksəviyyəli Çempionu Nigar Arpadarai və COP29-un Gənc İqlim Çempionu Leyla Həsənova tərəfindən oxuculara tövsiyələr şəklində tamamlanıb.

Xüsusi olaraq qeyd etmək lazımdır ki, "COP29 - İqlim, Planet və Biz" vəsaitində COP29-da iştirak edən 40-dan artıq ölkənin təşkilatları tərəfindən azərbaycanlı uşaq və gənclərə mesajlar da yer alıb. Bu mesajlar, gənclərin iqlim dəyişmələri ilə mübarizədə rolu, onların maarifləndirilməsi və səslərinin eşidilməsinin vacibliyini vurğulayaraq, onlara ilham və motivasiya verməyi hədəfləyir. Kitabın ideya müəllifi və baş redaktoru "EkoSfera" SEM-in rəhbəri Firuzə Sultan-zadədir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:52
embedMənbə:https://sitat.info
archiveBu xəbər 22 Noyabr 2024 19:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see270

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see245

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see238

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see236

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see233

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see186

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see172

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see172

Sifarişlə adam öldürmüşdü ALMANİYADAN GƏTİRDİLƏR

10 Dekabr 2025 09:37see147

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see147

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see146

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see135

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see133

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see131

İlham Əliyev və Rixard Raşinin görüşü əməkdaşlığı dərinləşdirmək planlarını təsdiqlədi

09 Dekabr 2025 18:24see130

Ermənistanda SENSASİYA: Müharibə vaxtı onları Azərbaycan ordusu öldürməyib

10 Dekabr 2025 03:13see130

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see129

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see127

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see124

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

10 Dekabr 2025 08:40see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri