Icma.az
close
up
RU
COP29 Liderlər Sammiti açılış mərasimindən sonra işini birinci plenar iclasla davam etdirib Xəbər saytı Son xəbərlər və Hadisələr

COP29 Liderlər Sammiti açılış mərasimindən sonra işini birinci plenar iclasla davam etdirib Xəbər saytı Son xəbərlər və Hadisələr

Baku.ws saytına istinadən Icma.az xəbər verir.

Noyabrın 12-də Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammitinin birinci plenar iclası keçirilib.

BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, iclasa sədrlik edən COP29-un Prezidenti, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev tədbirin gündəliyi və müzakirə olunacaq məsələlər barədə məlumat verib.

İclasda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stiel, İqlim Dəyişmələri üzrə Hökumətlərarası Ekspert Qrupunun (IPCC) sədri Cim Skea, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Serbiya Prezidenti Aleksandar Vuçiç, Zimbabve Prezidenti Emmerson Dambudzo Mnanqaqva, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Mavritaniya Prezidenti Məhəmməd uld Şeyx əl-Qazuani, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Qvineya-Bisau Prezidenti Umaru Sisoku Embalo, Polşa Prezidenti Andjey Duda, Tacikistan Prezidenti Emoməli Rəhmon, İraq Prezidenti Əbdüllətif Camal Rəşid, Qırğızıstan Prezidenti Sadır Japarov, Konqo Prezidenti Deni Sassu Nqesso, Belarus Prezidenti Aleksandr Lukaşenko, Liviya Dövləti Prezident Şurasının Sədri Məhəmməd Yunis Əl-Mənfi, Bolqarıstan Prezidenti Rumen Radev, Maldiv Respublikasının Prezidenti Məhəmməd Muizzu, Toqo Prezidenti Fore Qnassinqbe, Marşal Adaları Respublikasının Prezidenti Hilda Heine, Kipr Respublikasının Prezidenti Nikos Kristodulides, Slovakiya Prezidenti Peter Pelleqrini, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Şimali Makedoniyanın Prezidenti Qordana Silyanovska Davkova, Finlandiya Prezidenti Aleksandr Stubb, Monteneqro Prezidenti Yakov Milatoviç, Nepal Prezidenti Ramçandra Paudel, Surinam Prezidenti Çandrikapersad Santoxi, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Denis Beçiroviç, Qana Prezidenti Nana Addo Dankua Akufo-Addo, Monqolustan Prezidenti Uxnaaqiyn Xurelsux, Efiopiya Prezidenti Taye Atske Selassie, Sudanın Suverenlik Şurasının sədri Abdel Fattah Al-Burhan Abdelrahman Al-Burhan, Moldova Prezidenti Maya Sandu, Braziliyanın Vitse-prezidenti Geraldu Alkmin, Tanzaniyanın Vitse-prezidenti Filip İsdor Mpanqo, Kot-d"İvuarın Vitse-prezidenti Tiemoko Meylie Kone, Seyşel Adaları Respublikasının vitse-prezidenti Əhməd Afif Didi, Anqolanın Vitse-prezidenti Esperança da Kosta, Yəmənin Vitse-prezidenti Abdulla Al-Alimi, Malavinin Vitse-prezidenti Mixael Bizuik Usi, Liberiyanın Vitse-prezidenti Ceremi Kunq, Burundinin Vitse-prezidenti Prosper Bazombanza, İspaniya Hökumətinin Sədri Pedro Sançez, İordaniya Krallığının Vəliəhdi Şahzadə II Əl-Hüseyn bin Abdullah, Barbadosun Baş naziri Mia Amor Mottley, Belçikanın Baş naziri Aleksandr De Kro, Böyük Britaniyanın Baş naziri Kir Starmer, Macarıstanın Baş naziri Viktor Orban çıxış ediblər.

Dövlət və hökumət başçıları, nümayəndə heyətlərinin rəhbərləri çıxışlarında təmsil etdikləri ölkə və qurumların iqlim dəyişmələrinə qarşı mübarizə sahəsində atdığı addımlar, qarşıda duran hədəflərə nail olunması ilə bağlı öhdəliklərin icrası istiqamətində görülən işlər barədə məlumat veriblər. Çıxışlarda, həmçinin Azərbaycanın COP29-u uğurla təşkil etməsinə və göstərilən qonaqpərvərliyə görə dərin minnətdarlıq ifadə olunub.

COP29-un Liderlər Sammitinə noyabrın 13-də yekun vurulacaq.

Qalereya

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://baku.ws
archiveBu xəbər 12 Noyabr 2024 21:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see396

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see383

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see377

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see374

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see354

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see353

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see335

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see335

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see315

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see313

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see308

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see297

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see267

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see229

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see222

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see220

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see209

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see207

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see207

Dərmanlar da icbari tibbi sığortaya daxil edilir Kimlər faydalanacaq?

20 Noyabr 2026 22:21see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri