Icma.az
close
up
RU
COP29 Liderlər Sammiti açılış mərasimindən sonra işini davam etdirib FOTOLAR

COP29 Liderlər Sammiti açılış mərasimindən sonra işini davam etdirib FOTOLAR

Avtosfer saytına istinadən Icma.az xəbər verir.

Noyabrın 12-də Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammitinin birinci plenar iclası keçirilib.

“Azərtac” xəbər verir ki, iclasa sədrlik edən COP29-un Prezidenti, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev tədbirin gündəliyi və müzakirə olunacaq məsələlər barədə məlumat verib. İclasda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stiel, İqlim Dəyişmələri üzrə Hökumətlərarası Ekspert Qrupunun (IPCC) sədri Cim Skea, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Serbiya Prezidenti Aleksandar Vuçiç, Zimbabve Prezidenti Emmerson Dambudzo Mnanqaqva, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Mavritaniya Prezidenti Məhəmməd uld Şeyx əl-Qazuani, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Qvineya-Bisau Prezidenti Umaru Sisoku Embalo, Polşa Prezidenti Andjey Duda, Tacikistan Prezidenti Emoməli Rəhmon, İraq Prezidenti Əbdüllətif Camal Rəşid, Qırğızıstan Prezidenti Sadır Japarov, Konqo Prezidenti Deni Sassu Nqesso, Belarus Prezidenti Aleksandr Lukaşenko, Liviya Dövləti Prezident Şurasının Sədri Məhəmməd Yunis Əl-Mənfi, Bolqarıstan Prezidenti Rumen Radev, Maldiv Respublikasının Prezidenti Məhəmməd Muizzu, Toqo Prezidenti Fore Qnassinqbe, Marşal Adaları Respublikasının Prezidenti Hilda Heine, Kipr Respublikasının Prezidenti Nikos Kristodulides, Slovakiya Prezidenti Peter Pelleqrini, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Şimali Makedoniyanın Prezidenti Qordana Silyanovska Davkova, Finlandiya Prezidenti Aleksandr Stubb, Monteneqro Prezidenti Yakov Milatoviç, Nepal Prezidenti Ramçandra Paudel, Surinam Prezidenti Çandrikapersad Santoxi, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Denis Beçiroviç, Qana Prezidenti Nana Addo Dankua Akufo-Addo, Monqolustan Prezidenti Uxnaaqiyn Xurelsux, Efiopiya Prezidenti Taye Atske Selassie, Sudanın Suverenlik Şurasının sədri Abdel Fattah Al-Burhan Abdelrahman Al-Burhan, Moldova Prezidenti Maya Sandu, Braziliyanın Vitse-prezidenti Geraldu Alkmin, Tanzaniyanın Vitse-prezidenti Filip İsdor Mpanqo, Kot-d'İvuarın Vitse-prezidenti Tiemoko Meylie Kone, Seyşel Adaları Respublikasının vitse-prezidenti Əhməd Afif Didi, Anqolanın Vitse-prezidenti Esperança da Kosta, Yəmənin Vitse-prezidenti Abdulla Al-Alimi, Malavinin Vitse-prezidenti Mixael Bizuik Usi, Liberiyanın Vitse-prezidenti Ceremi Kunq, Burundinin Vitse-prezidenti Prosper Bazombanza, İspaniya Hökumətinin Sədri Pedro Sançez, İordaniya Krallığının Vəliəhdi Şahzadə II Əl-Hüseyn bin Abdullah, Barbadosun Baş naziri Mia Amor Mottley, Belçikanın Baş naziri Aleksandr De Kro, Böyük Britaniyanın Baş naziri Kir Starmer, Macarıstanın Baş naziri Viktor Orban çıxış ediblər.

Dövlət və hökumət başçıları, nümayəndə heyətlərinin rəhbərləri çıxışlarında təmsil etdikləri ölkə və qurumların iqlim dəyişmələrinə qarşı mübarizə sahəsində atdığı addımlar, qarşıda duran hədəflərə nail olunması ilə bağlı öhdəliklərin icrası istiqamətində görülən işlər barədə məlumat veriblər. Çıxışlarda, həmçinin Azərbaycanın COP29-u uğurla təşkil etməsinə və göstərilən qonaqpərvərliyə görə dərin minnətdarlıq ifadə olunub.

COP29-un Liderlər Sammitinə noyabrın 13-də yekun vurulacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:196
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 13 Noyabr 2024 01:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see434

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see372

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see290

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see276

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see258

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see251

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see248

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see237

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see230

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see226

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see222

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see220

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see218

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see218

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see211

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see210

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see208

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see207

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see202

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri