Icma.az
close
up
RU
COP29 Liderlər Sammiti: Azərbaycanın gücünün və qüdrətinin dünyaya nümayişi

COP29 Liderlər Sammiti: Azərbaycanın gücünün və qüdrətinin dünyaya nümayişi

Ses qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Bu günlər Azərbaycanda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçirilir. Dövlətimiz bu mötəbər tədbiri yüksək səviyyədə təşkil edib. Noyabrın 12-də BMT-nin Baş katibinin iştirakı ilə COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib. Prezident İlham Əliyev həmin mərasimdə çıxış edib. Növbəti günlərdə də COP29 müxtəlif mövzularda işini davam etdirir”.

Bu fikirləri YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Pərvin Kərimzadə deyib.
Deputat bildirib ki, belə bir mötəbər tədbirə ev sahibliyi hüququnun Azərbaycana verilməsi təsadüfi deyil: “İndiki dönəmdə hansısa bir ölkəni dünya birliyi üçün cəlbedici edən cəhətlərdən ən önəmlisi onun beynəlxalq imicidir. Bu kontekstdən çıxış edən beynəlxalq təşkilatlar öz tədbirlərini keçirərkən ölkənin imkanları və resursları ilə yanaşı, qlobal miqyasda mövqelərini də nəzərə alırlar. Eyni zamanda, dünya birliyinin inamı Azərbaycanın beynəlxalq səviyyəli tədbirlərin keçirilməsində qazandığı zəngin təcrübədən qaynaqlanır. Liderlər Sammitindəki çıxışında ötən ilin dekabrında Dubayda baş tutan COP28 çərçivəsində beynəlxalq birliyin yekdilliklə COP29-a ev sahibliyi hüququnu Azərbaycana verməsindən məmnunluğunu bildirən cənab İlham Əliyev vurğulayıb: “Ötən ilin dekabrında təxminən 200 ölkənin yekdil qərarı ilə Azərbaycana COP29-a ev sahibliyi etmək şərəfi verildi. Biz bu qərarı ölkəmizə olan hörmətin əlaməti, beynəlxalq arenada oynadığımız fəal rolun dəyərləndirilməsi kimi görürük”. Dövlətimizin başçısı çıxışında həmçinin, hazırkı dönəmdə dünya üçün aktuallığı heç vaxt olmadığı qədər artan iqlim çağırışlarına Azərbaycanın həssas yanaşmasını, ölkəmizin daim qlobal təhdidlər qarşısında beynəlxalq həmrəyliyin gücləndirlməsi təşəbbüslərindən çıxış etdiyini, bu və ya digər məsələlərdə yüksək fəallıq göstərdiyini diqqətə çatdırıb. Prezident İlham Əliyev çıxışında Ermənistanın 30 illik işğalçılıq siyasətinin ölkəmizə vurduğu ziyandan, Azərbaycanın öz gücünə torpaqlarımızı işğaldan azad etməsindən də bəhs edib”.
Millət vəkilinin sözlərinə görə, ölkəmiz beynəlxalq birliyə iqlim çağırışları ilə bağlı müzakirələrin aparılması üçün böyük bir platforma təqdim edib: “Bakıda COP29-un yüksək səviyyədə keçirilməsi müxtəlif ölkələri təmsil edən qonaqlar, rəsmi şəxslər, media nümayəndələri və ekspertlərlə yanaşı, dünya liderləri tərəfindən də qiymətləndirilir, tədbirlərin səviyyəsindən məmnunluq ifadə olunur. Yüksəksəviyyəli rəsmi nümayəndələr COP29 çərçivəsində keçirilən plenar iclaslarda, eləcə də digər tədbir və görüşlərdə, müsahibələrdə Azərbaycanın yüksək təşkilatçılıq qabiliyyətini, qonaqpərvərliyini və peşəkarlığını təqdir edir, COP29 danışıqlarının uğurla nəticələnəcəyinə ümidvarlıqlarını bildirirlər.
Eyni zamanda, cənab İlham Əliyevin bildirdiyi kimi, biz mədəniyyətlərarası dialoqda fəal rol oynayırıq. Dünyada ikili standartların, ayrı-seçkilik hallarının, irqçiliyin, islamofobiyanın, ksenofobiyanın hökm sürdüyü kədərli mənzərə ilə müqayisədə, Azərbaycan reallığı tamam fərqlidir. Onilliklər ərzində qonşu dövlətin işğalçılıq siyasətindən əziyyət çəkmiş Azərbaycanın hazırkı narahat dünyada sivilizasiyalararası dialoqa, multikultural dəyərlərin qorunmasına verdiyi töhfələr xüsusilə diqqətəlayiqdir. Ölkəmiz, həmçinin müstəqillik illərində qonşu dövlətlərlə və transmilli şirkətlərlə birlikdə reallaşdırdığı layihələrlə də Qlobal Cənubla Qlobal Şimal arasında körpülər qurulmasına sanballı töhfələrini verir. Ölkəmizin təşəbbüsləri və fəal iştirakı ilə həyata vəsiqə alan bu layihələr əsasən enerji və nəqliyyat sektorlarını əhatə edir. Bu layihələrin önəminə diqqət çəkən Prezident İlham Əliyev bildirib ki, Azərbaycanın başladığı meqalayihələr artıq Avrasiyanın enerji və daşımalar yollarını dəyişib və məhsuldar, çoxtərəfli əməkdaşlıq formatının qurulması ilə nəticələnib”.
Pərvin Kərimzadə qeyd edib ki, Azərbaycanın COP29 kimi mötəbər tədbirə ev sahibliyi etməsi müəyyən Qərb dövlətlərini, erməni lobbisini ciddi narahat edir: “Bu səbəbdən də, həmin dairələr xeyli müddətdir ki, ölkəmizə qarşı qərəzli kampaniya aparır. Başda Fransa olmaqla bəzi Qərb ölkələri və erməni lobbisinin yuvası olan Avropa Parlamenti hər vəchlə çalışırdılar ki, COP29 Azərbaycanda keçirilməsin. Onların boykot çağırışına dünya birliyi cavab vermədi. Dövlət başçısı çıxışı zamanı həmin dairələri məyus edən faktlar səsləndirdi. Beləliklə, bir daha təsdiqləndi ki, Qərb dairələrinin bu cür ucuz kampaniyalarının ölkəmizə qarşı heç bir beynəlxalq təsiri və əhəmiyyəti mümkün deyil. Azərbaycan belə oyunlar, qarayaxma kampaniyaları və eyni tipli hallarla bir neçə illər öncə “Avroviziya” mahnı yarışması, Birinci Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları və digər mötəbər tədbirlərə ev sahibliyi etdiyi ərəfələrdə də rastlaşıb. Respublikamız öz nümunəvi və peşəkar təşkilatçılığı, möhkəm intizamı və əsl həmrəylik istedadı ilə bütün beynəlxalq sammit və tədbirləri yüksək səviyyədə keçirərək dünyanın nüfuzlu təşkilatları tərəfindən mükafatlandırılıb. Ona görə də COP29 Liderlər Sammitinin Azərbaycanın unikal bacarığı və qətiyyətli iradəsi ilə dünya birliyinə örnək olması şübhə doğurmur”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:126
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 15 Noyabr 2024 15:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see248

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see217

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see202

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see201

Ramiz Mehdiyev İlham Əliyevə qarşı sui qəsd PLANLAŞDIRIB Sensasion iddia

17 Oktyabr 2025 22:34see200

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see164

ChatGPT yə verilməsi qadağan edilən 8 sual SİYAHI

18 Oktyabr 2025 02:52see151

Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

18 Oktyabr 2025 20:59see149

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see149

Məhkəmədə həmin məlumatlar da tədqiq olundu Fotolar

17 Oktyabr 2025 20:42see142

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see139

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see136

Bakı metrosunda mübahisəli durum: gediş haqqı yenə dəyişəcək?

18 Oktyabr 2025 07:33see130

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see128

“Borussiya” yenə uduzdu

18 Oktyabr 2025 03:34see128

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see127

Tanınmış logistika şirkəti iflas etdi

18 Oktyabr 2025 03:04see127

Prezident ailəsi Vatikan bağlarında Fotolar Video

18 Oktyabr 2025 04:14see126

Dabaq xəstəliyi Qaxda da təsərrüfat sahiblərini çıxılmaz vəziyyətə saldı

18 Oktyabr 2025 01:37see126

Abakar Abakarov İstanbulda ölü tapıldı

18 Oktyabr 2025 19:41see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri