Icma.az
close
up
RU
COP29 ölkəmiz və dünya adına uğurdur! Tənzilə Rüstəmxanlı yazır Yeni Çağ Media

COP29 ölkəmiz və dünya adına uğurdur! Tənzilə Rüstəmxanlı yazır Yeni Çağ Media

Yenicag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan müstəqillik tarixinin daha bir qürurlu günlərini yaşayırıq. Azərbaycanın ilin ən əlamətdar hadisələrindən birinə – BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməsi heç şübhəsiz dövlətçilik tariximizdə mühüm bir hadisə olaraq xatırlanacaq. Bakının bu mötəbər tədbirə hazırlaşması üçün cəmi 11 ay vaxtı olmasına baxmayaraq, hökumət öz vəzifələrinin öhdəsindən layiqincə gəldi. Ölkə on minlərlə qonağı, o cümlədən ekspertləri, hökumət strukturlarının nümayəndələrini və dövlət başçılarını yüksək səviyyədə qəbul etdi. Onu da qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi həm də, beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir.

Bu tədbir Azərbaycan dostlarını nə qədər sevindirdisə, düşmənlərimizi də o qədər xar etdi. Vətən torpaqlarının bütövləşməsi, beynəlxalq hüquqla Azərbaycanın haqqı olan Zəfərimizi gözü götürməyənlər bu tədbirə qarşı da hər cür məkrli planlar və təbliğatlar hazırlamışdı. COP29 ərəfəsində başlayan bu şər böhtan kampaniyasında iki iddia ana xətt olaraq seçilmişdi. Bunlardan birincisi neft-qaz ölkəsində iqlim tədbirinin keçirilə bilməməzliyidi. Bunlardan hər ikisi də məntiqsiz və əsassızdır.

Birincisi, COP-un bu vaxtadək keçirildiyi ölkələr arasında iqtisadiyyatı və ixracatı əsasən neft-qazdan ibarət olanların sayı yetərincədir və onlara qarşı belə iddialar səslənməyib. COP-a ev sahibliyi edən ölkələrin əksəriyyətində neft-qaz sənayesi miqyasından asılı olmayaraq mövcuddur. Bu kontekstdə Azərbaycana qarşı “neft-qaz ölkəsi” ittihamını irəli sürmək absurd yanaşmadır. Bu, ya “Tanrının hədiyyəsi”ndən məhrum olan ölkələrin təbii sərvətlərə malik olan ölkələri həzm edə bilməməsindən, ya da anti-təbiğat kampaniyasının gerçək hədəflərini “neft-qaz faktoru” ilə pərdələmək istəyindən irəli gəlir. Digər tərəfdən COP29 üzərindən Bakıya hücum kampaniyası Qərb mediası və QHT-ləri tərəfindən həyata keçirilir. Halbuki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm payçılardan biridir. Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində rol oynayanda etibarlı tərəfdaş hesab olunur, qlobal iqlim problemlərinin müzakirəsinə ev sahibliyi edəndə “neft-qaz ölkəsi”?!

COP29 üzərindən Azərbaycana qarşı aparılan kampaniyada ən ziddiyyətli ittiham isə “insan haqlarının pozulması”, yaxud “siyasi məhbuslar”la bağlı iddialardır. COP29 fonunda kampaniyanın motivi kimi bu amilin seçilməsi gülünc görünür. Təkcə ona görə yox ki, Azərbaycana qarşı bu ittihamların artıq klassikləşmiş təzyiq aləti olduğu sirr deyil, həm də qlobal iqlim problemləri və insan haqları məsələsinin bir-biri ilə bu və ya digər formada bağlılığı yoxdur. Bu amil kampaniya müəlliflərinin məqsədinin qlobal iqlim problemləri, insan haqları olmadığını açıq şəkildə göstərir.

Azərbaycan öz diplomatik gedişləri və qlobal arenadakı nüfuzu ilə bütün bu qarayaxmaları üstələdi və Bakı möhtəşəm tədbirə ev sahibliyi edir. Bu ölkəmiz üçün bir çox baxımdan faydalı bir hadisədir. COP29 Azərbaycanda “yaşıl” iqtisadiyyatın inkişafı üçün katalizator ola bilər. Konfransda müzakirə olunan məsələlərin əhəmiyyətini nəzərə alaraq, Azərbaycan bu tədbirdən yararlanaraq bərpaolunan enerji, təmiz texnologiyalar və sənayenin modernləşdirilməsi ilə bağlı layihələrə investisiya yatırmaq imkanı qazanar. Bütün bunlarla yanaşı, Bakı konfrans günlərində turist axınından, eləcə də mehmanxana, restoran və nəqliyyat sektorlarına artan tələbatdan iqtisadi cəhətdən faydalana biləcək. Belə beynəlxalq tədbirlər işgüzar dairələrin diqqətini tez-tez cəlb edir və bu da uzunmüddətli investisiyalar üçün əlavə imkanlar yaradır.

Dünyada tanınmış və təsdiq edilmiş nüfuz sahibi olan ölkədə belə tədbirin keçirilməsi ancaq məqsədəuyğun ola bilərdi ki, bunun üçün də Azərbaycan seçilib. Ümumiyyətlə, Azərbaycanın həm beynəlxalq aləmdəki nüfuzu, həm də ölkə daxilindəki stabil siyasəti, əmin-amanlıq, demokratik dəyərlərə verilən qiymət beynəlxalq təşkilatların ölkəmizə olan marağını və istəyini də artırmaqdadır. Planet üçün irəliyə doğru ilk addım məhz Bakıda atılıb. Dünya üçün Yaşıl işıq Bakıda, Azərbaycanda BMT-nin konfransının birinci günündə erkən razılaşma ilə yandırıldı.

www.yenicag.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 13 Noyabr 2024 13:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see375

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see289

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see238

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see237

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see197

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see197

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see181

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see179

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see178

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see176

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see162

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see159

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see158

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see157

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see150

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see149

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see144

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see144

Mirəli Seyidov dünyasını dəyişdi

27 Yanvar 2026 15:05see143

Əməkdar idman ustası və əməkdar məşqçi dünyasını dəyişdi

27 Yanvar 2026 15:35see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri