Icma.az
close
up
RU
COP29 öncəsi səyləri birləşdirməyə çağırdılar

COP29 öncəsi səyləri birləşdirməyə çağırdılar

Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.

COP sədrlərinin (Birləşmiş Ərəb Əmirlikləri, Azərbaycan və Braziliya) hökumətlərinin nümayəndələri, səfirlər, şirkət rəhbərləri, sahə ekspertləri noyabrın 11-də işinə başlayacaq COP29 iqlim konfransı ərəfəsində səyləri birləşdirmək üçün bu həftə Böyük Britaniya hökuməti tərəfindən təşkil edilmiş müzakirələrdə iştirak ediblər.

“Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya hökuməti məlumat yayıb.

Görüşə Böyük Britaniya hökumətinin nazirləri - energetika naziri Ed Milibend, inkişaf naziri Anneliz Dodds və ekologiya naziri Stiv Rid rəhbərlik ediblər.

Üç dəyirmi masa bərpa olunan enerjiyə keçidin maliyyələşdirilməsinə, iqlim dəyişkənliyinə dayanıqlılığa sərmayə yatırılmasının sürətləndirilməsinə və plastik çirklənməyə son qoymaq üzrə qlobal razılaşmaya həsr olunub.

“Görüşlər Böyük Britaniyanın özəl sektordan və maliyyə institutlarından daha çox maliyyə cəlb etmək üçün yeni və genişləndirilmiş maliyyələşdirmə hədəfinə nail olmaqda aparıcı rol oynamağı və inkişaf etməkdə olan ölkələrdə iqlim dəyişikliyi ilə mübarizə və onun nəticələrinin azaldılması üçün yardımı genişləndirməyi planlaşdırdığı COP29-dan əvvəl baş tutub”, - məlumatda deyilir.

İqlim modellərinin dəyişməsi Braziliyanın Amazon bölgəsinin bütün müşahidə tarixi ərzində ən ciddi quraqlıqlardan birini yaşamasına gətirib çıxarıb, Banqladeşdə getdikcə artan şiddətli daşqınlar və fırtınalar isə alçaqda yerləşən regionları dəniz səviyyəsinin yüksəlməsi ilə su altında qalmaq riski ilə üz-üzə qoyur. Həm Böyük Britaniyada, həm də dünyada iqlim dəyişikliyi ilə mübarizə enerji təhlükəsizliyini, iqtisadi artımı və indiki və gələcək nəsillərin qorunmasını təmin etmək üçün vacibdir.

Hər bir dəyirmi masada hökumətin iqlim gündəliyini dəstəkləmək üçün iştirakçılarla razılaşmaların əldə edilməsinə və Bakıda səmərəli dialoq üçün zəmin yaradılmasına diqqət yetirilirdi.

Energetika naziri Milibendin moderatorluğu ilə “yaşıl” enerjiyə keçid üçün maliyyənin səfərbər edilməsinə dair dəyirmi masada həmçinin BEA-nın icraçı direktoru Fatih Birol, Azərbaycanın maliyyə naziri Samir Şərifov və Dünya İqtisadi Forumunun prezidenti Borge Brende də iştirak ediblər.

“İştirakçılar razılaşdılar ki, formalaşmaqda olan bazara və inkişaf etməkdə olan iqtisadiyyata malik ölkələrdə təmiz enerjiyə sərmayənin artırılması qlobal səviyyədə razılaşdırılmış hədəflərə nail olmaq - 2030-cu ilə qədər bərpa olunan enerjini üç dəfə artırmaq və enerji səmərəliliyi göstəricilərini ikiqat artırmaq üçün açardır və bu, Paris Sazişində nəzərdə tutulduğu kimi, qlobal temperatur artımını 1,5 °C ilə məhdudlaşdırmağa imkan verəcək”, - məlumatda deyilir.

“Gələn həftə COP29-da biz iqlim böhranı ilə mübarizədə ambisiyaları artırmaq üçün digər ölkələrlə işləyəcəyik, çünki indi qətiyyətli fəaliyyət zamanıdır”, - Milibend deyib.

İnkişaf naziri Doddsun rəhbərlik etdiyi və uyğunlaşma və dayanıqlılıq üçün iqtisadi əsaslanmanın formalaşdırılması üzrə olan başqa bir dəyirmi masada iştirakçılar iqlim uyğunlaşmasının maliyyələşdirilməsində, xüsusən də nəticələrin yüngülləşdirilməsi ilə müqayisə olunduqda, ciddi boşluq olduğunu və bunun həll edilməsinin zəruriliyini qəbul ediblər. Onlar həmçinin investisiya qərarlarının qəbulu zamanı iqlim risklərinin nəzərə alınmasının təmin edilməsinin zəruriliyindən danışıblar.

“İştirakçılar iqlimə dayanıqlı maliyyələşmə üçün iqtisadi əsasın yaradılması zəruriliyi və dövlət-özəl sektor tərəfdaşlığın bu məqsədə çatmaq üçün vacib olduğu barədə razılığa gəliblər”, - məlumatda deyilir.

Dodds bildirib ki, iqlim dəyişikliyinin təsirlərinə dayanıqlılıq yaratmaq üçün təcili olaraq əlavə tədbirlərə ehtiyac var: “Biz iqlim böhranının getdikcə daha çox dağıdıcı təsirlərinə tab gətirə biləcək qlobal iqtisadiyyat və infrastruktur qurmalıyıq. Bu, özəl maliyyələşdirməni açmaq və lazım olan 387 milyard dollara çatmaq üçün bütün qlobal maliyyə sisteminin diqqətini tələb edəcək”.

“Bizim müzakirələrimiz COP29-un iqlimin maliyyələşdirilməsinə diqqətinin əsasını qoyur və birlikdə bu problemin miqyasına cavab verə biləcəyimizə inam yaradır”, - o əlavə edib.

Ekologiya naziri Stiv Ridin sədrliyi ilə plastik çirklənmə ilə bağlı müqaviləyə dair dəyirmi masada aparıcı müəssisələrin, ticarət şirkətlərinin və maliyyə institutlarının rəhbərləri noyabrın sonlarında Pusanda keçiriləcək BMT danışıqlarında plastik çirklənməyə dair iddialı, hüquqi cəhətdən icbari olan sazişin razılaşdırılmasının vacibliyini müzakirə ediblər və 2040-cı ilə qədər plastik çirklənməyə son qoymağa çağıran bəyanat imzalayıblar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 09 Noyabr 2024 18:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xərçəng üçün inqilabı müalicə: Dərman tapıldı

06 Sentyabr 2026 12:33see271

Süni intellektin “diaqnoz”u xəstələri qorxudur Həkimlər nə deyir?

06 Sentyabr 2026 15:02see268

Maşın bazarında SON VƏZİYYƏT: Qiymətlərə təsir edən amillər hansılardır? VİDEO

06 Sentyabr 2026 08:38see260

Trampın haqlı çıxdığı məqam: İran iqtisadiyyatı həqiqətən də ağır böhran içindədir VİDEO

06 Sentyabr 2026 09:26see245

Kseniya Borodina ABŞ dan məyus oldu: “Moskvada bizi çox ərköyün ediblər”

06 Sentyabr 2026 06:41see236

Bu gün Esvatini Krallığının milli bayramıdır

06 Sentyabr 2026 12:07see232

Selen Öztürk yeni serialla ekranlara qayıdır

06 Sentyabr 2026 11:39see222

Buraxılış imtahanlarının əlavə mərhələsi keçirilib Nəticələr 5 günə açıqlanacaq

06 Sentyabr 2026 14:29see220

Misir Mərdanov: Sayı yox, keyfiyyəti artırmaq lazımdır

06 Sentyabr 2026 14:14see216

İlham Əliyev III Msvatini təbrik etdi

06 Sentyabr 2026 11:38see214

Şəkidə avtomobil piyadanı vuraraq öldürdü

06 Sentyabr 2026 21:50see202

Suriyanın səhiyyə naziri silah götürüb atəş açdı

06 Sentyabr 2026 16:54see199

Quba Xaçmaz avtomobil yolunda xəsarət alan 2 nəfərin SON DURUMU

06 Sentyabr 2026 21:20see195

Vüsal Ağayev yüksək vəzifəyə gətirildi

06 Sentyabr 2026 19:10see191

Süni intellekt xərçəng müalicələrinin seçilməsinə kömək edə bilər

07 Sentyabr 2026 06:01see191

Təbii qəhvə yetkin insanlar üçün çox faydalıdır

07 Sentyabr 2026 02:16see184

Küçə xuliqanı, həbsdən qaçan agent, yorğun biznesmen... Jan Pol Belmondonun 5 məşhur rolu

06 Sentyabr 2026 14:00see180

Veteran futbolçu Mehman Hacıyev 52 yaşında vəfat edib

07 Sentyabr 2026 01:38see177

ABŞ nin hücum etdiyi üç İran tankerindən biri Oman körfəzində batıb

06 Sentyabr 2026 08:52see174

Rembrandtın avtoportreti 80 ildən sonra Qotaya qayıdıb

06 Sentyabr 2026 10:32see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri