Icma.az
close
up
RU
COP29 prezidenti: Razılaşdırılmış 300 milyard dollar qrupumuzun əzmkarlığı sayəsində əldə edildi FOTO

COP29 prezidenti: Razılaşdırılmış 300 milyard dollar qrupumuzun əzmkarlığı sayəsində əldə edildi FOTO

Bizim media portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29 prezidenti Muxtar Babayev sənayecə inkişaf etmiş ölkələrin maliyyə öhdəliklərinin artırılmasına qarşı çıxış etməsinin Bakıda keçirilən iqlim sammitini az qala pozduğunu bildirib.
Bizim.Media trend.az-a istinadən xəbər verir ki, bu barədə o, “The Guardian” qəzetində dərc olunan məqaləsində yazıb.


“COP29-un bitməsinə iki gün qalmış Qlobal Cənubdan olan ölkələr – inkişaf etməkdə olan 100-dən çox dövlət sənayecə inkişaf etmiş ölkələrin 250 milyard dollar məbləğində töhfəsini nəzərdə tutan maliyyə paketini rədd etdi”, – deyə o, “The Guardian” qəzetində dərc olunan məqaləsində qeyd edib.
O əlavə edib ki, inkişaf etməkdə olan bazarlar və kiçik ada dövlətləri iqlim dəyişikliyində məsuliyyət daşımır və bir çoxları bu ilkin rəqəmi qeyri-kafi hesab edərək qəbul etmədi.
Bununla belə, zəngin ölkələrin müqavimətinə baxmayaraq, Azərbaycan tərəfi məbləğin 300 milyard dollara qədər artırılmasına nail olub. Lakin Muxtar Babayevin sözlərinə görə, hətta bu mühüm irəliləyiş iqlim dəyişikliyinin fəlakətli təsirlərini önləmək üçün tələb olunan 1 trilyon dollar həcmində minimal məbləğə çatmaq üçün kifayət etmir.
“Razılaşdırılmış 300 milyard dollar, əvvəlki gün təklif olunan 250 milyard dollardan irəliyə doğru bir addımdır və bu artım tamamilə danışıqlar qrupumuzun əzmkarlığı sayəsində əldə edildi”, – deyə o vurğulayıb.
Prezident sənayecə inkişaf etmiş ölkələri danışıqların əvvəlki mərhələlərində “təəssübkeşlik” göstərməkdə tənqid edib.
Muxtar Babayev, həmçinin, Qlobal Cənub ölkələrinin maliyyə təkliflərinin gec açıqlanmasından narazı olduğunu qeyd edib.
“Bu yanaşma haqlı olaraq prosesə gerçək bir görünüş verdi”, – deyə o bildirib.
Braziliyanın Belen şəhərində keçiriləcək COP30 sammiti ərəfəsində COP29 prezidenti Bakıda əldə edilən razılaşmanın yalnız yolun başlanğıcı olduğunu qəbul edib.
“Bakıda əldə edilən razılaşmalar antropogen iqlim dəyişikliyinin təsirlərini yavaşlatmağa kömək edəcək, lakin bu kifayət deyil. Kim ödəməlidir sualı ətrafında müzakirələr davam edir. Biz hərəkətləri nə qədər gecikdirsək, xərclər bir o qədər çoxalır”, – deyə M.Babayev yekunlaşdırıb.

Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://bizim.media
archiveBu xəbər 26 Noyabr 2024 11:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see258

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see248

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see189

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see188

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see188

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see183

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see179

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see178

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see176

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see161

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see152

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see147

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see146

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see145

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see145

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri