Icma.az
close
up
RU
COP29 Prezidenti tərəfindən çağırılan “Qurultay” iclası keçirildi

COP29 Prezidenti tərəfindən çağırılan “Qurultay” iclası keçirildi

Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu gün COP29 Prezidenti tərəfindən çağırılan “Qurultay” iclası keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, iclasda “İqlim maliyyəsi üzrə yeni kollektiv kəmiyyət hədəfi. Nazirlərin məsləhətləşmələrindən irəli gələn variantlar da daxil olmaqla, sədrliyin qərar layihəsi mətninə keçid kimi xidmət edən təkliflərin sadələşdirilmiş tərtibi”, “Paris Sazişinin 6-cı maddəsinin 2-ci bəndində qeyd olunan əməkdaşlıq yanaşmaları ilə bağlı məsələlər”, “İslasda Uyğunlaşma Fonduna aid məsələlər”, “Uyğunlaşma Fondu Şurasının hesabatı”, “Kiyoto Konvensiyaya xidmət edən cavab tədbirlərinin həyata keçirilməsinin təsirinə dair forumla bağlı məsələlər”, “Yaşıl İqlim Fondunun Tərəflərin Konfransına Hesabatı və Yaşıl İqlim Fonduna rəhbərlik”, “Uyğunlaşma üzrə qlobal məqsədlə bağlı məsələlər”, “Cins və iqlim dəyişikliyi”, “Şarm əl-Şeyxin təsirin azaldılması ambisiyaları və həyata keçirilməsi üzrə iş proqramı” və digər sənədlərin layihələri müzakirə olunub.

COP29 Prezidenti Muxtar Babayev COP29-un sabah başa çatmasının planlaşdırıldığını nəzərə çatdırıb, ötən dövrdə COP29 çərçivəsində aparılan müzakirələr barədə məlumat verib.

COP29-un baş danışıqçısı Yalçın Rəfiyev COP29 çərçivəsində bəzi çətin məsələlərlə bağlı irəliləyiş əldə edildiyini, artıq təkliflərin sadələşdirilmiş toplusunu hazırladıqlarını söyləyib.

Avstraliya, Yaponiya, Malta, Honduras, Pakistan, Zambiya, Yeni Zelandiya, Boliviya nümayəndələri sənədlərlə bağlı mövqelərini açıqlayıb, COP29-un iqlim fəaliyyətinin bütün sahələrində aydın siqnallar göndərməli olduğunu vurğulayıb, iqlim maliyyəsinin əhəmiyyətinə diqqət çəkiblər. Eyni zamanda bundan öncə keçirilən COP-larda qəbul edilən sənədlərdəki çatışmazlıqlardan söz açılıb, COP29-da qəbul ediləcək qərarlar nəticəsində inkişaf etmiş ölkələrin inkişaf etməkdə olan ölkələrin üzləşdikləri iqlimlə əlaqədar problemlərin həlli üçün iqlim maliyyəsi ayıracaqlarına inam ifadə olunub, müzakirəyə çıxarılan sənədlərlə bağlı təkliflər irəli sürülüb.

Dövlət Katibi və Almaniya Xarici İşlər Nazirliyinin Beynəlxalq İqlim Fəaliyyəti üzrə Xüsusi Nümayəndəsi Cennifer Morqan sənədlərdə müəyyən edilmiş milli töhfələrdən razı qalmadıqlarını bildirib, sənədlərin Avropa İttifaqının narahatlıqlarını əhatə etməsini zəruri sayıb.

Tədbir müzakirələrlə davam edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 21 Noyabr 2024 14:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyə Universitetləri — Dünyada Tanınan Müasir Təhsil 2025

24 Oktyabr 2025 16:02see241

Bu həftə saatlar qış vaxtına qurulacaq

24 Oktyabr 2025 16:17see210

NBA çempionu həbs edildi SƏBƏB KONKRET

23 Oktyabr 2025 22:41see194

ABŞ Vahid Ələkbərovun şirkətinə daha bir sanksiya tətbiq etdi

23 Oktyabr 2025 08:54see170

Türkiyə XİN: Knessetin İordan çayının Qərb sahili ilə bağlı qərarı beynəlxalq hüquqa ziddir

22 Oktyabr 2025 23:42see141

Ştutqart la oyundan öncə Fənərbaxça da 4 itki

22 Oktyabr 2025 20:14see136

İlk qadın gəmi kapitanı ekranda

23 Oktyabr 2025 10:17see135

170 saylı marşrutda tıxac kabusu: Daşıyıcı şirkət açıqlama verdi

22 Oktyabr 2025 23:38see131

Astana Sammiti və regional nizamın yeni düzəni

23 Oktyabr 2025 09:36see130

TRAMP İSRAİLİ HƏDƏLƏDİ “Mən ərəb ölkələrinə söz vermişəm...”

23 Oktyabr 2025 17:40see130

Azərbaycanda mal əti bahalaşdı Yeni QİYMƏTLƏR

23 Oktyabr 2025 08:36see129

Qızıl indi də ucuzlaşır bazarda vəziyyət necədir? VİDEO

23 Oktyabr 2025 22:25see129

Dünyanın ən sürətli BYD superkarı yeni rekorda imza atıb...

23 Oktyabr 2025 00:16see128

ABŞ dövlət katibi Qəzzada sülh planının müzakirəsi üçün İsrailə səfər edib

23 Oktyabr 2025 21:42see127

Rütte: Ukrayna üzrə sülh prosesinin ilk mərhələsi atəşkəs olmalıdır

23 Oktyabr 2025 04:19see126

İnanılmaz dərəcədə zəngin olacaq 3 bürc

24 Oktyabr 2025 03:20see125

Məktəb direktorlarının təyinatında YENİ QAYDALAR

24 Oktyabr 2025 00:24see124

Makrondan Trampa DƏSTƏK:Rusiyaya sanksiya dönüş nöqtəsidir

24 Oktyabr 2025 07:18see124

Türkan evliliklə bağlı sualları CAVABLANDIRDI VİDEO

23 Oktyabr 2025 00:30see123

“Heç heçə edə bilərdik” Qurban Qurbanov

23 Oktyabr 2025 12:19see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri