Icma.az
close
up
RU
COP29 prezidentinin ilk çıxışı: Bu, bizim sonuncu fürsətimizdir

COP29 prezidentinin ilk çıxışı: Bu, bizim sonuncu fürsətimizdir

Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Azərbaycana və COP29-a xoş gəlmisiniz. Mən burada iştirak edən ölkələrin təmsilçilərinə, qeyri-hökumət təşkilatlarının nümayəndələrinə çox təşəkkür edirəm. Biz təkcə Azərbaycanın qonaqpərvərliyini deyil, həm də zəngin təbiətini nümayiş etdirmək istəyirik”.

Moderator.az xəbər verir ki, bu sözləri Ekologiya və təbii sərvətlər naziri, COP29-un Prezidenti Muxtar Babayev COP29-un açılış mərasimində bildirib.

Muxtar Babayevin sözlərinə görə, ətraf mühit proqramı onu deməyə əsas verir ki, qlobal səviyyədə temperatur 3 dərəcəyədək artıb: “Bu isə fəlakətdən xəbər verir. Müxtəlif kontinentlərdə insanlar bu problemdən əziyyət çəkir. Onlar bizdən kağız üzərində müzakirə yox, konkret addımlar gözləyir. Bizim bu sahədə planımız ambisiyaların artırılması və fəaliyyətin gücləndirilməsindən ibarətdir. Maliyyələşmə sahəsində ambisiyalılığı artıra və əlavə maliyyə vəsaiti cəlb edə bilərik. Burada əsas məsələ kollektiv səylərin artırılmasından ibarətdir. Yeni müəyyənləşdiriləcək səylər özündə daha effektiv nəticələri ehtiva etməlidir. Burada söhbət 100 milyardlarla dollardan gedir.

Bizim yekun qərar qəbul etməyimiz üçün 11 günümüz var. Başa düşürük ki, danışıqlar heç də asan olmayacaq, amma konfransın əsas məqsədinə nail olmalıyıq. Əldə edəcəyimiz nəticələr təkcə ayrı-ayrı ölkələrin deyil, bütövlükdə planetimizin maraqlarına xidmət etməlidir. Sabah qənaət etmək üçün bu gün investisiya cəlb etməliyik. Daha bir məsələ 6-cı maddə üzrə razılığın əldə olunmasıdır.

Düşünürəm ki, COP29-da irəli addımların atılması üçün kifayət qədər fürsətlər yaranacaq. Burada təkcə maliyyələşmə yox, həm də insan həyatını xilas edəcək texnologiyaların ehtiyacı olan dövlətlərə təqdim edilməsi də mühüm rol oynayır. Məhz belə olduqda əsas məqsədimizə çata biləcəyik. Unutmamalıyıq ki, bu, bizim sonuncu fürsətimizdir".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:110
embedMənbə:https://moderator.az
archiveBu xəbər 11 Noyabr 2024 12:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see248

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see238

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see216

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see212

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see181

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see166

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see161

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see155

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see153

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see149

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see148

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see146

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see143

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see141

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see139

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see139

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see136

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see134

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see134

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri