Icma.az
close
up
RU
COP29 Prezidentliyi Paris İqlim Razılaşmasının 6cı bəndinin bütün müddəaları üzrə razılıq əldə edib

COP29 Prezidentliyi Paris İqlim Razılaşmasının 6cı bəndinin bütün müddəaları üzrə razılıq əldə edib

Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

COP29 Prezidentliyi Paris İqlim Razılaşmasının 6-cı bəndinin bütün müddəaları üzrə razılıq əldə edib.
APA xəbər verir ki, bu barədə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfrasının 29-cu Sessiyasının yekun plenar sessiyasında bildirilib.
Qeyd olunub ki, bu bəndin təsdiqlənməsi ölkələrin Milli İqlim Fəaliyyəti Planlarının icrası məqsədilə ildə 250 milyard dollar qənaət etməyə kömək edəcək.
O da bildirilib ki, bununla 10 il boyunca sözügedən istiqamətdə davam edən müzakirələrə son qoyulub.
Sessiyada həmçinin bu addımın 1,5 dərəcəlik iqlim hədəfinə nail olmaq yolunda əhəmiyyəti, eləcə də qənaət olunan vəsaitin daha geniş iqlim ambisiyalarına yönəldilməsinin vacibliyi önə çəkilib.
COP29-un Prezidenti Muxtar Babayev iqlim dəyişikliyinin qlobal problem olduğunu önə çəkərək, bu uğuru həmin problemdən etibarlı çıxış yolunun tapılması istiqamətində mütərəqqi addım kimi dəyərləndirib:
"Bununla biz 1,5 dərəcəlik iqlim hədəfinə nail olmaq istiqamətində çox önəmli bir addım atdıq. 6-cı maddə tərəflərə transmilli həll variantlarını tapmaqda kömək edəcək".
COP29-un baş danışıqçısı Yalçın Rəfiyev də bu qərarı şərh edib:
"Biz bu gün İqlim diplomatiyasının mühüm problemini həll etdik. 6-cı maddəni ilk baxışdan anlamaq mürəkkəb ola bilər, lakin onun təsirlərini hər birimiz gündəlik həyatımızda hiss edəcəyik. Bu o deməkdir ki, kömür əsaslı elektrik stansiyaları istismardan çıxarılır və əvəzində küləklə işləyən elektrik stansiyalarının istismara verilməsi təşviq edilir və meşə təsərrüfatının həcmi artırılır. Bu isə yaşıl enerjiyə investisiya deməkdir".
COP29 Prezidentliyi daha əvvəl həlli mümkün olmayan məsələlərin nizamlanmasına yeni yanaşma tətbiq edib.
Bir il ərzində COP29 Prezidentliyi tərəflər arasındakı siyasi fikir ayrılıqlarının konstruktiv dialoq yolu ilə həlli istiqamətində fəaliyyət göstərib.
COP29 Prezidentliyi onu da qeyd edir ki, bugünkü nailiyyət qeyri-hökumət təşkilatlarının 10 ildən çoxdur davam edən aktiv əməkdaşlığı nəticəsində əldə edilib.
Bu gün 6-cı bənd üzrə əldə olunan razılaşma real alətlər, investisiya imkanları və digər vasitələrin tətbiqi ilə iqlim dəyişikliyinə qarşı aparılan aktiv mübarizəyə təkan vermiş olacaq.
Qəbul olunan bütün başlıca prinsiplər karbon qazı emissiyalarının istifadəsi zamanı inklüzivliyə əsaslanır və insan hüquqlarına hörmət edilməsini şərtləndirir.
Eyni zamanda bu amil tərəflər arasında Paris İqlim Razılaşmasına uyğun əməkdaşlığın təşviqinə imkan yaradır.
6-cı bəndin təsdiqlənməsi həmçinin etibarlı və şəffaf karbon bazarlarının formalaşmasını təmin etməklə yanaşı, tərəflərə özlərinin iqlim dəyişikliyi ilə mübarizə məqsədlərini reallaşdırmağa imkan verəcək.
Eyni zamanda sərhədyanı ölkələrlə bu sahədə əməkdaşlıq iqlim dəyişikliyi ilə mübarizə üzrə illik tədbirlərə sərf edilməli olan 250 milyard dollara qənaət etməyə şərait yaradacaq
COP29 Prezidentliyi iştirakçı ölkələri bu vəsaitin daha iddialı iqlim tədbirlərinə sərf etməyə çağırıb.
Qeyd olunub ki, bu gün təsdiqlənən qərarlar ekoloji dayanıqlığının, habelə karbon bazarlarında şəffaflığın təminatına da imkan verəcək, eləcə də sözügedən sahəyə investisiyaların təşviqinə gətirib çıxaracaq.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:76
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 23 Noyabr 2024 23:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see306

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see274

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see232

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see229

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see211

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see206

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see191

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see182

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see167

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see165

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see161

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see156

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see156

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see155

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see154

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see154

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see154

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see148

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see148

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri