Icma.az
close
up
RU
Menu

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

“Ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik” Mikels

Bakı II Beynəlxalq İnvestisiya Forumu astanasında

MİDA modeli: əlçatan mənzildən təhlükəsiz seçimə

535 mənzil “Güzəştli mənzil” sistemində satılıb BİRGƏ MƏLUMAT

Əməkhaqqı artımı səhiyyə sistemində çalışanların sosial vəziyyətinin yaxşılaşdırılması baxımından mühüm addımdır

Mahsun Kırmızıgül: 12 yaşımdan bu günə kimi anama verdiyim sözü tutdum

El Nino çox güclü gəlir iqtisadiyyat daxil dünyanı sarsıdacaq BMT dən XƏBƏRDARLIQ

Açıq MRT: Qapalı məkan qorxusu (klaustrofobiya) olan xəstələr üçün rahat və təhlükəsiz müayinə

“Təbii xına” adı ilə dərinizə nə çəkirlər? Müvəqqəti tatunun gizli TƏHLÜKƏSİ

Məşhur aktyora 12 ilədək həbs tələb edildi

Səhiyyədə insan kapitalının gücləndirilməsi Əməyə verilən dəyər VİDEO

Yuxusuz qalanlar bunu mütləq bilməlidir

Lənkəranda illərdir təmir olunmayan yol VİDEO

Gömrükdə yeni qayda: İdxalçılar üçün əlavə xərc yaranacaq?

Həkim əməyinin qiymətləndirilməsi səhiyyənin gələcəyinə qoyulan sərmayədir Füzuli Əliyev

Vens: Çin ABŞ nin İrana qarşı iqtisadi müharibə tələblərinə cavab verib

Orqanlarını qanunsuz satan şəxsləri 9 min manatadək cərimə gözləyir

Real ın Çempionlar Liqası heyəti fransalı müdafiəçi kənarda qaldı

Benzema “Arsenal”a məsləhət bilinib

COP29 qlobal səviyyədə ən mühüm platformalardan biridir

COP29 qlobal səviyyədə ən mühüm platformalardan biridir

Ses qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bütün dünyanın diqqəti Azərbaycana, paytaxt Bakıya yönəlib. Azərbaycan COP29-a ev sahibliyi edir. 200 ölkənin yekdil qərarı ilə Azərbaycana COP29-a ev sahibliyi etmək fürsəti nəsib oldu. Bu, bizim ölkəyə hörmət əlamətidir və bizim fəal rolumuzun beynəlxalq arenada qiymətləndirilməsi deməkdir. Coğrafi əhatəsi və iştirakçıların sayı baxımından ən böyük beynəlxalq toplantıdır. Belə mötəbər tədbir üçün məkan olaraq məhz Bakının seçilməsi onu göstərir ki, Azərbaycan milli səviyyədə ekoloji-iqlim problemlərinə ciddi yanaşmaqla yanaşı, həm də iqlim gündəyindəki fikir ayrılıqlarının beynəlxalq səviyyədə effektiv həlli üçün platforma ola biləcək bir ölkə kimi yüksək beynəlxalq nüfuza sahibdir. Bu sammit dünya liderlərini bir araya gətirərək, planetin gələcəyinə dair kritik qərarların müzakirə edildiyi bir məkandır.

Azərbaycan Prezidenti İlham Əliyevin bu platformada iştirakı və çıxışı, ölkənin iqlim dəyişikliyi ilə mübarizədə artan rolunun bariz nümunəsidir. İqlim dəyişikliyi ilə mübarizənin yalnız bir neçə ölkənin deyil, bütün dünyanın birgə səyləri ilə həll edilə biləcəyini xüsusilə qeyd edən dövlət başçısının çıxışı Azərbaycanın bu sahədə beynəlxalq əməkdaşlığa verdiyi önəmi və ölkənin enerji siyasətindəki yaşıl texnologiyalara yönəlmiş strategiyalarını əhatə edir. Ölkənin COP29-a ev sahibliyi etməsi, Azərbaycanın qlobal ekoloji problemlərin müzakirəsi və həllində oynadığı fəal rolu göstərir. Cənab İlham Əliyev, COP29 Liderlər Sammitində Azərbaycanın bərpa olunan enerji mənbələri üzrə təşəbbüslərini və yaşıl enerji sahəsində atılan konkret addımları təqdim edib. Bu, ölkənin enerji balansını tənzimləmək və ekoloji tarazlığa nail olmaq üçün atılan strateji addımlarının bir hissəsidir. Prezident İlham Əliyev çıxışında Azərbaycanın "Yaşıl Enerji Zonası" təşəbbüsünü xüsusi vurğuladı. Qarabağ və Şərqi Zəngəzur regionlarında həyata keçirilən bu layihələr Azərbaycanın iqlim hədəflərinə çatmasında mühüm rol oynayır. Bu ərazilərdə bərpa olunan enerji mənbələrindən (külək və günəş enerjisi) geniş istifadə nəzərdə tutulur. Azərbaycan külək və günəş enerjisi kimi bərpa olunan enerji sahələrinə böyük sərmayələr yatırır. Bu, ölkənin karbon emissiyalarını azaltmaqla yanaşı, enerji ixracında dayanıqlı mənbələrdən istifadə etməsini təmin edir. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonası elan olunmuşdur. Azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması prioritetdir. Həmin ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli Azərbaycanın enerji siyasətinin prioritetidir. Azərbaycan elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payının 2030-cu ilə qədər 30 faizə çatdırılmasını məqsəd kimi qarşıya qoymuşdur. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən, 2024-cü il ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilmişdir. 2020-ci ilin payızında Azərbaycan müqəddəs savaşla öz ərazi bütövlüyünü bərpa edəndə və 2023-cü ilin sentyabrında Qarabağda keçirdiyimiz lokal xarakterli antiterror tədbirləri nəticəsində bütün ölkə ərazisində suverenliyimizi təmin edəndə Qərb dünyası ölkəmizə qarşı ən müxtəlif üsullarla təhdid siyasətini var gücü iə işə salmış, bizi qınaq obyektinə çevirərək qarayaxma kampaniyasına start vermişdi. Bütün bunların fonunda bu gün 200 ölkənin yekdil qərarı ilə COP29-un Bakıda keçirilməsi göstərir ki, onların tutduqları yol qərəzə və ikili standartlara söykənir. COP29-a sədrliyi dövründə Azərbaycana qarşı aparılan “qara piar” kampaniyasından danışan cənab İlham Əliyev qeyd edib ki, ikili standartlar, digər ölkələrə dərs vermək adəti və siyasi riyakarlıq bəzi Qərb ölkələrindəki bəzi siyasətçilər, dövlət nəzarətində olan QHT-lər və feyk-xəbər mediası üçün fəaliyyət metoduna çevrilib: “Mənim sonuncu mesajım o dairələrədir ki, onlar demək olar, artıq bir ildir boykotu təşviq edirlər. Onlar əllərində olan bütün vasitələrdən istifadə edirlər ki, Bakıdakı COP29-a qarşı boykot kampaniyası həyata keçirilsin. Onlara pis xəbərim var. Bizim 196 ölkədən 72 min qeydiyyata alınmış iştirakçımız var. Onların arasında 80 Prezident, Vitse-prezident və Baş nazir var. Beləliklə, dünya Bakıda toplaşıb və biz dünyaya deyirik ki, “Azərbaycana xoş gəlmisiniz!”. Prezident İlham Əliyevin bu bəyanatı beynəlxalq iqlim tədbirlərinin siyasi tərəflərinə işıq salır və Azərbaycanın həmin sahədə üzləşdiyi maneələrə qarşı mövqeyini göstərir. Dövlət başçısının qeyd etdiyi kimi, bəzi Qərb ölkələrindəki siyasətçilər, dövlətin nəzarətində olan QHT-lər və yalan xəbərlər yayan media orqanları, ikili standartlardan istifadə edərək, müxtəlif ölkələrə qarşı təzyiq göstərməyi və nüfuzunu aşağı salmağı özlərinin fəaliyyət üsulu kimi mənimsəyiblər. Bu mövqe, Azərbaycanın qlobal ekoloji təşəbbüslərinə qarşı yönəlmiş əsassız təzyiqlərin və boykot təşviqlərinin tənqidinə əsaslanır.

Digər bir amil isə dünyanı təhdid edən ən müxtəlif problemlərin müzakirə meydanı kimi həmişə bütün tərəflər üçün faydalı və dəyərli təşəbbüslərlə çıxış edən Azərbaycanın nüfuzlu beynəlxalq platformaların səmərəli fəaliyyətinə münasib şərait yaratmaq imkanları ilə bağlıdır. İstənilən tədbirin məhsuldar nəticələri bütün nöqteyi-nəzərləri dinləməyə, onlardan ortaq məxrəc çıxarmağa və bu əsasda tərəflərə uyğun həll təklif etməyə qadir olan vasitəçi kimi ona ev sahibliyi edən ölkənin imicindən çox asılıdır. Bu baxımdan Bakının çoxlarına nümunə ola biləcək böyük səriştəsi və təcrübəsi vardır. Azərbaycan, beynəlxalq iqlim razılaşmalarına sadiq qalaraq, Avropa və Asiya ölkələri ilə enerji sahəsində strateji tərəfdaşlıqlar qurur. Bu, regionda dayanıqlı enerji təchizatının təmin olunmasına və iqlim dəyişikliyi ilə mübarizədə kollektiv səylərin güclənməsinə şərait yaradır. Bu cür layihələr Azərbaycanın qlobal səhnədə dayanıqlı inkişaf və iqlim dəyişikliyi ilə mübarizə üzrə lider rolunu gücləndirir. Azərbaycanın gələcək hədəfləri iqlim dəyişikliklərinin təsirlərini minimuma endirmək və dünyada yaşıl enerjinin inkişafına liderlik etməkdir.

Ayaz Cəbrayılov

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:98
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 18 Noyabr 2024 14:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

04 Sentyabr 2026 13:42see339

“Ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik” Mikels

04 Sentyabr 2026 01:56see281

Bakı II Beynəlxalq İnvestisiya Forumu astanasında

04 Sentyabr 2026 12:14see246

MİDA modeli: əlçatan mənzildən təhlükəsiz seçimə

04 Sentyabr 2026 20:01see242

535 mənzil “Güzəştli mənzil” sistemində satılıb BİRGƏ MƏLUMAT

04 Sentyabr 2026 22:42see236

Əməkhaqqı artımı səhiyyə sistemində çalışanların sosial vəziyyətinin yaxşılaşdırılması baxımından mühüm addımdır

04 Sentyabr 2026 11:43see235

Mahsun Kırmızıgül: 12 yaşımdan bu günə kimi anama verdiyim sözü tutdum

04 Sentyabr 2026 16:50see232

El Nino çox güclü gəlir iqtisadiyyat daxil dünyanı sarsıdacaq BMT dən XƏBƏRDARLIQ

04 Sentyabr 2026 14:37see226

Açıq MRT: Qapalı məkan qorxusu (klaustrofobiya) olan xəstələr üçün rahat və təhlükəsiz müayinə

04 Sentyabr 2026 14:16see226

“Təbii xına” adı ilə dərinizə nə çəkirlər? Müvəqqəti tatunun gizli TƏHLÜKƏSİ

04 Sentyabr 2026 21:06see223

Məşhur aktyora 12 ilədək həbs tələb edildi

04 Sentyabr 2026 16:47see217

Səhiyyədə insan kapitalının gücləndirilməsi Əməyə verilən dəyər VİDEO

04 Sentyabr 2026 08:47see217

Yuxusuz qalanlar bunu mütləq bilməlidir

04 Sentyabr 2026 17:31see205

Lənkəranda illərdir təmir olunmayan yol VİDEO

05 Sentyabr 2026 00:00see205

Gömrükdə yeni qayda: İdxalçılar üçün əlavə xərc yaranacaq?

04 Sentyabr 2026 22:02see204

Həkim əməyinin qiymətləndirilməsi səhiyyənin gələcəyinə qoyulan sərmayədir Füzuli Əliyev

04 Sentyabr 2026 18:34see202

Vens: Çin ABŞ nin İrana qarşı iqtisadi müharibə tələblərinə cavab verib

04 Sentyabr 2026 04:53see200

Orqanlarını qanunsuz satan şəxsləri 9 min manatadək cərimə gözləyir

04 Sentyabr 2026 16:01see196

Real ın Çempionlar Liqası heyəti fransalı müdafiəçi kənarda qaldı

04 Sentyabr 2026 02:22see188

Benzema “Arsenal”a məsləhət bilinib

04 Sentyabr 2026 04:39see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri