Icma.az
close
up
RU
COP29 Sədri Braziliyada keçirilən COP30 da iqlim maliyyələşməsində 1,3 trilyon dollarlıq hədəfə çağırış edib

COP29 Sədri Braziliyada keçirilən COP30 da iqlim maliyyələşməsində 1,3 trilyon dollarlıq hədəfə çağırış edib

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 16 noyabr, AZƏRTAC

Braziliyanın Belemdə keçirilən COP30 çərçivəsində COP29 və COP30 sədrliyinin təşkilatçılığı və dəstəyi ilə “Bakıdan Belemə Yol Xəritəsi” mövzusunda yüksək səviyyəli sessiya təşkil olunub.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi, COP29 Sədri Muxtar Babayev iqlim maliyyəsinin gələcək hədəfləri və qlobal əməkdaşlığın gücləndirilməsi barədə vacib mesajlar verib.

““Bakıdan Belemə Yol Xəritəsi” göstərir ki, 2035-ci ilə qədər illik 1,3 trilyon dollarlıq iqlim maliyyələşməsi hədəfi tamamilə mümkündür. Amma bunun üçün böyük siyasi iradə, davamlı diqqət və bütün maraqlı tərəflərin güclü koordinasiyası şərtdir”, – deyə M.Babayev bildirib.

COP29 Sədri vurğulayıb ki, proses həmin dövlətlərin yeni iqlim planlarını hazırladığı dövrə təsadüf edir və onların ən yüksək ambisiyalarla işləməsi üçün ciddi sərmayələrə ehtiyac var: “İndiyədək iqlim maliyyələşməsi inkişaf etməkdə olan ölkələrə tələb olunan sürətlə və miqyasda çatmayıb. Əgər ölkələr iqlim dəyişikliyinin təsirlərini azaltmaq və uyğunlaşmaq istəyirlərsə, onların kapitala çıxışları təmin edilməlidir”.

Muxtar Babayev xüsusilə 300 milyard dollarlıq dövlət maliyyələşməsi öhdəliyinin əhəmiyyətini vurğulayıb: “Bu, Bakı Maliyyə Hədəfinin əsas sütunudur. Dotasiya və güzəştli maliyyə yardımı ən az məsuliyyət daşıyan, lakin ən ağır təsirlərlə üzləşən ölkələr üçün həyati əhəmiyyət daşıyır”.

Tədbirdə “Bakıdan Belemə Yol xəritəsi”nin həm hökumətlərarası, həm də hökumətə aid olmayan aktorların təqdim etdiyi 227 yazılı təklif əsasında formalaşdırıldığı vurğulanıb. M.Babayev əlavə edib ki, COP29 Sədri kimi Azərbaycanın öhdəliyi davam edir: “Verilən sözlərə görə donorları məsuliyyətə cəlb edəcəyik. Hər bir ölkə iqlim maliyyələşməsinə töhfə planını açıqlamalıdır”.

COP29-un Baş danışıqçısı və xarici işlər nazirinin müavini Yalçın Rəfiyev COP29-un əsas nailiyyətləri və Azərbaycan diplomatiyasının iqlimdə rolu haqqında danışıb.

Y.Rəfiyev “Bakıdan Belemə” anlayışının yalnız texniki keçid deyil, həm də məqsədlərin davamlılığı və ümumi məsuliyyətin təcəssümü olduğunu qeyd edib.

Azərbaycan COP29-un Sədrliyi ilə iqlim diplomatiyasında mühüm dönüş yaradıb və elmi biliklərə əsaslanan, inklüziv və nəticəyə yönəlmiş əməkdaşlıq modelini təşviq edib.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (BMT İDÇK) icraçı katibi Saymon Stil iqlim maliyyələşməsinin qlobal iqlim fəaliyyətində əsas rol oynadığını bildirib: “İqlim maliyyələşməsi uğurlu iqlim tədbirlərinin təməlidir. O planları irəliyə doğru konkret addımlara çevirir, ambisiyaları gerçəkləşdirir. “Bakıdan–Belemə Yol Xəritəsi” güclü bir etimad siqnalıdır – 2035-ci ilədək illik 1,3 trilyon dollar həcmində iqlim maliyyələşməsi həm real, həm də zəruridir. Bu, yüksək ambisiya ilə real fəaliyyət arasında körpü rolunu oynayır”.

Tədbir çərçivəsində Uqanda, Çad, Qvineya-Bisau və İraqla bağlı “Bakı İqlim və Sülh fəaliyyət Mərkəzi” çərçivəsində icra ediləcək pilot layihələr də elan olunub. Layihələr çətin iqlim şəraitində yaşayan icmalara dair maliyyələşdiriləbilən həll yollarını əhatə edir.

Muxtar Babayev nitqini belə yekunlaşdırıb: “COP30 ilə biz Paris Sazişinin ilk tam icra dövrünə qədəm qoyuruq. Bu onillik iqlim maliyyələşməsi sahəsində Yol Xəritəsinin rəhbərliyi altında irəliləməlidir”.

“Mən cəmi beş gün əvvəl seçilmişəm və COP Sədri olaraq qarşıdakı 360 gün ərzində bu 1,3 trilyon dollarlıq məqsədin reallığa daha da yaxınlaşması üçün lazım olan hər şeyi etməyə davam edəcəyəm”, - deyə COP30-un Sədri, braziliyalı səfir Andre Korrea do Lago bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:103
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 Noyabr 2025 03:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see361

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see199

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see195

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see183

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see178

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see170

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see165

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see160

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see157

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see148

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see145

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see145

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see144

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see141

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see138

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see136

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see132

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see131

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri