Icma.az
close
up
RU
COP29 Sədrliyi AIF 2025 də təmsil olunur

COP29 Sədrliyi AIF 2025 də təmsil olunur

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 30 may, AZƏRTAC

Astana Beynəlxalq Forumu 2025 öz işinə başlayıb. COP29 Sədrliyi AIF 2025-də təmsil olunur.

AZƏRTAC xəbər verir ki, Qazaxıstanın paytaxtında keçirilən Forumda qlobal dialoq və əməkdaşlıq üçün geniş platforma yaradılıb. Forum hökumətlərdən, beynəlxalq təşkilatlardan, biznes və akademik qurumlardan aparıcı mütəxəssisləri bir araya gətirərək, qlobal miqyasda aktual problemlərə dair transformativ müzakirələr aparmaq və praktik həll yollarını inkişaf etdirmək məqsədi daşıyır.

AIF 2025-in builki müzakirə mövzuları arasında enerji təhlükəsizliyi, iqlimə dayanıqlı tədbirlər, geosiyasi əməkdaşlıq, beynəlxalq ticarət, texnoloji innovasiyalar və dayanıqlı inkişaf kimi məsələlər əhatə olunub. Bu da müasir dünyanın qarşılıqlı əlaqəli xarakterini və sektorlararası əməkdaşlığa ehtiyac olduğunu əks etdirir.

COP29 Sədrliyi də bu forumda iştirak edir. “COP30 və qlobal iqlim fəaliyyətinin gələcəyi” adlı panel sessiyasında çıxış edən Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi, COP29-un sədri Muxtar Babayev Bakı platformasının nailiyyətlərinə və Bakıdan Belemə gedən yolun əhəmiyyətinə diqqət çəkib.

“Hörmətli həmkarlar, Azərbaycanın COP29-a ev sahibi olacağı xəbərini aldıqda, biz bunun xüsusi bir məsuliyyət olduğunu dərk etdik.

Regionumuzda COP-a ev sahibliyi edən ilk ölkə kimi, öz iqlim missiyamızı və hədəflərimizi dünyaya tanıtmaq və təmsil etmək kimi öhdəliyimiz vardı. Qarşılaşdığımız çətinlikləri hər kəslə bölüşməli idik. COP29-a ev sahibliyindən öyrəndiyimiz ilk dərslərdən biri bütün diplomatik danışıqlar zamanı yaranan disbalansı aradan qaldırmağın vacib olması oldu. İqlim zirvəsi zamanı ən çətin danışıqlar bəlkə də aylarla davam edə bilərdi. Amma 2 həftə ərzində yüksək diplomatik təcrübəmizə əsaslanaraq, danışıqlar masasında hədəfə nail ola bildik. Diplomatlarımızın əldə etdiyi tarixi irəliləyişlər alqışa layiqdir. Paris Sazişinin 6-cı maddəsi - karbon bazarlarının idarə edilməsi, İtki və Zərərlərə Cavab Fondunun fəaliyyətə başlaması, eyni zamanda, BMT prosesi çərçivəsində tarixdə ilk dəfə bu qədər böyük maliyyə öhdəliyi götürüldü – Bakı Maliyyə Hədəfi ilə 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələr üçün hər il azı 300 milyard dollar cəlb olunması hədəfləndi. Bundan başqa, daha bir əsas öhdəliyin yerinə yetirilməsi üçün səylə çalışırıq. COP29-un sonunda ölkələr Azərbaycan və Braziliyaya Bakıdan Beləmə İqlim Yolu Xəritəsi hazırlamaq tapşırığını verdilər. Bu sənəd iqlim maliyyəsini bütün mənbələrdən 1,3 trilyon dollara qədər artırmağın aydın yollarını və real imkanlarını təqdim edəcək. Biz ümid edirik ki, bu sənəd 2026-cı ildəki regional iqlim sammitində müzakirə və fəaliyyət üçün faydalı çərçivəyə çevriləcək”, - deyə M.Babayev əlavə edib.

“COP30 və qlobal iqlim fəaliyyətinin gələcəyi” adlı panel sessiyasında çıxış edən Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev, həmçinin regionda mövcud olan iqlim dəyişikliyi problemlərinə, Xəzər dənizində su səviyyəsinin azalması, Qazaxıstan, Özbəkistan və Azərbaycan arasında Avropaya yaşıl enerji ötürülməsi üçün qurulan strateji tərəfdaşlıqdan da bəhs edərək, Qazaxıstanın 2026-cı ildə regional BMT iqlim sammitinə ev sahibliyi etməyə hazırlaşdığı bir vaxtda, COP29 Sədrliyi olaraq onlara dəstək verməyə hazır olduğunu bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 May 2025 16:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see317

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see308

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see303

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see276

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see259

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see241

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see238

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see225

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see221

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see219

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see218

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see215

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see209

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see205

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see194

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see194

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see192

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see192

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see176

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri