Icma.az
close
up
RU
COP29 sədrliyi Səmərqənddə keçiriləcək beynəlxalq iqlim forumunda iştirak edəcək

COP29 sədrliyi Səmərqənddə keçiriləcək beynəlxalq iqlim forumunda iştirak edəcək

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Aprelin 4-5-də Özbəkistanın Səmərqənd şəhərində dünya liderlərini, siyasətçiləri, ekspertləri və fəalları Mərkəzi Asiya və bütün dünyanın üzləşdiyi mövcud iqlim problemlərini müzakirə etmək üçün bir araya gətirəcək birinci Səmərqənd Beynəlxalq İqlim Forumu keçiriləcək.

AZƏRTAC xəbər verir ki, tədbirdə ölkəmizi Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi, COP29-un sədri Muxtar Babayev təmsil edəcək.

“Mərkəzi Asiya Qlobal İqlim Problemləri ilə üzləşir: Ümumi Rifah üçün Konsolidasiya” mövzusunda keçiriləcək forum ekoloji davamlılıq, yaşıl iqtisadi inkişaf və iqlimə davamlılıq üzrə dialoqun təşviqi üçün yüksək səviyyəli platformaya çevriləcək.

Forumda əsas diqqət regional və beynəlxalq əməkdaşlığa yönəlib. İqlim Forumu bərpa olunan enerjinin inkişafı, inteqrasiya olunmuş su ehtiyatlarının idarə edilməsi, biomüxtəlifliyin qorunması və davamlı şəhər inkişafı kimi əsas sahələr üzrə ekspert panelləri, plenar sessiyalar və siyasi dialoqları təklif edəcək.

Forumda Azərbaycanda daxil olmaqla, Mərkəzi Asiya ölkələrinin, o cümlədən Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkmənistanın liderləri ilə yanaşı, Avropa İttifaqı, BMT, beynəlxalq maliyyə institutları və aparıcı ekoloji təşkilatların nümayəndələrinin iştirakı gözlənilir. Belə geniş təmsilçilik regionun yaşıl transformasiyası və davamlı inkişafı üçün ümumi mövqeyini nümayiş etdirir.

Forumun əsas nəticəsi kimi Səmərqənd Forumunun yekun sənədinin - Yaşıl İnkişafın Regional Konsepsiyasının təqdimatı olacaq ki, bu da iqlim dəyişikliyi sahəsində Mərkəzi Asiya ölkələri üçün vahid regional baxışın formalaşdırılmasına zəmin yaradacaq. Bu sənəd aparıcı beynəlxalq təşkilatların regionda ekoloji problemlərin həllinə yanaşmalarını əks etdirəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 03 Aprel 2025 15:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see234

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see220

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see211

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see202

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see195

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see188

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see186

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see174

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see172

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see169

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see160

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see159

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see157

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see154

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see151

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see148

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri