Icma.az
close
up
RU
COP29 təşkilatçılığı inanılmaz dərəcədə uğurludur UNFCCCdə baş direktor

COP29 təşkilatçılığı inanılmaz dərəcədə uğurludur UNFCCCdə baş direktor

Milli.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

COP29 çərçivəsində Trend BİA "COP for Hope" adlı xüsusi layihəni təqdim edir. Bu layihə iqlim dəyişikliyi ilə mübarizədə vahid məqsəd uğrunda birləşmiş dünya liderlərinin, ölkə rəhbərlərinin və müxtəlif sahələrdə - siyasət, iqtisadiyyat, elm və ekologiyada öncül şəxslərin fikirlərini dinləmək üçün unikal imkan yaradır.

Budəfəki müsahibimiz BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası (UNFCCC) proqramların idarəsi üzrə baş direktoru Daniele Violettidir.

O Trend-ə açıqlamasında deyib ki, COP29 təşkilatçılığı inanılmaz dərəcədə uğurludur.

O qeyd edib ki, COP29 üçün seçilən binada görülən işlər göz qarşısındadır. Qonaqların rahatlığı üçün hər şey təmin edilib.

D.Violetti əlavə edib ki, COP29-un nəticələrinin çox yaxşı olacağını ümid edirik.

Qeyd edək ki, dünən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub. Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir - Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 12 Noyabr 2024 18:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zaur özü də bilmədən Elməddinin sirrini açdı

31 Avqust 2026 02:15see369

Trampdan sərt ittihamlar: Vicdansız media

30 Avqust 2026 23:54see290

Mövsümüdür, amma qiyməti düşmür meyvə tərəvəz niyə bahadır? ARAŞDIRMA

31 Avqust 2026 16:06see268

Qızı Rüfət Axundovu sevindirdi ÖZƏL

30 Avqust 2026 19:48see250

Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin

31 Avqust 2026 04:04see247

Fizioterapiya ilə bağlı vacib məqamlar Səhiyyə Nazirliyinin mütəxəssisi açıqladı

31 Avqust 2026 11:56see244

Qırmızı və yaşıl almaların faydaları Hansını yemək daha yaxşıdır?

31 Avqust 2026 03:05see243

Həkimlər dəhşətli bir diaqnoz qoyublar…

30 Avqust 2026 20:49see238

Qədim şəhərin divarları rənglərin dili ilə danışanda

31 Avqust 2026 14:46see236

Orqanizminizdə iltihab varsa qəhvə için

31 Avqust 2026 02:04see234

Ermənistanda siyasi DƏYİŞİKLİK: Paşinyan rəqiblərinə qarşı hərəkətə keçdi

30 Avqust 2026 22:25see228

Azərbaycan səhiyyəsi nə zaman əhalini qane edəcək? KONKRET

31 Avqust 2026 12:56see213

Bu dərman saç tökülməsinə qarşı EFFEKTLİDİR

31 Avqust 2026 13:39see195

Səhərlər şişmiş və sərt əllər zobdan ola bilər

31 Avqust 2026 16:07see193

“Soçi” Şeydayevin iştirakı ilə üç xal qazandı

31 Avqust 2026 01:52see189

Əl ayağınız şişirsə, su çatışmazlığından ola bilər

31 Avqust 2026 17:04see188

Belə oturanların onurğa sümüyü əyilir

31 Avqust 2026 16:07see183

ABŞ ordusu Larak adasında SEPAH ın iki raket qurğusunu vurub

31 Avqust 2026 03:12see178

“Barselona”dan möhtəşəm qələbə: 7 qollu oyunda “Rayo” darmadağın edildi

01 Sentyabr 2026 01:35see173

Serxio Ramos “Bernabeu”da “Real Madrid”in qələbəsini izlədi VİDEO

31 Avqust 2026 02:41see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri