COP29 üçün nəzərdə tutulan avtobuslar fəaliyyətini DAYANDIRIR
Sitat.info portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"AYNA tərəfindən COP29-a görə təşkil edilən 18 nəqliyyat mübadilə mərkəzinin bir qismi artıq fəaliyyətini dayandırıb".
Sitat.info xəbər verir ki, bununla bağlı Oxu.az-ın sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) cavab verib.
"Hazırda yalnız "Koroğlu" və "Sea Breeze" nəqliyyat mübadilə mərkəzləri ilə Bakı Olimpiya Stadionu arasında, həmçinin 5 məntəqədən Heydər Əliyev Beynəlxalq Aeroportuna daşımalar həyata keçirilir və şatllar bu istiqamətdə fəaliyyət göstərirlər", - deyə məlumatda bildirilir.
Qeyd edək ki, sözügedən daşınmalar yalnız bu gün həyata keçiriləcək.
Xatırladaq ki, ümumi olaraq tədbir müddətində 600 mindən çox sərnişinin daşınması həyata keçirilib.
Baxış sayı:112
Bu xəbər 23 Noyabr 2024 14:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















