Icma.az
close
up
RU
COP29 və AMEAnın qarşısında duran vəzifələr

COP29 və AMEAnın qarşısında duran vəzifələr

Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclasında “BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29: çağırışlar və AMEA-nın qarşısında duran vəzifələr” mövzusunda müzakirə aparılıb. SİA xəbər verir ki, tədbirdə çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən aparılan məqsədyönlü daxili və xarici siyasət ölkəmizin ev sahibliyi ilə COP29-un uğurla keçməsinin əsasını təşkil edir.

AMEA rəhbəri COP29-un yekunları kimi Bakı razılaşmasının əldə edilməsinin, Paris Sazişinin 6-cı maddəsinin tam təsdiq olunmasının, İtki və Zərər Fondunun tam fəaliyyətə başlamasını təmin edən tarixi qərarın qəbulunun, qlobal istiləşməni 1,5°C-də saxlamaq məqsədinin ölkələr tərəfindən vurğulanmasının Azərbaycanın tarixi uğurları olduğunu bildirib.

COP29 çərçivəsində keçirilən tədbirlərdə akademiya əməkdaşlarının da yaxından iştirak etdiyini deyən akademik İsa Həbibbəyli alimlərimizin xarici həmkarları ilə qlobal problemlərə dair müzakirələr apardıqlarını, ölkəmizə gəlmiş dünyanın nüfuzlu elm xadimləri ilə AMEA-da görüşlərin baş tutduğunu söyləyib. Həmçinin COP29-un gündəliyində mühüm yer tutmuş yaşıl enerji, yaşıl iqtisadiyyat kimi anlayışların fəlsəfəsini dərk etmək üçün tədqiqatlar aparılmasına ehtiyac olduğunu bildirib, alimlərimizin üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayıb və akademiyanın gələcək fəaliyyətini bu istiqamətdə quracağını diqqətə çatdırıb.

Daha sonra AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova COP29-la bağlı AMEA-nın fəaliyyətinə dair geniş təqdimatla çıxış edib. Akademik çıxışında indiyədək keçirilmiş COP-ların tarixi, məqsədləri barədə söz açıb, COP29 çərçivəsində AMEA-nın elmi bölmələrində, elmi-tədqiqat müəssisələri və təşkilatlarında, regional bölmələrində və elmi mərkəzlərində il ərzində təşkil olunan çoxsaylı tədbirlər – elmi konfranslar, görüşlər, kitab sərgiləri, işıq üzü görən nəşrlər, alimlərimizin mediada çap olunmuş məqalələri barədə ətraflı məlumat verib.

Ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev isə çıxışında COP29-un yüksək səviyyədə təşkili ilə əhəmiyyətli addımlar atıldığını bildirib. Bir sıra statistik rəqəmləri təqdim edən R.Hacıyev COP29-da 80 ölkənin dövlət və hökumət başçısının, 76 mindən çox insanın, çoxsaylı QHT və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirak etdiklərini, 100-dən çox ölkənin pavilyonunun qurulduğunu vurğulayıb. R.Hacıyev COP29 çərçivəsində qəbul edilən qərarların tarixi nailiyyət olduğunu söyləyib.

Məsələ ilə bağlı, həmçinin akademiklər Arif Həşimov, Gövhər Baxşəliyeva, Adil Qəribov, AMEA-nın müxbir üzvü Elşad Qurbanov və professor İlham Məmmədzadə çıxış edərək COP29-un yüksək səviyyədə keçirilməsinin ölkəmizin növbəti tarixi uğuru olduğunu, alimlərimizin də öz fəaliyyətləri ilə daim dövlətimizin yanında olduqlarını bildirib, tədbirin yeni elmi istiqamətlərə yol açdığını söyləyiblər.

Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə COP29-un yekunları ilə bağlı AMEA-nın müraciəti qəbul edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://sia.az
archiveBu xəbər 30 Noyabr 2024 14:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see406

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see394

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see377

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see362

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see251

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see247

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see247

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see240

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see237

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see232

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see227

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see218

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see211

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see200

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see196

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see183

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see178

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see178

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see170

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri