Icma.az
close
up
RU
COP29 Vətən müharibəsində bizə qarşı çıxan ölkələrin məğlubiyyəti oldu ŞƏRH

COP29 Vətən müharibəsində bizə qarşı çıxan ölkələrin məğlubiyyəti oldu ŞƏRH

Icma.az bildirir, Operativmedia saytına əsaslanaraq.

Qlobal iqlim hərəkatı, dövlətlərin bir araya gəlməsi artıq 29 ildir ki, davam edir. İlk dəfə 1995-ci ildə Almaniyada dövlət rəhbərləri bir araya gəldilər və dünyamız üçün son dərəcə bəşəri xarakter daşıyan ideallar ətrafında birləşdilər. Qlobal istiləşmə ciddi fəsadlara yol açır. Qütblərdə əriyən buzlar su səviyyəsini yüksəldir və coğrafi dəyişikliklərə səbəb olur. Bu da insanların yaşam şəraitinə mənfi təsir göstərəcək. Bundan başqa, qlobal çirklənmə də insanların yaşayışına ciddi təsir edir. Bu səbəbdən 2015-ci ildə Paris anlaşması imzalandı və inkişaf etmiş ölkələr üzərlərinə öhdəliklər götürdülər.

Bu sözləri “Operativ Media”ya Milli Məclisin deputatı Zahid Oruc deyib.

Deputat bu tədbirin ölkəmizdə keçirilməsinin önəmindən danışıb:
"Keçmiş Sovet məkanına daxil olan ölkələrdən biri olan Azərbaycanın bu iqlim zirvəsinə ev sahibliyi etməsi misilsiz bir hadisədir. Bu regionda heç bir dövlətə belə bir şans verilməyib. Əlbəttə ki, fərqli statuslu beynəlxalq tədbirlər zaman-zaman keçirilib. Məsələn, “Qoşulmama Hərəkatı”nı buna misal göstərmək olar. Lakin onların heç biri qlobal iqlim sammiti qədər əhəmiyyətli və BMT mandatı altında keçirilməyib. İkinci olaraq, digər tədbirlərdə BMT Baş Katibi iştirak etməyib. Üçüncü olaraq, regionda keçirilən heç bir tədbirə bu qədər dövlət rəhbəri qatılmayıb."

Xüsusilə əhali sayına görə ilk onluqda və ya iyirmilikdə olmayan bir ölkənin belə bir tədbirə ev sahibliyi etməsi bir çoxları üçün yaxşı qarşılanmayıb. 120 ölkənin rəhbərliyini Azərbaycanın qarşılamaq bacarığının olması onları heyrətə gətirib. Ölkəmiz çox qısa vaxt ərzində bu tədbirə hazırlaşdı. Bu gün COP29-da əyani iştirak edən biri olaraq demək istəyirəm ki, bizim minlərlə gəncimizin təşkilatçılıq bacarığı, hünəri, qonaqları yüksək qarşılaması hər birimizi qürurlandırdı”.

Deputat bildirib ki, bu gün  ekoloji çirklənməni yaradan ölkələr dünyada müharibə aparan əsas tərəflərdir.

"Təəssüflər olsun ki, biz 6 aydan çoxdur ki, həmin dövlətlərin bizə qarşı informativ hücumları ilə qarşılaşdıq. Onların məlumat terroru həyata keçirdiklərini gördük. Onların bir qismi isə neft ölkələri idi. Ona görə belə bir sual ortaya çıxır. “Dünya miqyasında neçə illərdir ki, neft ixrac edən şirkətlər var. Bunların hamısı bizim tərəfimizdən yaradılıb? Həmin şirkətlər də qaz ixrac edirlər. Dünya bazarını qazla onlar təmin edirlər. Son otuz ildə də ölkəmizdə neft və qazın çıxarılmasında həmin o şirkətlər öndərlik ediblər. SOCAR-ın Norveçin 100 illik şirkəti ilə rəqabət etmək imkanı var?”. Belə bir şəraitdə bu dövlətin Baş naziri ölkəmizə gəlməkdən imtina edir. Hansı əsasla bu addımı atıb? Fransa və digər ölkələrin son bir-iki ay ərzində oynadıqları rol ilk növbədə bizi yox, BMT-ni baykot etməkdir. Çünki proses BMT mandatı altında keçirilir. Hərəkatı BMT başladıb. İkinci olaraq, həmin dövlətlərin yer üzünə olan münasibətini göstərir. İqlimə və “Paris” anlaşmasına olan münasibətləridir. Halbuki bu sənədlər Parisdə imzalanmışdır. Yüksək inkişaf etmiş ölkələr, inkişaf etməkdə olan ölkələrə 100 milyard dollar yardım etməliydilər. Bunu öz öhdəliklərinə götürmüşdülər. Ancaq bu proses əksinə baş verdi. Bir çox dövlətlər bu imtahandan çıxa bilmədilər. Onlar dünyaya öz simalarını göstərmiş oldular.

Deputat bildirib ki, bu gün Azərbaycanda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası çox qürurverici hadisədir:

“Prezidentimiz cənab İlham Əliyev BMT Baş katibi ilə birlikdə dayanaraq dünyanın müxtəlif qitələrindən gələn qonaqları qarşıladılar. Burada fərqli dinlərə, coğrafiyaya, tarixə, mədəniyyətə malik olan ölkələr təmsil olunurdu. COP29 tədbirinə gələnlərin sırasında Böyük Britaniyanın baş nazirindən tutmuş, habelə ən ucqar ərazidə yerləşən ölkələrin nümayəndələri də var idi. Onlar bilirlər ki, yaşadığımız məkan, yer üzü vahiddir.

Millət vəkili qlobal enerji gündəliyinin yaranmasının bilavasitə Bakıda baş vermiş olduğunu bildirdi:

"Bir trilyon büdcəyə malik fondun yaranması COP29-da baş verdi. Bundan sonrakı on illiklərdə baş verə biləcək hadisələr məhz COP29 müzakirə edildi. Cənab prezidentin o tribunadan dünyaya qalib bir lider kimi səslənməsinə şahid olduq. Noyabr - zəfər ayımızda, Konstitusiya günündə bu qədər önəmli hadisələrin baş verməsi çox möhtəşəm haldır. Mən zalda müxtəlif dövlətlərin liderlərinin emosiyalarını müşahidə etdim. Onlar arasında bu çıxışdan narazı və narahat olanlar belə, dövlət başçımızın haqlı arqumentləri ilə razılaşmağa məcbur idilər”.

Biz COP29-da dünyaya iqlim atəşkəsi üçün çağırış etdik. Bu, bəşəriyyət üçün sülh sammitidir. Bu tədbir, Rusiya-Ukrayna, o cümlədən İsrail – Qəzza, İran, Livan, Tayvan ətrafındakı gərginlik, Afrika qitəsindəki problemlər üçün misilsiz rol oynayır:

“Bütün dövlətlərin bir araya gəldiyi yeganə platforma BMT-dir. BMT rəhbərləri heç bir zaman ölkəmizə səfər etməmişdir. Amma bu gün buradan dünyaya səsləndilər. Bu gün 3500-dən artıq media COP29-dan canlı yayım edirdi. Azərbaycan prezidenti və BMT Baş katibinin nitqindən sonra son dərəcədə unikal seçilmiş, ölkəmizin incəsənət və mədəniyyətinin təqdimatı keçirildi.

Bu tədbirdə səslənən musiqilər necə də gözəl seçilmişdir. Bu təqdimat ölkəmizin mədəniyyət baxımından zəngin olmasını bir daha sübut edirdi. Eyni zamanda, vətənimizin hər bir guşəsini göstərmək baxımından çox əlamətdar idi. Bu təbiət və insan arasındakı harmoniyanın ən yüksək nöqtəsi idi.

Bu tədbir Vətən müharibəsində bizə qarşı çıxan ölkələri də ifşa etdi. Bu, onların məğlubiyyəti oldu. COP29 verilən qərarlar uzun illər Azərbaycan adının informasiya gündəliyində, müzakirələrdə olmasına şərait yaradacaq. Yüzlərlə şirkət özlərinə tərəfdaş qazanacaq. Ölkəmizə gəlmiş 70 mindən çox xarici vətəndaş müasir ölkəmizi və xalqımızı mediadan işıqlandırmağa məcburdurlar.

COP29 Azərbaycanın siyasi gücünün artması baxımından əhəmiyyətli olacaq. Cənab Prezidentin dediyi kimi, bu tədbir 250 gün günəşin olmasından maksimum yararlanaraq, enerji keçidini reallaşdırmaq üçün önəmlidir. Qarşıdakı günlərdə də bu tədbirin çox gözəl davam edəcəyinə əminik. COP29 qəbul edilən qərarların icrası üçün dövlətlər, hökumətlər və media birlikdə çalışmaqda davam etməlidir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://operativmedia.az
archiveBu xəbər 12 Noyabr 2024 17:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see320

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see279

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see273

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see260

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see255

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see253

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see244

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see244

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see240

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see219

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see217

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see213

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see208

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see202

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see202

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see195

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see184

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri