Icma.az
close
up
RU
COP29 Yaşıl Zona biletləri artıq satışdadır

COP29 Yaşıl Zona biletləri artıq satışdadır

Gununsesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.

COP29 konfransı çərçivəsində təşkil olunan Yaşıl Zonaya ödənişsiz giriş biletlərini artıq iTicket.az platformasından əldə etmək mümkündür.

Gununsesi.info xəbər verir ki, COP29 Sədrliyi tərəfindən təşkil və idarə olunan, eləcə də icmaların iştirakı, texnoloji həllər və qlobal əməkdaşlığı ehtiva edən Yaşıl Zona iqlim məsələləri ilə bağlı müxtəlif maraqlı tərəflərin – dövlət və özəl sektor təmsilçiləri, media, elm adamları, ekspertlər, yerli icmalar, vətəndaş cəmiyyəti institutları və rəsmi Mavi Zona nümayəndələrinin daxil olduğu geniş iştirakçı auditoriyasının bir araya gələcəyi məkandır.

Müxtəlif sahələrdə dayanıqlılıq və iqlim fəaliyyəti ilə bağlı bir sıra təşəbbüs və müzakirələr üçün platforma olan COP29 Yaşıl Zonasının proqramı iqlim dəyişmələri üzrə həllərin təşviqində gənclərin, eləcə də qadın və yerli icmaların daha geniş iştirakını ehtiva edir. Bundan əlavə, Yaşıl Zona dayanıqlı inkişaf naminə QHT-lər, eləcə də şirkət və ali təhsil müəssisələri arasında əməkdaşlığın genişləndirilməsini də təşviq edir.

İqlim fəaliyyəti ilə yaxından tanış olmaq istəyənlər üçün açıq olan Yaşıl Zonaya biletləri iTicket platforması vasitəsilə elektron formada (ödənişsiz) əldə etmək mümkündür. Konfransın dayanıqlılıq prinsipləri nəzərə alınaraq, elektron biletlərin çap edilməsi və kağız daşıyıcıda təqdim olunması tələb olunmur.

Yaşıl Zona biletləri haqqında daha ətraflı məlumatı COP29 rəsmi veb-saytının müvafiq bölməsindən əldə edə, aidiyyəti suallarınızı isə [email protected] elektron poçt ünvanına yönləndirə bilərsiniz.

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 10 Noyabr 2024 11:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlətçilik tariximizin şanlı salnaməsi

20 Sentyabr 2026 16:31see310

Əsrin müqaviləsi nin 32 yaşı oldu

20 Sentyabr 2026 01:07see263

ABŞ da dizel yanacağının orta qiyməti rekord həddə çatıb

20 Sentyabr 2026 05:19see259

Sumqayıtda mənzil bazarında qiymət sıçrayışı: Köhnə tikililər bahalaşdı Video

20 Sentyabr 2026 14:09see253

Hollivud məşuqələri: Evli kişilərlə görüşən 5 ulduz

20 Sentyabr 2026 01:01see252

Ararat Mirzoyan “Biz hələ indi dövlət olmağa başlayırıq”

20 Sentyabr 2026 03:31see246

Azərbaycan xristianlığının qədim mərkəzi Gəncəsər monastırı

20 Sentyabr 2026 04:50see244

Professor: Üzeyir Hacıbəylinin musiqisi Qazaxıstan mədəniyyətində xüsusi yer tutur

20 Sentyabr 2026 16:21see243

Hülya Avşar “Kanlı Nigar”la səhnəyə qayıdır

20 Sentyabr 2026 01:14see243

Özümü dəfn edib, yaşamağı bacaran adamam

20 Sentyabr 2026 12:26see241

Husilər dən Səudiyyə Ərəbistanına dron yağışı ..

20 Sentyabr 2026 05:15see234

Məşhur reper Bakıya gəlir

20 Sentyabr 2026 01:55see232

Bir həftədə Moskvaya 2 mindən çox PUA ilə hücum cəhdi edilib

20 Sentyabr 2026 06:17see232

Olqa Buzova əməliyyatdan qalan izlərini gizlətdiyini açıqladı

20 Sentyabr 2026 05:14see209

Körpənin ilk nəfəsini gözləmədən gələcəyini dəyişə bilərik Hamiləlik zamanı müayinələr nə üçün vacibdir? Foto

21 Sentyabr 2026 03:30see199

Ağdamda quyudan kişi meyiti tapılıb

20 Sentyabr 2026 14:58see198

Hər gün bunu etsəniz bel ağrısından xilas olarsınız

20 Sentyabr 2026 05:14see197

Asfalt örtüyü dəyişdirilən yolların xətlənməsi niyə yubanır? Video

20 Sentyabr 2026 04:07see188

Veyplər və erkən saç ağarması: həkimlər bir əlaqə görürlər, amma...

20 Sentyabr 2026 21:20see184

İş dəftərləri alınmalıdır, yoxsa yox? Rəsmi qurumdan cavab VIDEO

20 Sentyabr 2026 03:28see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri