Icma.az
close
up
RU
COP29 zamanı banklar necə fəaliyyət göstərəcək? RƏSMİ AÇIQLAMA

COP29 zamanı banklar necə fəaliyyət göstərəcək? RƏSMİ AÇIQLAMA

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu (COP29) sessiyası çərçivəsində Azərbaycanda banklar, "Azərpoçt" MMC və valyuta mübadilə məntəqələri normal iş rejimində fəaliyət göstərəcək.

Bu barədə Sfera.az-ın sorğusuna cavab olaraq Azərbaycan Mərkəzi Bankından (AMB) bildirilib.

Məlumata görə, 8-13 noyabr 2024-cü il tarixləri qeyri-iş günlərinə təsadüf edir. Əvvəlki təcrübəyə uyğun olaraq qeyri-iş günlərində bankların və “Azərpoçt”un xidmət şəbəkəsi, habelə valyuta mübadilə məntəqələrinin iş qrafikinə dair məlumat Mərkəzi Bank tərəfindən ictimaiyyətə bildiriləcəkdir.

"COP29 tədbirlərinə təsadüf edən digər günlərdə isə banklar, "Azərpoçt" və valyuta mübadilə məntəqələri normal iş rejimində ölkəmizə təşrif buyurmuş qonaqlara və əhaliyə maliyyə xidmətləri göstərəcəklər", - AMB qeyd edib.

seeBaxış sayı:16
embedMənbə:https://sfera.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri