Icma.az
close
up
RU
COP29 Zəfəri: Bu, ən yaxşı təcrübə idi ŞƏRH AZƏRTAC

COP29 Zəfəri: Bu, ən yaxşı təcrübə idi ŞƏRH AZƏRTAC

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 27 noyabr, AZƏRTAC

Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) əlamətdar hadisə və qərarlarla yadda qaldı. Belə ki, noyabrın 23-də axşam saatlarından başlayaraq 24-ü səhər saatlarına qədər davam edən bağlanış plenar iclasında bir sıra mühüm qərarların qəbulu böyük əks-səda doğurdu.

AZƏRTAC ölkəmizdə keçirilən mötəbər tədbirin tarixi uğurları ilə bağlı Milli Məclisin deputatı Pərvanə Vəliyevanın fikirlərini öyrənib.

Deputat COP29-un əsas qələbəsinin Bakı Maliyyə Hədəfi ilə əlaqəli olduğunu vurğulayaraq deyib: “İnkişaf etmiş ölkələrin inkişaf etməkdə olan ölkələrə iqlim fəaliyyəti üçün 2035-ci ilədək hər il ən azı 300 milyard ABŞ dolları məbləğində yardımı təmin etməsi və 2035-ci ilə qədər 1,3 trilyon ABŞ dolları həcmində iqlim maliyyəsinin təminatı hədəf qoyulub. Bakı intensiv, çoxtərəfli diplomatiya ilə gözləniləndən daha artığına nail oldu. Yeni İqlim Maliyyə Məqsədinin qəbulu iqlim dəyişikliyinə qarşı qlobal mübarizədə transformativ bir addımdır. Həmin iddialı hədəfin dünyanın iqlim böhranını həll etmək üçün resursları hansı mexanizmlə səfərbər etməsi ilə bağlı çevik və geniş təsirləri olacaq”.

Bildirib ki, qısamüddətli dövrdə bu yeni məqsəd güclü öhdəlik siqnalı verir. O, fəlakətin bərpasından tutmuş gələcək iqlim sarsıntılarına qarşı dayanıqlığın yaradılmasına qədər iqlim dəyişikliyinin həssas dövlətlərin aktual ehtiyaclarını ödəmək üçün daha çox vəsaitin olmasını təmin edir. İnkişaf etmiş ölkələr qısa müddətdə öz maliyyə öhdəliklərini yerinə yetirmək üçün büdcə prioritetlərində lazımi düzəlişlər etməlidirlər, əks halda, inkişaf etməkdə olan ölkələrin artan təzyiqi ilə üzləşəcəklər. Eyni zamanda, həmin artırılmış maliyyə hədəfinin əhəmiyyətli özəl investisiyaları, o cümlədən dövlət maliyyəsindən əlavə, özəl sektordan daha çox iştirakçı cəlb etməsi gözlənilir. Maliyyələşdirmədəki bu artım inkişaf etməkdə olan ölkələrə iqlim dəyişmələrinin təsirlərinin azaldılması və uyğunlaşma səyləri ilə bağlı sürətli tədbirlər görməyə imkan verəcək. Uzunmüddətli perspektivdə yeni maliyyə hədəfi davamlı və dayanıqlı qlobal iqtisadiyyata keçidi sürətləndirəcək.

Artan maliyyə axınları 2030-cu ilə qədər bərpaolunan enerji, dayanıqlı kənd təsərrüfatı və iqlimə davamlı infrastrukturun geniş şəkildə tətbiqinə təkan verəcək. Bu maliyyə hədəfi, həmçinin qlobal maliyyə sistemlərini yenidən formalaşdırmaq, iqlim mülahizələrini iqtisadi strategiyalara daxil etmək və özəl sektor tərəfdaşlıqları vasitəsilə innovasiyaları təşviq etmək potensialına malikdir.

İtki və Zərər Fondu tam işlək vəziyyətə gətirilib

Ötən COP-da İtki və Zərər Fondu yaradılmış, Dünya Bankı ona hamilik etməsi üçün seçilmişdi. Lakin prosesin illərdir uzanması bu sahədə SİDS və LDC-lərə maliyyə yardımının əlçatanlığını çətinləşdirirdi. Bu baxımdan COP29 Sədrliyi sentyabr ayında bu fondun 3-cü idarə heyəti iclasına ev sahibliyi etdi və Bakıda bir çox strateji qərarlar qəbul edildi. Fonda icraçı direktorun seçilməsi, ev sahibi ölkənin Filippin olaraq müəyyənləşdirilməsi və Dünya Bankı ilə Fondun İnam razılaşmasının (Trustee Agreement) imzalanması məhz COP29 Sədrliyinin təşəbbüsü və səyləri nəticəsində oldu.

Bu strateji qərarlar sözügedən fondun işlək vəziyyətə gəlməsini daha da tezləşdirdi və COP 2025-ci ildən bu fondun tam fəaliyyətə başlaması üçün konsensus əldə etdi.

6-cı maddənin qəbul edilməsi ilə bağlı uğur əldə olundu

COP29 BMT çərçivəsində yüksək inteqrasiya edilmiş karbon bazarlarına dair 6-cı maddə üzrə danışıqların yekunlaşması üçün on il davam edən gözləntiyə son qoydu. Müvafiq karbon bazarlarından maliyyə axınları 2050-ci ilə qədər ildə 1 trilyon ABŞ dollarına çata bilər. Onlar, həmçinin milli iqlim planlarının həyata keçirilməsi xərclərini ildə 250 milyard ABŞ dolları həcmində azaltmaq potensialına malikdir.

İnklüziv COP29

Ölkəmizdə azad, təşəbbüskar, inklüziv vətəndaş cəmiyyəti formalaşıb. Bütün dünya COP29 zamanı müxtəlif formatlı, hətta kifayət qədər tənqidi mövqedə olan vətəndaş cəmiyyətinin aksiyalarını məhz Azərbaycanda izlədi. İştirakçıların vətəndaş cəmiyyəti üçün yaradılan inklüziv şəraitdən məmnun qaldıqlarını deyə bilərik. COP29 Sədrliyi həm Mavi zonada, həm də Yaşıl zonada QHT-lər üçün xüsusi pavilyon ayrılmasına dəstək olmuşdu. Eyni zamanda, Konvensiya katibliyinə müraciət etməklə, bir çox QHT, həmçinin Azərbaycandan olan vətəndaş cəmiyyəti nümayəndələri Mavi zonada müəyyən olunmuş yerlərdə aksiyalar keçirə bildilər. Beləliklə, COP29 bütün maraqlı tərəflərin səslərinin eşidildiyi platforma kimi yadda qaldı. Bu, ən yaxşı təcrübə idi.

Qaliblər mühakimə olunmur!

COP29 ərəfəsində Azərbaycanın uğurlarına kölgə salmağa yönəlmiş böhtan kampaniyaları uğursuzluğa düçar oldu. Həmin kampaniyalar əksər hallarda, ölkəmizin beynəlxalq nüfuzunu sarsıtmağa, onun daxili və xarici siyasətinə dair faktları təhrif etməyə, qlobal səviyyədə nüfuzuna xələl gətirməyə hədəflənmişdi.

Qərb dövlətlərinin, xüsusilə Avropa Parlamenti, Lüksemburq Deputatlar Palatası, Belçika Parlamenti, Almaniya, Fransa və digərlərinin dəstək verdiyi belə kampaniyalar beynəlxalq ictimaiyyəti manipulyasiya etmək, konfransı absurd ittihamlarla siyasiləşdirmək məqsədi güdürdü.

Anti-Azərbaycan qüvvələr, Qərb ölkələri tərəfindən maliyyələşdirilən lobbiçilər və qurumlar öz ölkələrinin iqlim öhdəliklərini yerinə yetirmədikləri halda, inkişaf etməkdə olan ölkələrə maliyyə dəstəyini təmin etmək əvəzinə, öz imicini artırmaq, BMT-in iqlim konfransından fürsət kimi istifadə etməklə COP29 Sədrliyini ittiham etməyə çalışdılar. Bununla belə, bu iddialara baxmayaraq, Azərbaycan davamlı inkişaf prinsipləri üzrə öhdəliklərə nail olmaq qabiliyyətini hər şəkildə göstərib, bunu iqlim konfranslarında və qlobal təşəbbüslərdə fəal liderliyi ilə sübut edir. Dövlətimizin başçısının dediyi kimi, bizə heç kim heç nəyi diktə edə bilməz, biz nəyi, nə zaman, necə icra etməyi özümüz yaxşı bilirik. Ölkəmizin beynəlxalq arenada nüfuzu, gücü elə ona qarşı haqsız ittihamlar, dezinformasiyalar yayan qurumlara layiqli və yerində cavab verməsindən irəli gəlir. COP29 zamanı Kiçik Ada dövlətlərinin liderlər Sammitində Qlobal Cənubdan olan dövlətlərin başçıları Qlobal Cənubun maraqlarını ifadə edən, Qərbin riyakarlığını ifşa edən lideri - Prezidentimizi dəqiqələrlə alqışladılar.

“Ölkəmiz beynəlxalq ictimaiyyətlə əməkdaşlığa və iqlim dəyişikliyi ilə mübarizə və davamlı inkişafın təşviqi də daxil olmaqla, bütün öhdəliklərini yerinə yetirməyə hazır olduğunu bir daha bəyan edib. Azərbaycan iqlim sazişlərinə və istixana qazlarının emissiyasının azaldılmasına dair milli məqsədlərinə tam sadiqdir. Ölkəmiz enerji səmərəliliyini artırır, beynəlxalq arenada məsuliyyətli və etibarlı tərəfdaş kimi nüfuzunu möhkəmləndirir. Bununla da Azərbaycan ekoloji və iqlim siyasətində lider, eləcə də qlobal səhnənin mühüm aktoru kimi öz mövqeyini möhkəmləndirib. Azərbaycanın bunu bacara biləcəyindən şübhə edən Qərb dövlətlərinə isə bir mesajımız var: Qaliblər mühakimə olunmur!”, - deyə Pərvanə Vəliyeva əlavə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:242
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 Noyabr 2024 18:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see305

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see293

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see284

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see281

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see263

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see251

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see243

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see234

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see234

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see229

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see226

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see221

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see219

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see209

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see194

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see193

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see187

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see187

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see182

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri