Icma.az
close
up
RU
COP29a ev sahibliyi Azərbaycanın beynəlxalq arenada böyük uğurudur TƏHLİL

COP29a ev sahibliyi Azərbaycanın beynəlxalq arenada böyük uğurudur TƏHLİL

Icma.az, Metbuat portalına istinadən məlumatı açıqlayır.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29 )iqlim dəyişikliyinə qarşı qlobal səviyyədə həmrəylik və birgə fəaliyyətin vacibliyini nümayiş etdirən əhəmiyyətli bir platforma oldu.

COP29-un nəticələri Azərbaycanın həm siyasi mövqeyi, həm də iqtisadi perspektivləri üçün mühüm əhəmiyyət daşıyır. Qlobal karbon emissiyalarının azaldılması və bərpa olunan enerji texnologiyalarının genişləndirilməsinə dair qərarlar ölkənin yaşıl enerji sahəsindəki potensialını ön plana çıxarır. Azərbaycan enerji keçidi prosesində bərpa olunan enerji resurslarının inkişafını prioritet elan etməsi Avropanın enerji təhlükəsizliyində strateji rolunu gücləndirəcək. Bununla yanaşı, sammitdəki müzakirələr beynəlxalq əməkdaşlığı gücləndirərək Azərbaycanın xarici investorlar üçün cəlbediciliyini artıracaq.

Azərbaycanın sədrliyi ilə keçirilən COP29 tədbirinin yekunları haqqında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədrinin müavini, millət vəkili Azər Badamov Metbuat.az-a açıqlama verib.


O, bildirib ki, COP29 bu günə qədər keçirilmiş COP-lar arasında dönüş nöqtəsi oldu. Tədbirin gündəliyində 14 hədəf müəyyən edilmişdi. 10 günlük müzakirələr zamanı bu hədəflər geniş şəkildə müzakirə olunaraq vacib qərarlar qəbul edildi.

Azər Badamov vurğulayıb ki, son 10 gün ərzində Bakı dünyanın mərkəzi oldu:

“Tədbirlərə 80-dən çox dövlət və hökumət başçısı, 70 mindən çox qonaq qatıldı. Azərbaycana gələn hər bir qonaq COP29-un təşkilatçılığından və onlara göstərilən yüksək diqqətdən məmnun qaldı. Halbuki tədbir ərəfəsində ölkəmizə qarşı qərəzli qarayaxma kampaniyaları təşkil edilmiş, boykota çağırışlar olunaraq COP29-un keçirilməsinə mane olmağa çalışılmışdı. Amma heç kim Azərbaycanı öz mövqeyindən çəkindirə bilmədi. Qərəzli dairələrə ən yaxşı cavab isə COP29-un yüksək səviyyədə təşkil olunması ilə verildi”.

Millət vəkilinin sözlərinə görə, Azərbaycan yaşıl enerji strategiyasını genişləndirərək və beynəlxalq əməkdaşlığa dəstək verərək qlobal iqlim siyasətində mühüm aktor kimi çıxış edir.

O qeyd edib ki, COP29 çərçivəsində qəbul edilən qərarlar Azərbaycanın bərpa olunan enerji sahəsində fəaliyyətlərini daha da intensivləşdirəcək. Bu isə ölkənin həm iqtisadi inkişafına, həm də ekoloji tarazlığın təmin olunmasına xidmət edəcək:

“Ölkəmiz üçün COP29-un faydaları böyükdür. İlk növbədə, Azərbaycanın dünyada dostlarının sayı artdı. Dövlət başçımız ölkəmizə gələn dövlət və hökumət başçıları ilə ikitərəfli görüşlər keçirərək ölkələrimiz arasındakı münasibətlərin inkişafını müzakirə etdi. Türk Dövlətləri Təşkilatına üzv olan Qazaxıstan və Özbəkistanla yaşıl enerji sahəsində əməkdaşlığa dair saziş imzalandı. COP29 həmçinin ölkəmizə gələcək investisiyaların artmasına yeni bir impuls verəcək. Azərbaycanın yaşıl enerji gündəliyi olduqca zəngindir. Hesab edirəm ki, Mərkəzi Asiya, Cənubi Qafqaz və Avropanı birləşdirəcək yeni yaşıl enerji marşrutu bərpa olunan enerji sahəsində inteqrasiyanı sürətləndirəcək,” - deyə Badamov əlavə edib.

Millət vəkili həmçinin bildirib ki, Azərbaycan iqlim dəyişikliklərinə qarşı mübarizə aparmaq məqsədilə inkişaf etməkdə olan kiçik dövlətlərə dəstək üçün iqlim maliyyəsi yaratmağı hədəfləyirdi. COP29-da bu istiqamətdə də müəyyən razılaşmalar əldə olundu:

“COP29-un yüksək səviyyədə keçirilməsi ölkəmizin yeni bir uğurudur və hər kəsi bu əlamətdar tədbirlərin müvəffəqiyyətlə təşkil olunması münasibətilə təbrik edirəm,” - deyə millət vəkili qeyd edib.

Milli Məclisin deputatı Ceyhun Məmmədov Metbuat.az-a açıqlamasında COP29-un ölkəmiz üçün tarixi bir hadisə olduğunu vurğulayıb:

“Azərbaycan COP29 kimi qlobal əhəmiyyətli bir tədbirə ev sahibliyi etməklə beynəlxalq arenada mövqeyini daha da gücləndirir. Bu gün ölkəmiz dünyanı narahat edən hər bir məsələyə xüsusi həssaslıqla yanaşır və beynəlxalq proseslərə fəal töhfə verir.

COP29 çərçivəsində keçirilən görüşlər həm ikitərəfli əlaqələrin inkişafına, həm də qlobal problemlərin həllində əməkdaşlığın dərinləşməsinə xidmət edir. Tədbirin uğurla davam etməsi ölkəmizə olan beynəlxalq etimadı daha da artırır və Azərbaycanın reytinqini yüksəldir.

Prezident İlham Əliyevi Liderlər Sammitinin açılış nitqində çıxışı zamanı Azərbaycanın suverenliyini və torpaqlarını işğaldan azad etdiyini vurğulamaqla yanaşı, enerji resurslarının şaxələndirilməsi və Qara dəniz sualtı enerji xəttinin əhəmiyyətinə toxundu. Bu, Azərbaycanın enerji təhlükəsizliyindəki strateji rolunu bir daha nümayiş etdirir”.

Azərbaycanın multikultural dəyərlərinə toxunan deputat əlavə edib ki, ölkəmiz çoxtərəfliliyin və mədəniyyətlərarası dialoqun fəal tərəfdarıdır:

“Multikulturalizm təkcə dövlət siyasəti deyil, həm də xalqımızın həyat tərzidir. Azərbaycan etnik və dini müxtəlifliyin harmoniyasını təmin edən nadir ölkələrdəndir. Müharibələr ekoloji fəlakətlərin əsas səbəblərindən biridir. Ermənistan 30 illik işğal zamanı torpaqlarımıza böyük ekoloji ziyan vurdu. Azərbaycan bu gün dünyada ərazisi mina ilə ən çox çirklənən ölkələrdən biridir. Buna baxmayaraq, ölkəmiz sülhün və əmin-amanlığın bərqərar olması üçün çalışır.

COP29 təkcə siyasi deyil, mənəvi dəyərlər baxımından da vacibdir. Dünyanın təhlükəsizliyi və əmin-amanlığını təmin etmək üçün dinlərin və dini liderlərin böyük potensialı var. Azərbaycan bu potensialı hər zaman dəstəkləyərək həm bölgədə, həm də qlobal miqyasda barışın təmin olunmasına töhfə verir”.

Ceyhun Məmmədov onu da qeyd edib ki, Azərbaycan COP29-u ən yüksək səviyyədə təşkil edərək öz beynəlxalq nüfuzunu daha da artıracaq. Bu cür tədbirlər ölkəmizin gələcək uğurları üçün güclü zəmin yaradır. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin rəhbərliyi ilə COP29 tədbirinin təşkilatçılığı dünyanın diqqətindən yayınmadı.

Tədbirin mükəmməl və çoxtərəfli şəkildə təşkil olunmasını vurğulayan BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri üzrə vəkili, pakistanlı ekspert Qaiser Navab Metbuat.az-a açıqlamasında bildirib ki, Azərbaycan bir daha dünya ictimaiyyətini bir araya gətirə və hər kəsə aid olan problemi müzakirə edə biləcəyini nümayiş etdirdi:

“Bu, dünyanın ən böyük forumlarından biridir. Qlobal ictimaiyyət ən böyük problemlərindən birini, yəni iqlim dəyişikliyini müzakirə etmək üçün Bakıda toplandı. İqlim problemləri təkcə təbiətə ziyan vurmaqla deyil, eyni zamanda dolayı yolla gənc qadınların, uşaqların da həyatına mənfi təsir edir.

Azərbaycanın qlobal miqyasda bu cür tədbiri yüksək səviyyədə təşkil etməsi həm iqlim problemlərinə yanaşmasında, həm də dünyanı bir araya gətirmək bacarığında liderliyini bir daha sübut etdi. Düşünürəm ki, COP29 iqlim dəyişikliyinə dair mühüm qərarların müzakirə edildiyi platforma olmaqla yanaşı, Azərbaycanın beynəlxalq nüfuzunun möhkəmləndirilməsində də əhəmiyyətli rol oynadı”.

Gülbəniz Hüseynli / Metbuat.az

Məqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” mövzusu üzrə hazırlanmışdır.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:195
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 23 Noyabr 2024 18:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see375

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see349

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see337

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see295

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see281

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see263

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see250

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see248

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see246

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see243

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see232

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see231

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see228

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see221

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see217

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see216

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see198

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see197

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see196

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri