Icma.az
close
up
RU
COP29a gələn liderlər Bakıda maraqli vaxt KEÇİRİB

COP29a gələn liderlər Bakıda maraqli vaxt KEÇİRİB

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) davam edir. Bu gün tədbirin üçüncü günüdür.

Modern.az-ın məlumatına görə, dünyanın 100-ə yaxın ölkəsinin lideri tədbirdə iştirak etmək üçün Bakıya gəlib.

COP29 tədbiri yüksək səviyyədə təşkil olunub. Ölkəmizə gələn qonaqlar çox xoş vaxt keçirirlər. Hətta ölkəmizdə olan liderlər də bu fürsətdən istifadə edirlər. 

Tədbir iştirakçısı ölkələrin liderlərinin qeyri-rəsmi şam yeməyi 

COP29 tədbiri ilə bağlı ölkəmizdə səfərdə olan Belarus Prezidenti Aleksandr Lukaşenko və Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Bakıda qeyri-rəsmi şam yeməyində görüşüblər. Belarus liderinin mətbuat xidmətindən bu barədə məlumat yayılıb. Bildirilib ki, Lukaşenko BƏƏ Prezidenti tərəfindən qeyri-rəsmi şam yeməyinə dəvət olunub. Şam yeməyində BƏƏ nümayəndə heyəti, İordaniya Haşimilər Krallığının vəliəhdi şahzadə II Əl-Hüseyn bin Abdullah və Albaniyanın Baş naziri Edi Rama da iştirak edib.

Qana və Montneqro Prezidentlərinin təsadüfi qarşılaşması

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası çərçivəsində ölkəmizdə səfərdə olan dünya liderləri Bakının tarixi mərkəzi, UNESCO Dünya İrs Siyahısında olan İçərişəhəri ziyarət ediblər. Bu liderlər arasında Qana Prezidenti  N. Akufo-Addo və Monteneqro Prezidenti Yakov Milatoviç də olublar. Ziyarət zamanı hər iki ölkə başçısı təsadüfən İçərişəhərdəki Ənənəvi İncəsənət Mərkəzində qarşılaşıb, söhbət ediblər.

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin İçərişəhər gəzintisi

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel də İçərişəhəri ziyarət edib. O, UNESCO Dünya İrs Siyahısına daxil olan İçərişəhəri ziyarəti zamanı onun zəngin tarixi irsi və memarlıq inciləri ilə yaxından tanış olub.

Liderlər Sammitində konsert

COP29 Liderlər Sammitində liderlərin çıxışından sonra mədəni proqram təqdim edilib. Bu hissədə Azərbaycanın paytaxtı və regionlarına həsr olunmuş videoçarx nümayiş etdirilib.

Eyni zamanda bunun fonunda qonaqlara incəsənət nümayəndələrinin, müğənnilərin, ifaçıların və rəqqasların iştirakı ilə konsert proqramı təqdim edilib. Mədəni hissə 36-cı dəqiqədən başlayır:

Dövlət və hökumət başçılarının şərəfinə ziyafət

Noyabrın 12-də Bakıda, Gülüstan sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimində iştirak edən dövlət və hökumət başçılarının şərəfinə ziyafət verilib.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər.

Belçika Baş nazirinin Bulvarda qaçır

Noyabrın 11-də Bakıya gələn Belçika Baş naziri Aleksandr De Kro Bakı bulvarında bu ölkənin Azərbaycandakı səfiri Julyen De Fraypont ilə idman edib. Bununla bağlı səfir Fraypont  “X” hesabında fotolar paylaşıb. 

“Bakı bulvarında səhər tezdən Baş nazir Aleksandr De Kro ilə qaçış”, - deyə səfir yazıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:282
embedMənbə:https://modern.az
archiveBu xəbər 13 Noyabr 2024 11:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see372

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see313

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see295

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see269

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see261

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see254

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see242

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see236

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see230

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see217

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see208

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see195

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see191

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see190

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see190

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see187

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see181

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see174

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see172

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri