Icma.az
close
up
RU
Menu

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Ruslar üçün inflyasiya qumbarası...

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Bəzi rayonlarda işıq olmayacaq

Azərbaycanda baş həkim vəfat edib

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

Serialdakı Arda illər sonra (Foto)

COP29a görə dostlarımız sevindi, düşmənilərimiz xar oldu ŞƏRH

COP29a görə dostlarımız sevindi, düşmənilərimiz xar oldu ŞƏRH

Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Tədbirdə iştirak edən dövlət başçılarının da etiraf etdiyi kimi bu sessiya tarixində ən mükəmməl təşkilatçılığı ilə diqqət cəlb elədi


Azərbaycan  BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflər Konfransının 29-cu sessiyasına – COP29-a yüksək səviyyədə ev sahibliyi etməklə, həmçinin qarşıya qoyulan hədəflərə nail olunmasına maksimum səy göstərməklə dünyaya bəşəri ideyaların, sülhün, ədalətin carçısı olduğunu sübut etdi. Azərbaycan dövləti sübut etdi ki, danışıqlar sayəsində, birgə təşəbbüslər irəli sürərək qarşılıqlı anlaşma şəraitində problemləri həll etmək mümlkündür. Yetər ki dünya dövlətləri bunda maraqlı olsun və ümumi evimiz olan Yer kürəsinini xilası, planetimizi gələcək nəsillərə daha təhlükəsiz əmanət etmək üçün səmimi davranışlar sərgilənsin. Təbii ki, dünya dövlətlərini bir ataya toplamaq və onları dünyamızın – atmosferin, təbii ehtiyatların qorunmasına cəlb etmək üçün ev sahibinin üzərinə düşən də səmimi ortam yaratmaq, dünyanın dörd bir yanından ölkəmizə səfər edənləri ali məqsədə inandırmaq vəzifəsi düşürdü. Tam əminliklə deyə bilərik ki ölkəmiz, dövlət və qeyri-dövlət sturkturları, ictimaiyyətlə birgə bu vəzifənin öhdəsindən gəldi. Baxmayaraq ki, bədxahlarımız əvvəldən son tarixədək Azərbaycana qarşı şər, böhtan kampaniyası aparmaqla  ölkəmizin nüfuzunu aşağı slamağa çalışırdı. Lakin onların səyi heç bir nəticə vermədi. Dünya Azərbaycanın xoş niyyətini də gördü, iqlimin – ümumən planetimizin mühafizəsi naminə gərəkli addımlar atmağa hazır olduğuna da şahidlik etdi.   


Siyasi şərhçi, Əməkdar jurnalist Azər Həsrət “Sherg.az”a açıqlamasında qeyd etdi ki, əlbəttə COP29 bir çoxlarının arzu etmədiyi şəkildə yüksək səviyyədə təşkilatçılıqla diqqəti cəlb etdi: 


- Müəyyən qüvvələr vardı, həm  ölkə daxilində, həm  xaricdə, hətta elə ölkələr var idi ki CO29-un uğursuz olmasını arzu edirdilər ki, sonradan bundan istifadə edib Azərbaycana hücumlar təşkil etsinlər. Amma Azərbaycan  dövləti və xalqı onları yaxşı mənada təəcübləndirdi. COP29,  ümumiyyətlə, bu konfransların tarixində ən qısa hazırlıq müddəti olan sessiya idi. Azərbaycanın hətta 1 il də deyil, cəmi 11 ay vaxtı vardı hazırlaşmaq üçün. Lakin dövlətimiz bütün gücünü səfərbər edərək mükəmməl hazırlıq prosesini icra etdi. COP29-da iştirak edən dövlət başçılarının da etiraf etdiyi kimi bu sessiya özündən əvvəlki sessiyalar tarixində ən mükəmməl təşkilatçılığı ilə diqqət cəlb elədi. Azərbaycan belə bi mötəbər tədbirə ev sahibliyi etməyin haqqını vermiş oldu. Və dünyaya bir daha göstərd ki, biz belə nəhəng işlərin öhdəsindən gələ bilirik. Buna dostlarımız sevindi, düşmənilərimiz xar oldu. Əsas isə odur ki xalqla dövlətin vəhdəti burada da özünü göstərdi. Necə ki 44 günlük Vətən savaşı günlərində xalq-dövlət, xalq-prezident vəhdəti sayəsində möhtəşəm qələbə qazandıq, COP29 günlərində də xalqımız müdhiş birlik nümayiş etdirdi. Hətta Bakıda ictimai nəqliyyatdan daim şikayət edənlər də COP29 zamanı üzürlü səbəbdən yaranmış məhdudiyyətlərə təmkinlə yanaşdılar. Bu da insanlarımızın mədəni səviyyəsini, xalqımızın dövlət maraqları naminə hər zaman anlayışlı davrandığını göstərir. 


A.Həsrət bildirdi ki, COP29 öz tarixində  ən uğurlu, bənzərsiz sessiyalardan biri oldu: 

- “Paris anlaşması”nın 6-cı maddəsiylə bağlı əldə olunun nəticə dünya ölkələrini, xüsusən də az inkişaf etmiş, karbon emissiyalarından daha çox əziyyət çəkən ölkələri, ada dövlətlərini  sevindirir. İlqim maliyyələşdirmə ilə bağlı 300 milyard dollarlıq razılaşma böyük uğurdur. Bilirsiz ki, sammitin əsas diqqət mərkəzində Bakı Maliyyə Məqsədi (Baku Finance Goal) dayanırdı. Əsas məsələ nə qədər maliyyələnin ayrılacağı idi. Çünki bir sıra dövlərlər yenə də 250 milyard dollar ayrılmasını istəyirdi. Lakin gərgin müzakirələr zamanı məhz Azərbaycan tərəfinin səyləri ilə bu məbləğin yetərli olmayacağı sübut edildi. Nəticədə əldə edilən razılaşma ilə inkişaf etmiş ölkələr inkişaf etməkdə olan dövlətlər üçün 2035-ci ilədək illik ən azı 300 milyard dollar ayırmaq öhdəliyi götürmüş oldular. Bu məbləğ əvvəlki öhdəliklərdən 50 milyard dollar çoxdur. Bu, iqlim siyasətində inqilab hesab edilir. Təsadüfi deyil ki, COP29 məhz nəticə etibarilə əldə edilmiş bu razılaşmaya görə "iqlim maliyyələşdirilməsində yeni dövrün başlanğıcı" adlandırılır. Və COP29-un dünya üçün dönüş nöqtəsi olacağı hesab edilir.  Bu xeyirxah məqsədə nail olunması üçün geniş platfarma təqdim edən, təşkilatçılığı yüksək səviyyədə aparansa Bakıdır. COP29-un uğurları çoxdur, böyükdür . Onu deyə bilərik ki, Azərbaycan alnının ağı ilə bu çətin və şərəfli  işin öhdəsindən gəldi və dünyaya yenə də, növbəti dəfə ən yaxşı nümunə oldu.  

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:131
embedMənbə:https://sherg.az
archiveBu xəbər 25 Noyabr 2024 16:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see342

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see334

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see325

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see284

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see258

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see256

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see249

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see236

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see211

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see200

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

20 Oktyabr 2026 00:21see186

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see185

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see183

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see182

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see180

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see179

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see171

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

20 Oktyabr 2026 01:35see167

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

20 Oktyabr 2026 01:30see166

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri