Icma.az
close
up
RU
COP29a hazırlıqla bağlı yekun işlərlə tanışlıq FOTOLAR

COP29a hazırlıqla bağlı yekun işlərlə tanışlıq FOTOLAR

GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Media rəhbərləri və nümayəndələri noyabrın 11-də başlayacaq COP29 konfransına hazırlıqla bağlı görülən yekun işlərlə tanış olublar.

Globalinfo.az xəbər verir ki, görüşdə Prezidentin köməkçisi Anar Ələkbərov, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva, COP29 Azərbaycan Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı Nərmin Carçalova, media nümayəndələri iştirak ediblər.

Media qurumlarının rəhbərləri və jurnalistlər konfransın keçiriləcəyi Bakı Stadionunun həm Mavi, həm də Yaşıl zonalarına baş çəkməklə tədbir məkanında yaradılmış infrastruktur, təmin edilən texnologiyalar, müxtəlif təyinatlı zona və məkanlarla tanış olublar. Qonaqlar konfransın gedişində media nümayəndələrinin səmərəli işinin təşkili üçün tələb olunan şəraitin yaradıldığı Media Mərkəzinə də baxış keçiriblər.

Qeyd edilib ki, tədbir məkanında 155 pavilyon var, pavilyonlarda çoxsaylı sərgilər nəzərdə tutulub.

Görüş zamanı həmçinin Azərbaycan pavilyonunda baxış keçirilib. Bildirilib ki, bu pavilyon 450 kvadratmetrdir. Burada gün ərzində onlarla tədbir keçiriləcək.

İclas otaqlarına, media mərkəzinə, həmçinin yemək otaqlarına da baxış keçirilib.

Tədbir məkanında olan C zonasında Azərbaycan tarixini göstərən muzey yaradılıb, buraya xüsusi eksponatlar gətirilib.

Görüş zamanı məlumat verilib ki, ümumilikdə 29 iclas otağı var. Nizami zalı əsas rəsmi tədbirlərin keçiriləcəyi məkandır, 1600 yerlikdir. Burada Liderlər Sammiti baş tutacaq.

Tədbir məkanında Azərbaycan təbiətinin görüntüləri yayımlanacaq.

Bundan başqa, COP29 dövründə istifadə ediləcək nəqliyyat vasitələrinə də baxış olub. Bildirilib ki, burada 210 avtomobil Liderlər Sammitində olacaq, ümumilikdə 500 avtomobil istifadə ediləcək. Onlardan 140-ı elektrik avtobusları olacaq

Məkanla tanışlıqdan sonra COP29 Könüllüləri ilə görüş olub, onların fəaliyyəti yüksək qiymətləndirilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:30
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 08 Noyabr 2024 13:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rostov vilayətində miqrantlar rus təqaüdçüyə hücum edib..?

09 İyun 2025 19:07see123

Levan Davitaşvili: Tbilisi Quru Limanı Orta Dəhlizin inkişafında mühüm rol oynayacaq

08 İyun 2025 20:50see122

Moskvada anbar kompleksində baş verən yanğın nəticəsində iki nəfər ölüb

08 İyun 2025 22:34see121

Kim deyər ki, 78 yaşı var? Video

08 İyun 2025 23:30see121

Yadplanetlilərə meydan oxuyan media əhlimiz…

10 İyun 2025 00:13see120

Ağstafada qardaş qardaşın qanını tökdü

09 İyun 2025 05:26see118

Dünyanın ən uzun balığı hansıdır?

09 İyun 2025 02:33see118

Ayxan Abbasov: “Gələcəyə nikbin baxırıq”

08 İyun 2025 22:34see118

Davit Volkovlu Gürcüstan millisi son 4 oyunda üç qələbə və bir heç heçə

08 İyun 2025 22:57see117

Qyokereşdən 35 milyon maaşa imtina

10 İyun 2025 00:37see117

Almaniya Fransa matçının ən yaxşı oyunçusu bilindi

08 İyun 2025 20:25see117

Bu vitamin xərçəngi 10 günə öldürür

09 İyun 2025 02:04see117

Bu nəhəng ölkə husilərə kömək edir: ABŞ yə hücum

09 İyun 2025 03:31see117

Yeniyetmə fortepianoçumuz Londonda beynəlxalq müsabiqənin qalibi OLDU

08 İyun 2025 23:49see117

Bakı şəhəri üzrə HƏFTƏNİN İDMAN AFİŞASI

09 İyun 2025 15:24see116

Ukrayna üçün şad xəbər Rəsmən elan edildi

09 İyun 2025 01:27see115

Rusiya aprel ayında Türkiyədən balıq idxalını artırıb...

09 İyun 2025 21:46see112

“Pul var, sülh yoxdur!” Cey Di Vensdən sabiq prezidentə tənqid

09 İyun 2025 00:01see112

Salyanda ot sahəsi və maşın yanıb

09 İyun 2025 19:13see111

Sərvəti 1 milyardı ötdü

09 İyun 2025 17:12see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri