Icma.az
close
up
RU
COP29da çıxış edən 16 yaşlı gənc: NASA layihəsini ilk dəfə Azərbaycana gətirdik

COP29da çıxış edən 16 yaşlı gənc: NASA layihəsini ilk dəfə Azərbaycana gətirdik

Icma.az bildirir, Xalqcebhesi saytına əsaslanaraq.

Sosial fəal, aerokosmik tədqiqatçı Yusuf Kərimli BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) “Aerokosmik sənaye davamlıdırmı?” mövzusunda məruzə ilə çıxış edib. O, çıxışında əsas aerokosmik problemlərin həllindən, eləcə də gənclərin aerokosmik və şəhər hava mobilliyinin dayanıqlı inkişafına kömək etmək üçün necə çalışa biləcəyindən bəhs edib.

AZƏRTAC Yusuf Kərimli ilə müsahibəni təqdim edir.

-Yusuf bəy, əvvəlcə özünüz haqqında bir qədər məlumat verərdiniz.

-16 yaşım var, “LANDAU School”da 11-ci sinifdə oxuyuram. ABŞ-da aerokosmik mühəndislik BS ixtisası üzrə təhsil almağı planlaşdırıram.

-Necə oldu ki, COP29-da iştirak etdiniz?

-COP29-da yalnız könüllü və ya ziyarətçi olaraq iştirak etmək istəmirdim. Britaniyanın “Extreme Hangout” şirkətinin təsisçisinə COP29-da iştirak etməyim üçün məktub yazdım və bildirdim ki, konfransda tədqiqatımı və sosial fəaliyyətimizi göstərmək istəyirik.

Əvvəl dənizdə üzürdüksə, indi okeana çıxmaq üçün “Extreme Hangout” belə bir yol açdı. COP29-da iştirak üçün ümumilikdə 17 şirkətdən cavab almadıq. Bunların arasında yerli şirkətlər də var idi.

Mən yeniliyin, inkişafın tərəfdarıyam. Hesab edirəm ki, belə layihələrə təkcə uşaqları deyil, hamını cəlb etməliyik. Dünya görsün ki, azərbaycanlılar texnologiya sahəsində yeniliklər edə bilir.

-COP29-da təqdim etdiyin layihə barədə məlumat verə bilərsiniz?

-2023-cü ilin dekabr ayında iqlimə faydalı olan aeronavtika və aerokosmos sahələri üçün tədqiqat aparmaq istəyirdim. Çox çətinlik çəkdim, çünki bu sahə üzrə professor tapmaq çətin idi. Özümə Linkedin hesabı açdım. Bu platforma üzərindən 80-ə yaxın ünvana müraciət etdim. 76-cı professor Aniello Daniele Marano mənə cavab yazdı. O, Neapol II Federiko Universitetinin Aerokosmik departamentində çalışan professordur.

Tədqiqata başladım. Burada aeronavtikanı, aerokosmosu, aviasiya ilə kosmosun iqlimə necə faydalı olmasını düşündük. Oradan faydalı cavablar aldıq.

Hər hansı xüsusi yer, laboratoriyamız olmasa da, aramızda üç min kilometrdən çox məsafə olsa da, bu bizi dayandırmadı. Beş ay ərzində tədqiqatımızı apardıq.

“Urban Air Mobility” dron və pilotsuz uçuş aparatlarının şəhərə, mühitə, ekosistemə daxil edilməsidir. Bu aparatların istifadəsində necə faydamız ola bilər, biz gənclər bunu necə tətbiq edə bilərik deyə araşdırdıq. Professorlarımızla uzun axtarışlardan sonra düşündük ki, taksilər, nəqliyyat vasitələri, xüsusilə də ictimai nəqliyyata “Urban Air Mobility” daxil edilsə, biz Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi kimi qurumlarla tərəfdaşlıq edib bunu həqiqətə çevirə bilərik. Tədqiqatın sonunda belə bir nəticəyə gəldik ki, onlar ictimai nəqliyyat və urbanizasiya üçün 30 faiz fayda gətirə bilərlər. Ondan da əlavə, biz kosmosdakı aparatların, kosmosa gedən raketlərin peyklərini iqlimə faydalı etməliyik.

- Sizinlə birlikdə çalışan yaşıdınız varmı?

- Əslində tədqiqat çox elmi olduğu üçün aerokosmikaya marağı olan birini tapa bilmədim. Ona görə də düşündüm ki, bu tədqiqatdan başqa layihələrə başlayaraq gəncləri bu sahəyə cəlb edə bilərik. Buna görə də “Azərkosmos” ASC, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə işləyərək uşaqları layihələrə yönəltməyə başladıq.

Hazırda tədqiqat işləri davam edir. Düşünürəm ki, bunlar nəinki ölkəmiz, hamı üçün faydalı olacaq.

İyun ayında NASA məni “NASA Space Apps Challenge” Bakıda təşkil etmək üçün seçib. Komandamın üzvləri 16-23 yaş arasındadır. İyirmi altı ölkədən olan üzvlərimizin əksəriyyəti azərbaycanlıdır. Hazırda rayonlardan da uşaqları cəlb etməyi planlaşdırırıq.

NASA layihəsini ilk dəfə Azərbaycana gətirdik və iki komanda qalib oldu. NASA-nın tədbirində çox çətinlik çəkdik. Başa düşdük ki, insanların və investorların inamını qazanmalıyıq. Bu tədqiqat bir başlanğıcdır. Həm özümün, həm gənclərin dayanıqlı inkişafını təşkil etməliyik.

- Başqa hansı yarışlarda iştirak etmisiniz? Məsələn, Azərbaycanda təşkil olunan “TEKNOFEST”də yer almışdınızmı?

- “TEKNOFEST”də sadəcə ziyarətçi kimi olmuşam. Ötən il iyun ayında beynəlxalq STEM Olimpiadasında iştirak etdim. Elm və riyaziyyatdan iki gümüş medal aldım. Fərqli onlayn olimpiadalara qoşulmuşam.

74-cü Beynəlxalq Astronavtika Konqresində iştirak etməyi çox istəyirdim. Amma alınmadı. Lakin fəaliyyətimi COP30-da da davam etdirmək istəyirəm. COP30 və digər bu kimi tədbirlərdə iştirak edərək Azərbaycanı layiqincə təmsil edə bilərik.

- Maraqlıdır, STEAM Azərbaycan layihəsində iştirak etmisinizmi?

- Xəbərsiz olmuşam. Düşünürəm ki, belə layihələr və müsabiqələrlə bağlı təbliğat düzgün aparılmır. Mənim kimi gənclər məlumatsız olur, orada startaplarımızı təqdim edə bilərdik. Bilmirdim ki, kimə müraciət etməliyəm.

- Gənclər komandanıza qoşulmaq üçün nə etməlidirlər?

- İnstaqramda “Uşaqlarımıza öyrədək” və bio-da linkə keçid edərək məlumat ala, könüllü, təşkilatçı, media tərəfdaşı kimi qoşula bilərlər. Orada xüsusi qayğıya ehtiyacı olan uşaqlar, gənclər, fəal olan tədqiqatçılar üçün yol açırıq.

Biz stereotipləri qırmaq üçün bu layihəni yaratdıq. Hər yaş qrupundan olanlar bizə qoşularaq bacarıqlarını inkişaf etdirə bilərlər.

- Gələcək üçün planlarınız nədən ibarətdir?

- Xaricdə təhsil üçün universitetlərə qəbul başlayıb. ABŞ-ın və Avropanın bir sıra universitetlərinə qəbul almaq üçün sənədlərimi göndərmişəm. Düşünürəm ki, bu, təkcə mənim inkişafım yox, həm də Azərbaycana qayıdıb, Azərbaycanı aerokosmos sahəsində inkişaf etdirmək üçün böyük şansdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:65
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 15 Noyabr 2024 17:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see233

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see219

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see194

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see186

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see185

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see173

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see159

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see157

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see150

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri