Icma.az
close
up
RU
COP29da dəyirmi masa: “Düşüncədən əmələBakı Habı ilə həll yollarının formalaşdırılması”

COP29da dəyirmi masa: “Düşüncədən əmələBakı Habı ilə həll yollarının formalaşdırılması”

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Noyabrın 15-də COP29 Sədrliyinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) birgə təşkilatçılığı ilə “COP29: Düşüncədən əmələ-Bakı Habı ilə həll yollarının formalaşdırılması” mövzusunda dəyirmi masa təşkil edilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Almaniyanın Adelphi, Azərbaycanın BMTM, Birləşmiş Ərəb Əmirliklərinin “Anwar Gargash” Diplomatik Akademiyası, Misirin “Münaqişələrin həlli, sülhün qorunması və sülh quruculuğu” (CCCP), Birləşmiş Krallığın Xarici İnkişaf İnstitutu (Overseas Development Institute - ODİ), İtaliyanın “WEC İtaly” (World Energy Council) kimi beyin mərkəzlərinin nümayəndələri bir araya gəliblər.

Dəyirmi masanın əsas məqsədi Bakı İqlim və Sülh Fəaliyyəti Habı çərçivəsində yuxarıda qeyd edilən məsələlərin həlli ilə bağlı beyin mərkəzlərinin işçi qrupunu yaratmaqdır.

Bu qrup tematik hesabatların, araşdırma və analitik nəşrlərin hazırlanması ilə məşğul olacaq. Həmçinin işçi qrup tələb olunduğu təqdirdə, tövsiyə və praktiki təlimatlar təqdim etməli, Katiblik tərəfindən hazırlanan illik hesabatlar üçün məlumat bazası toplamalıdır.

Tədbirdə çıxış edən BMTM-in İdarə Heyətinin sədri F.Şəfiyev, “Adelphi”nin iqlim diplomatiyası və təhlükəsizlik proqramının direktoru Janani Vivekananda, ODI-dən (Xarici İnkişaf İnstitutu) Rebeka Nadin, “Anwar Gargash” Diplomatik Akademiyasından (AGDA) Mustafa Bayoumi və “WEC Italy”dən komitə üzvü Paolo Storti münaqişə və böhranlardan əziyyət çəkən ölkələrin iqlimə uyğunlaşma, davamlılıq sahəsində ən az maliyyə dəstəyi aldıqlarını vurğulayıblar.

Bildirilib ki, iqlim böhranlarının təsirləri getdikcə böyüyür. Onlar BMT agentliklərini bu sahədə əməkdaşlığa dəvət edərək, ölkələrə öz iqlim siyasətlərini həyata keçirməkdə dəstək verilməsinin vacibliyini vurğulayıblar.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:179
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 Noyabr 2024 16:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see361

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see348

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see339

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see332

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see322

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see311

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see297

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see269

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see254

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see246

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see234

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see230

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see214

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see213

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see206

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see204

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see199

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see184

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see182

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri