COP29da dünyaya çağırış: İqlim dəyişikliyi xalqımız üçün fəlakətə çevrilir
Icma.az bildirir, Oxu.az portalına istinadən.
"Mən bir neçə COP tədbirlərində olmuşam. COP29 təşkilatlanma baxımından iştirak etdiyim ən yaxşı sammitlərdən biridir. İstər nəqliyyat sistemi, istər insanların qonaqpərvərliyi, istər bələdçilik, istərsə də könüllülərin fəaliyyəti - demək olar ki, hər şey yüksək səviyyədədir".
Bunu Oxu.Az-a açıqlamasında Coğrafiya və Ətraf Mühit Hərəkatının rəhbəri Malintle Selestina Xeleli deyib.
Tədbirdən gözləntilərini açıqlayan sədr bildirib ki, qəbul edilmiş qərarları xilasımız üçün həyata keçirmək lazımdır:
"Hər bir ölkə gələcək nəsillərimiz üçün Paris İqlim Sazişində qeyd olunan 1.5 dərəcə hədəfi qorumalıdır. Çünki bu hədd aşılarsa, iqlim sistemlərində bərpa olunmayan dəyişikliklər baş verəcək və bu da qlobal miqyasda ekosistemlərə, iqtisadiyyatlara və insan sağlamlığına mənfi təsir göstərəcək. Mənim ölkəm - Lesoto da iqlim dəyişikliyinin təsirinə həssas olan ərazilərdən ibarətdir. Ölkəmizin ərazisi dağlarla əhatə olunub, lakin bizim torpaqlar yüksək quraqlıq və səhralaşmaya məruz qalır ki, bu da iqlim dəyişikliyi səbəbindəndir. Səhralaşmanın yaratdığı yüksək temperatura isə əhalimiz çox həssasdır, çünki onların əsas həyat səviyyəsi tamamilə təbii ehtiyatlardan və yaşayış üçün lazım olan kənd təsərrüfatından asılıdır. Bu dəyişiklik onlar üçün fəlakətə çevrilir. Beləliklə, bir ölkə olaraq hazırda əhalimizi adaptasiya prosesinə hazırlamaq məcburiyyətindəyik ki, onlar iqlim dəyişikliyinin təsirlərinə qarşı mübarizə apara bilsinlər".
Mərahim Nəsib
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 19 Noyabr 2024 12:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















