Icma.az
close
up
RU
COP29da ən çox kiberhücum bu saytlara olub

COP29da ən çox kiberhücum bu saytlara olub

GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən davamlı kiberhücumlar müşahidə olunub. Bu kiberhücumların həcminə və sorğu sayına görə böyük əksəriyyəti “cop29.az” internet informasiya ehtiyatına yönəlib.

Globalinfo.az xəbər verir ki, bunu AZƏRTAC-ın COP29 ərəfəsində Azərbaycanın internet resurslarına olan kiberhücumların sayı ilə bağlı sorğusuna cavab olaraq Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən (XRİTDX) bildirilib.

Qeyd olunub ki, ümumillikdə tədbir dövründə XRİTDX tərəfindən 1,09 milyard sorğu qeydə alınıb.

“COP29 informasiya ehtiyatlarına yönəlmiş sorğuların 97 faizi kiberhücum məqsədli olduğuna görə XRİTDX tərəfindən dərhal bloklanması həyata keçirilib. Həmin dövr ərzində COP29 informasiya ehtiyatları ilə yanaşı digər dövlət qurumlarının informasiya sistemlərinə də kiberhücum cəhdləri müşahidə olunub.

Ən çox hücum “cop29.az” saytına və “gov.az” zonasının Adların Domen Sisteminə (Domain Name System) – DNS-lərinə müşahidə olunub. Eləcə də, XRİTDX-nin Data Mərkəzində yerləşən dövlət qurumlarına məxsus bir sıra serverlərə və “president.az” saytına çoxsaylı kiberhücümlar qeydə alınıb. Belə ki, “gov.az” zonası üçün domen sisteminə bu müddət ərzində 14,5 milyon ədəd fərqli IP-lərdən çoxsaylı sorğular göndərilərək, şəbəkə avadanlığının resurslarını istehlak edib, legitim trafikin emalında çətinlik yaradan kiberhücum (“DNS flood”) tipli kibersorğular qeydə alınıb. Eləcə də bir sıra dövlət saytlarına, o cümlədən “president.az” və digər hostinq sistemlərinin informasiya ehtiyatlarına 7,48 Gbps həcmli fərqli IP-lərdən irihəcmli paketləri göndərərək şəbəkə kanalını yükləməklə resursları əlçatmaz edən xüsusi hədəfləmiş kiberhücum (volumetrik DDOS hücumları) cəhdləri müşahidə olunub”, – deyə sorğuya cavabda bildirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:280
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 27 Noyabr 2024 17:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see353

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see340

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see327

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see320

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see313

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see302

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see294

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see289

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see260

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see245

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see240

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see228

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see224

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see208

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see199

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see197

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see192

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see184

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see181

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri